Söz qalasında Vətən sevgisi
Oxunub: 3835
25 Sep 2015 | 16:47
Söz qalasında Vətən sevgisi

Mən hərdən ədəbiyyatımızın indiki vəziyyətinə nəzər salanda düşünürəm ki, indiki durğunluğun səbəblərindən biri və birincisi ədəbi tənqidin zəifliyi və dişsizliyidir. Çünki hər hansı əsər, hər hansı yazar haqqında yazılar ya həddən artıq tərifə köklənmiş olur, ya da ki, söz xatirinə sözdən başqa bir şeyə yaramır. Digər tərəfdən bu zəhrimara qalmış siyasətin ədəbiyyata yerli-yersiz müdaxiləsi və siyasətçilərin siyasətdə qazana bilmədiyi uğurlara görə şair və yazıçıları tənqid etməsi ( bəzən bu tənqid yox, təhqir mövqeyinə də keçir) ədəbiyyata xeyirdən çox ziyan gətirir. Əslində ədəbiyyat iqtidar, ədəbi-tənqid müxalifət rolunda olmalıdır. Ədəbi tənqidi güclü olan ədəbiyyat da güclü olur. Ədəbi tənqidi zəif olan ədəbiyyat isə yalnız öz resursları hesabına inkişaf etmək zorunda qalır.İndiki ədəbi tənqid Azərbaycanın siyasi mühitinə bənzəyir. Zəif müxalifət qeybətdən o yana keçə bilmədiyinə görə iqtidara inkişaf baxımından təsiri sıfır səviyyəsindədir. Hətta bəzi siyasətçilər öz şəxsi maraqlarından və bəzən də regional prizmalarından ayrı-ayrı yazarların, görkəmli simaların yazılarına yox, şəxsiyyətlərinə hücuma keçir, dövrü və zamanı qiymətləndirmək əvəzinə heç kimə və ədəbiyyata lazım olmayan fikirləri ilə ürək bulandırırlar.

Yazını belə ovqatla başlamağımın kökündə isə bir paralel aparmaq niyyəti durur. Yuxarıda qeyd etdiyim fikirlərə rəğmən yaxşı ki, siyasi həyatın içində olub ədəbiyyata ürəkdən bağlı olan, hər sözü, hər kəlməni  dərindən incələməyi sevən və incələdikdən sonra da həqiqi qiymətini verən insanlar da var. Belələrindən biri də öz ədəbi-tənqidi baxışlarında səmimi, dürüst və başlıcası isə sözün ululuğuna və qutsallığına sayğı və məhəbbətlə yanaşan Ramiz Göyüşovdur.

İlk baxışdan ciddi və qaraqabaq adam təsiri bağışlayan  Ramiz müəllim əslində söz xiridirarıdır. Hərdən fikirləşirəm ki, bu qədər işin içində Ramiz müəllim necə vaxt tapıb yazır? Siyasi-ictimai fəaliyyət, vəzifə funksiyaları, səhərdən gecə yarısına qədər işləmək, insanları dinləmək məcburiyyəti bu adamı qələmdən və sözdən ayıra bilmir. Lakin sadaladığım proseslər onun qələminin səmimiyyətinə, fikirlərinin dürüst və sərrast olmasına zərrə qədər xələl gətirə bilmir.

Ramiz müəllim ulu sözə baş əyən, ulu sözə  söykənən qələm sahibidir. Onun bu yaxınlarda “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş  “Sən bizim ellərin ruhuna bir bax...” kitabında toplanan ədəbi-tənqidi məqalələr və esselər fikirlərimin təsdiqidir desəm, yanılmaram.

Ruhən poetik dünyanın adamı olan müəllif sevdiyi, özünə doğma bildiyi poetik nümunələrə istinadla sözün qüdrətli olduğunu, sözə söykənməklə böyük bir problem həll etməyin mümkünlüyünü isbatlayır və bunu konkret nümunələrlə əsaslandırır. Ulu söz ustadı Səməd Vurğun poeziyasının indiyə qədər təhlil edilməmiş, lakin bədii məziyyətinə görə  digər əsərlər kimi güclü poetik tutuma malik olan əsərlərindən sitat gətirir və belə bir fikir işlədir:

“Fikrimcə, Səməd Vurğun şair olaraq, təkcə “Azərbaycan” şeirini yazmış olsaydı, o bir bu şeirlə ümumxalq məhəbbəti, ümumxalq sevgisi qazana bilərdi...”

Ramiz müəllim daxili bir yanğı, böyük şairə məhəbbət hissi ilə qələmə aldığı essedə zaman paraleli aparmağı da unutmur və bu gün poetik aləmi, şair dünyasını öz arşını ilə ölçənlərə tutarlı cavab da verir. O qeyd edir ki, S.Vurğun da öz dövrünün, zamanının övladı idi və partiyaya, komsomola həsr etdiyi şeirləri də var. Lakin bu şeirlərdə təriflə yanaşı elə sətiraltı mənalar gizlənib ki, bunu yalnız ariflər duya bilər. Haqlı fikirdir. Həzrə Əli( ə.s) buyururdu ki “Uşaqlar ata-analarından çox zəmanəsinə bənzəyir”. Bu belədir və bundan qeyrisini fikirləşmək mümkün deyildir.Bu mənada Səməd Vurğunun da  zamanla ayaqlaşmaq, mümkün repressiyalardan qorunmaq haqqı vardı və bu gün bunu bayraq eləmək, baş qaxıncına çevirmək nə siyasətçiyə, nə də tənqidçiyə yaraşmaz.

Ramiz Göyüşovun fikrinə qüvvət olaraq bildirirəm ki, “26-lar” poemasının proloq hissəsi bəlkə də Səməd Vurğun poeziyasının ən qüdrətli hissəsidir. “Bakının dərdi var, Bakı xəstədir... “ misralarıyla başlayan bu hissədə poetik möhtəşəmlik, sözün qüdrəti o qədər ecazkarlıq yaradıb ki, poemanın qalan hissəsinin nədən, necə bəhs etməsi o qədər də önəmli deyildir. Məhz, bizim fikirlərimizin üst-üstə düşməsinin səbəbi də sözə siyasi zamana görə deyil, bədii məziyyətinə görə qiymət verməkdir.

XX əsr ədəbiyyatımızın parlaq şəxsiyyətlərindən olan Hüseyn Arif,  Nəriman Həsənzadə yaradıcılığına baxış da yeni və təravətlidir. Hüseyn Arif yaradıcılığında insan və təbiətin harmoniyasından bəhs edən və incə məqamları tutan müəllif, poetik misralardakı sadəliyi, sadəliklə yanaşı möhtəşəmliyi önə çəkir, şair yaradıcılığını fəlsəfi- sosioloji prizmadan təhlil edir.

Şairin “Kəpəz” şeirindən nümunə gətirən müəllif təbiətə bağlı şairin sözdən toxuduğu xalçadakı ilmələrin rəngarəngliyini böyük şövq və həvəslə təhlil edir.

Qazax ədəbi mühitinin, ədəbi məktəbinin köklü ənənələrini özündə ehtiva edən, inkişaf etdirən və zənginləşdirən Nəriman Həsənzadə yaradıcılığının təhlilində müəllif bir qədər də konkretləşdirmə aparır, şairin fəlsəfi kəlamlarından nümunələrlə fikrini isbatlayır. Həmin misraların bir neçəsini burada təkrarlamaq da yerinə düşər:

Hər torpaq dünyada məmləkət olmur,

Parça var-yaşayır bayraq olanda,

yaxud,

Həyatda imtahan götürənlərin,

Vaxt gəlir, özü də imtahan verir.

Məncə bu qədər sadə və gözəl dillə deyilmiş fikrin isbata ehtiyacı yoxdur.

Zəlimxan Yaqubun bulaq suyu qədər saf, ana südü qədər şirin poeziyasına vurğunluq Ramiz müəllimi elə duyğulandırır ki, şairin yaradıcılığına həsr etdiyi essedə tamam kövrək notlar üstündə köklənir, sanki poeziyanın qanadında ağ buludlara doğru uçur. Uçur da Qarayazı meşələrini, Yağlıca dağlarını, Ağbabadan ta Şəmkirə qədər uzanan Borçalının anadilli meşələrini, buz bulaqlarını bağrına basıb qayıdır. Dilimizin tükənməz imkanlarından məharətlə istifadə edən, bulaq kimi çağlayan şair ürəyinin döyüntülərini, hiss və həyəcanlarını incəliyinə qədər təsvir edən müəllif sonda belə bir qənaətə gəlir ki, tarixi şəxsiyyətlər yaratdığı kimi, sözü də Zəlimxan kimi ustadlar yaradır və yaşadır.  Davud Nəsibin poeziyası ilə yanaşı tarixi romanlarının bədii məziyyətini özünəməxsus üslubda şərh edən, bu əsərlərdəki milli koloriti, milli təəssübkeşliyi yüksək dəyərləndirən Ramiz müəllim fərqinə varmadan özünün bu duyğular içərisində bütün varlığı ilə torpağa, millətə Vətənə, dilə və folklora bağlılığını büruzə verir.

 Üzərində daha çox dayanmaq istədiyim esselərdən biri də mərhum şairimiz, sözün əsl mənasında ağalıq və sanballılıq simvolu olan Eldar Nəsibli yaradıcılığına həsr edilmiş essedir.

Eldar Nəsibli sözün əsl mənasında Türk kişisi idi. Onun təkcə “Bura Qazaxdır oğlum” şeiri kifayət edər ki, bu böyük Türkün Vətən sevgisini, hər daşın, hər qayanın Vətən olduğunu isbatlama duyğusunun şahidi olasan. Mən özüm də vaxtilə “Mühakimə” qəzetində Eldarın yaradıcılığı haqqında geniş həcmli bir yazı yazmışdım və rəhmətlik o yazını oxuyandan sonra mənə dedi ki, Şəmsi, mənim yaradıcılığım haqqında çox yazılıb, amma səmimi deyirəm ki, məni bu cür təhli edən və duyan olmamışdı. Amma etiraf edim ki, Ramiz müəllimin bu yazısı mənim yazımdan çox-çox dərin və hərtərəflidir və Eldar Nəsibli yaradıcılığının güzgüsüdür.

Müəllifin Qazax ədəbi məktəbinin digər nümayəndələri Taleh Həmid, Barat Vüsal, İbrahim İlyaslı kimi müqtədir söz adamlarının yaradıcılığından nümunələr gətirərək bu şeriyyətin, bu səmimi duyğuların vətən sevgisindən, el məhəbbətindən qaynaqlandığını, “Ruhani” kökündə çalınan sazın naləsində, neyin zümzüməsində şırşır axan bulaqların səsində var olduğunu qeyd edir.

 Bəzən tənqidçinin özünə də tənqidçi lazım olur desək, yanılmarıq. Bu mənada görkəmli qorqudşünas alim, tənqidçi, Rüstəm Kamalın haqqında yazılan fikirlər o qədər səmimi və ürəkdən gələndir ki, oxucu bir anlığa özünü məhz Rüstəm Kamalın yanında, söhbətlərində hiss edir. Doğrudan da Rüstəm Kamal kimi insanlar azdır və onlar haqqında nə qədər çox yazılsa belə özləri kimi az olaraq qalacaqdır. “...Şair təbiətin dilidir, dodağıdır, türkü oxuyan ürəyidir” deyən Rüstəm Kamal bundan sonra heç nə deməsə belə varlığıyla, duyğularıyla şairdir.

Sonda qeyd etməliyəm ki, bu qədər geniş spektrli bir mövzunu səbrlə,  özü də incəliklərinə qədər  təhlil etmək böyük ürəkli insanlara məxsus bir işdir və bunu da Ramiz müəllim ləyaqətlə yerinə yetirib. Bizlərə də onun qəlbindəki  poetik duyğuların sönməzliyini, canının sağlığını diləmək, yeni-yeni esseləri ilə ədəbi tənqidimizə töhfələrini arzulamaq qalır:

 

Basılmaz sanıldı,  basıldı, heyif,

Nə qədər igidlər öz qalasında.

O şəxslər həmişə yenilməz olur,

Kimlər ki əyləşib söz qalasında.

 

Ramiz müəllim də söz qalasında əyləşənlərdəndir və bu qaladan Vətən sevgisinin ətri gəlir.

Oxşar xəbərlər
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO