Dərdi tüstüsündən tanıyıram mən...
Oxunub: 4407
20 Nov 2014 | 00:06
Dərdi tüstüsündən tanıyıram mən...
Moderator.az Həmid Ormanlının istedadlı qələm sahibi, publisist-şair Şəmsi Qocanın yeni kitabı haqqındakı fikirlərini üslubuna toxunmadan oxucularına təqdim edir:

Şörəyel-Ağbaba mahalından bir şair yaşayır Bakıda-Şəmsi Qoca.Yığvalı qara gəlib. Nə öydə arvatnan sözü tutur, nə də çöldə şairliyini dəmnən tapan bəzi şairlərlə. Başında buxara papaq, əlində müşdük,dərdli-dərdli hərrənir Bakının küçələrində. Ağlamağa hazırlaşan uşaq gözlərini xatırladır gözləri. Yurd həsrəti ilə dünyasını dəyişən tay-tuşlarını sızıldaya-sızıldaya bir-bir oycuna sayır. Duyanı ağladır Şəmsinin halı. Elə onunçün də adı özündən qorxulu Türkün ağrısının elə bir adı da Ağbabadır. O, ağrını köysündə gəzdirdiyi üçün şairdir Şəmsi Qoca.

Həm yaxındı, həm əlçatmaz uzaqdı,
Qaçaq düşüb yuxularım nə vaxtdı.
İçimdə od, çölümdəki sazaqdı,
Köysümdəki dərd yeridir Ağbaba.
       
“Mənim üçün Vətən Yasnaya Polyanadan başlayır” deyirdi Tolstoy. Şəmsi Qoca üçün də Vətən Ağbabadan başlayır. Şəmsi Qoca üçün Ağbabalı olub Ağbabasız yaşamaq dünyanın son əzabıdır.Daha çox yad enerjilərin hakim olduğu şəhərin tünlüyündə Şəmsinin yığvalı onda kəsdi ki, Akif Səmədə tuş gəldi. Akif Səməd kimi mürşüdlə dostluq elədi. Akifi görən insan  kəndində -kəsəyində, elində-obsındaymış kimi rahatlıq tapır özündə. Bu sözlər Abbas Abdullah Acaloğlunun sözüdür. Bu sözə mən də haqq verirəm. Hələ üstəlikdə İncəlilərlə qohumluq əlaqələri Ağbabasız keçən bu ağrılı  illər ərzində Şəmsiyə ən böyük toxdaxlıq olub. Şəmsinin bir “ İncəllər “ şeri var. Bu şer mənim də çox sevdiyim şerlərdəndir. Şəmsi sanki  içinin bütün enerjisini bu şerə qoyub. Şəmsi İncəlilər deyərkən  əslində İncənin  insanlarından daha çox məşhur təriqət şeyxi Hacı Mahmud Əfəndinin də müqəddəs gorgahının yerləşdiyi o mübarək sofu torpağın bərəkətindən,  ruhani iqlimindən,... söhbət açır.        
 
Bircə işarədən sözü anlayar,
Arifdi,ustaddı, çox incəlilər.
Çəkəndə çəkəllər qəmi-qəm kimi
Sözdə, zarafatda şux İncəlilər.
  
Tufana əyilməz, qara əyilməz
Sevsə də, sevdiyi yara əyilməz
Dövlətə baş əyməz,vara əyilməz
 Olar gözü könlü tox İncəlilər.
Qəlbində söz olar sözə tapınar
Dərəyə sığınıb düzə tapınar
Tanrıya baş əyər, saza tapınar
Bu qəddi qaməti şax ncəlilər.

Ağbaba insanı mənə yaxşı tanışdır.Onlar qanı təmiz Türklərdir. Onlar şirin dilli, el-oba nəfəsli olurlar. Hər gün doğulduqları torpağı xəyallarında canlandırmamış yerlərinə girib yuxuya getməzlər. Ağbaba bir zamanlar Çıldır qəziyəsinə daxil olduğundan onların sazında olduğu kimi  danışıqlarında da şirin Çıldır ağzı hiss olunur. Şəmsi Qoca Ağbabalıların o kalaritini yaşadanlardandır. Bayaq dilimin əzbəri Akif Səmədin adını çəkdim. Elə bilirəm  Akif Səmədin bir zərrəsi də Şəmsi Qocada yaşayır. Akif Səmədin ruhunun İncə, Saxa, Şuşa, Göyçə, Təbriz, Kərkük,Borçalı olduğu kimi bir yurdu da Ağbaba olub. Şəmsi Qocanı  Akif Səmədin sehrində saxlayan uca ruhu eşqinə tanıyıb, sevmişəm. Şəmsi o ruhu saxladığı müddətdə ölüm ondan uzaqdır.
İlk dəfə Nürəddin Lələmin ağbilçək  qarısı Şəkər  ananın üzünün nuruna tanımışam Ağbaba mahalını.Hamının Ağbaba qızı kimi tanıdığı Şəkər ana kəndimizdə təmizliyi, əli açıqlığı ilə ad çıxartmışdı. Qapısına gələni əli boş qaytarmazdı. Bizim o yörələrdə Şəkər ananın çayından içəyib, çörəyindən yeməyən olmazdı. Tikəsini bölən idi Şəkər ana.Belinin şalı, qavağının önlüyü qaxsız-qanfetsiz olmazdı. İllah da ki, qəvli qanfet. İlk dəfə Ağbabanı ipək xasiyyətli, üzü nurlu,ağzı dualı Şəkər ananın yurdu kimi sevmişəm. Daha sonra Aşıq Şenlik gəzən yerlər, Kor Nəsibin yurdu, Aşıq İsgəndərin torpağı kimi tanımışam.İndi məni qədim-qayım o Türk yurduna daha çox bağlar bağlayır. O, etibarlı, qırılmaz bağlardan biri də Şəmsi Qocanın Vətən həsrəti ilə yazılmış öyküləridir.

Səndən ötrü darıxmışam, doğma kənd,  
Qulağımda bulaqların səsi var. 
Haçandı ki, həsrətinlə yaşıyan,
Bu dünyada bir övladın ”“ Şəmsi var.

Bu günlərdə Şəmsi qardaşımızın yeni,  sayca dördüncü kitabı işıq üzü görüb. Mübarəkdir! Mübarək olsun yox ha mübarəkdir deyirik. Kitabda Şəmsinin son illərdə uca Tanrının dərgahından könlünə enən qoşquları toplanıb. O, qoşqular ki, yarısı yanğıdan doğulub, yarısı da yaradan. O, qoşqular ki, hamsı da ürəyindən su içib. Qızları Aygün və Ayselə, oğlu Turala, bacısı Lətifəyə, nəvələrinə, iş yoldaşı, qocaman pedaqoq  Vaqif Mustafayevə, mürşüdüm Akif Səmədə, Amil Avloğluna, dostumuz Dəmirçoğlu Məmmədə, Astanbəhli Musaoğlu İbrahim İlyaslıya, Bəhman Nəbiyevə və başqalarına üz tutub, ürək açıb, sir verib. Sağ olsun bir qoşqusunda da mənə üz tutub ruhumu ruhuna söykənəcək bilib:

Yamanca dəyişib dövran ay Həmid
Seyrəlib sırası mərd kişilərin.
İndi qabağında çaqqal ulayır,
Pələng kişilərin, qurd kişilərin.
   
Əvvəlcə başından papağı getdi,
Sonra da zoğalı çomağı getdi
Obası dağıldı, oymağı getdi
Töküldü başından dərd kişilərin....

Kişilərin o dərdindən, əzabından  bir pay da Şəmsinin payına düşüb. Mən dərdi tüstüsündən tanıyıram. Əzabın mübarək Şəmsi kişi !

P.S: Heç vaxt yadımdan çıxmayan Ağbabanı bir daha  yadıma saldığın üçün çox sağ ol-Şəmsi Qoca.     Ağbabalılığını möhkəm saxla.Vay o günə o əldən gedə.

Oxşar xəbərlər
23:23, Bu gün
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
23:03, Bu gün
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
GÜNLÜK
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video