Cənubi Azərbaycan ədəbiyyatına işıq salan dolğun bir əsər...
Ədəbiyyat
Oxunub: 5622
11 Oct 2014 | 00:36
Cənubi Azərbaycan ədəbiyyatına işıq salan dolğun bir əsər...
Azərbaycan ədəbiyyatı bəlkə də tarixi keçmişi, milli məfkurə yaddaşı baxımından dünyanın nadir mədəniyyət nümunələrindəndir ki, bu ədəbiyyatı bitib ”“ tükənmək bilməyən bir bulağa bənzətsək, düşünürəm ki, yanılmarıq. Bu bulağın kökləri o qədər dərindədir ki, gözü əsla və əsla qurumur. Onun gözünü nə qədər kor etməyə çalışsalar da, onun qabağında nə qədər süni maneələr yaratmaq istəsələr də yenə də özünə bir yol tapıb sədləri, bəndləri, bərələri aşır, rəvan bir biçimdə axmaqda davam edir. Azərbaycan ədəbiyyatı, ələlxüsus da böyük bir tarixə keçmişə və adət - ənənəyə malik olan poeziyamız hər bir dövrdə nadir söz inciləri yaradan qələm adamları, sözə könül verən insanlar yetirir, onun bağrından qopub gələn həmin qələm adamları, sözə könül bağlamış insanlar isə Söz mülkündə özlərinə bab bir xanə inşa edir, o xanənin ətrafına ən gözəl naxışlar vuraraq özlərindən geriyə yadigar qoyub gedirlər. Həmin Söz mülkünü və tayı ”“ bərabəri olmayan həmin xanəni daha sonra ziyarət edən insanlar isə bu xanənin dəyərini dərindən duyur, dərk edir və bu xanənin sahibinə vurduğu zərif və incə, amma eyni zamanda əbədiyaşar naxışlar üçün təşəkkür edir, ruhuna rəhmət oxuyurlar. 
Söz mülkümüzün necə sənətkarları, necə ustadları olublar ki, onlar haqqında nə qədər yazılsa da, onlar haqqında nə qədər söz deyilsə də, yenə də azdır. Onlar haqqında deyilən bütün sözləri bir araya yığsan sadəcə bütün deyilən sözlər onların bir şah beytinə dəyməz. Amma bu heç də o mənaya gəlməməlidir ki, biz həmin qüdrətli söz aşiqlərinin söz bağındakı gülləri dərməməli, onların qoxusunu, ətrini ciyərlərimizə çəkməməliyik. Elə o söz bağının güllərinin bəlkə də gözəlliyi ondadır ki, həmin gözəllikləri iylədikcə, qoxuladıqca, məst edən ətrini ciyərlərinə çəkdikcə o güllər ətirlərindən, gözəlliklərindən heç nə itirmir, bəlkə də gözəllik üstünə gözəllik, ətir üstünə ətir gəlir, nur üstünə nur yağır. 
Biz hər dəfə o ətri qoxuladıqca, ciyərlərimizə çəkdikcə daha bir dəyişik haləti ”“ ruhiyyə düşürük. Şərqin könül Sultanlarından İmam Qəzali bu anı necə də gözəl təsvir edir:

 “Bu elə bir əhvaldır ki, qaal ilə(yəni dil ilə! ”“ red.) yox, hal ilə yaşanır”. Bəli, hal ilə yaşanan bu gözəlliklərimizin bir axar bulağı da, - bulaq bir az səthi alındı ”“ qıjhaqıj axan dəli dağ çayı da məhz bizim həmin Söz mülkümüzün Sultanlarının bizə ərməğan, yadigar qoyub getdikləri sözlər, fikirlər, düşüncələr, dadından doyum olmayan “gül”, “bülbül”, “saqi”, “mey” kodlu şeirimizdir, ədəbiyyatımızdır. 

Kod dedim, bəli, məhz kod! Şərqin ədəbiyyatı, xüsusən klassik ədəbiyyatı məhz kodlar üzərində bina edilib. Onun kodlarını isə maddiləşən, fərdiləşən, özünə qapanıb dünyaya aludə olan dünyalı çözə bilməz. O, baxsa və görsə ki, Şərqin böyük mütəfəkkirləri “saqi, mənə mey ver” ”“ deyirlər, heç şübhəsiz, düşünəcək ki, bu şeir, təbiri ”“ caizsə, hansısa barmenə müraciət formasında yazılıb. O, bunu belə anlayacaq, çünki beyninin inkişaf gücü bundan o tərəfi qəbul etmir. Şəms Təbrizi ilə Mövlanə Cəlaləddin Rumi arasındakı mənəvi bağlılığı bu günkü mənəviyyatdan, Şərqin düşüncə arealından bixəbərlər necə qəbul edirlər? Bu da həmçinin! Çünki Qərb fərdiyyətçidir və hər şeyə öz fərdiyyətçi prizmasından baxır. Şərqdə isə bir “toplum” anlayışı hakimi ”“ mütləq olub. Və o hakimi ”“ mütləq olan “toplum” anlayışı mütəfəkkirlərin əsərləri, şairlərin qələmə aldıqları divan ədəbiyyatının klassik şeir nümunələri ilə Şərq insanının canına, qanına hopub. Ona görə də Şərq insanı qonşusuna, qohumuna, əqrəbasına bağlı olub, bir ”“ biri ilə sıx əlaqəsi olan, bir ”“ birinə kəmənd kimi bağlı olan qoca Şərqin hər bir fərdi ayrı ”“ ayrılıqda həm filosof, həm astronom, həm həkim, həm mühəndis, həm üləma və bəlkə də bütün bunların başında Haqqın səsini insanlara çatdırmaq üçün bir vasitə, bir vəsilə sayıla biləcək bir Şair olub. Şeirin, istər əruz olsun, istərsə də heca, heç fərq etməz, amma gerçək şeirin yazıldığı bir məmləkətdə, bir yerdə, bir qitədə heç şübhəsiz şeirin, qələmin, informatorluğun hesabına cəmiyyət də inkişaf edirdi(etməli idi də!), insanlar mənəvi təmizliyin ən pik nöqtəsinə də çatırdılar(çatmalı idi də!), daim tor qurub onları öz ağuşuna almaq üçün çarpışan dünyanın məkri, fitnəsi, böhtanı, qısır düşüncəsi o informator cəmiyyətinin hesabına o qədər gülünc və cılız görünürdü ki, insanlar ona gülürdülər. Həm də şeir vasitəsi ilə: 

Yeri, yeri, yalan dünya,
Yalan dünya deyilmisən?!
Yeddi yol boşalıb, yenə
Dolan dünya deyilmisən?!

Şərq ucalığını, Şərqin böyüklüyünü öz çiynində daşıyanların və bu müqəddəs yükün, bu qutsal əmanətin ağırlığını, sanbalını dərk edərək ona etina ilə yanaşanların başında heç şübhəsiz ki, Türklər gəlib və bizlərin də Azərbaycan türkləri olaraq bu qutsal qövmə aid olduğumuzdan daim çiynimizi bu yükün ağırlığı altına vermişik, daim bu millətin, bu davanın, bu təfəkkürün böyüməsi, ucalması, inkişaf etməsi, qolunun bükülməməsi, belinin əyilməməsi üçün çapalamışıq, Söz mülkümüzdə ətir qoxuyan güllər yetişdirən, həmin güllərdən sevgi çələngləri toxuyan Ərlər, Ərənlər yetişdirmişik. Sizlərə elə gəlməsin ki, bu Ərlərin, Ərənlərin işləri ”“ gücləri elə Söz mülkümüzdə ətir qoxuyan güllər yetişdirmək, yetişdirdikləri həmin güllərdən, çiçəklərdən sevgi çələngləri toxumaq olub. Qətiyyən! Onlar at belində doğulub, at belində də ölüblər. Elə qəhrəmanlıqları, ərlikləri, ərənlikləri də onda olub ki, at belində olanda, qılınc qurşananda, əmud, qalxan tutanda da o gözəl hisslərdən, o ülvi duyğulardan sapmayıblar. Belə baxanda onların qılınc tutub, at belinə minib qəzavata getmələrinin səbəbi nə olub? Bircə səbəb! Dünyada haqqı - ədaləti, İlahi, mütləq nizamı, düzəni bərpa etmək!
Azərbaycan Söz mülkünün bağbanlarının, güldərənlərinin kanı və məkanı haqqında bir kitab var indi qarşınızda. Kan və məkan, bəli! Bir az da iddialı səslənəcək, amma bütövlükdə Türk dünyasında nə qədər sözünü demiş, möhrünü vurmuş mütəfəkkir varsa axtarsaq, araşdırsaq bir rişəsi gedib o torpaqlara çıxacaq, ordan qidalandığı məlum olacaq.

 Filologiya elmləri doktoru, professor, istedadlı və görkəmli şair ”“ publisist Vüqar Əhməd bizlər üçün dəyərli məxəzləri, qiymətli mənbələri, araşdırıb bu unikal əsəri ortaya çıxarıb. Bu əsərin kökündə əslində 1950 ”“ 1980, 1990 və 2000 ”“ ci illər Cənubi Azərbaycan şeiri, poeziyası, ümumilikdə isə ədəbiyyatı incələnməyib, bu kitab geniş oxucu auditoriyasına “Biz kimik?”, “Özümüzü necə tanımalı və təsdiq etməliyik?” ”“ sualları verilib və bu suallara birgə cavab axtarılmağa çalışılıb. Çünki bu sualların cavabı indiyə kimi bizlərə o qədər dərin qatlarda gizlənibmiş kimi təqdim edilib ki, biz heç həmin suallara cavabı düşünməmişik belə. Sadəcə, bir xilaskar qəhrəman obrazı uydurmuşuq beynimizdə və həmin xilaskar qəhrəman obrazının gəlib bütün bu bilinməyən sualların cavabını tapacağını gözləmişik. Əslində, həmin sualların cavabı bizim poeziyamızda, klassik heca və əruz vəznlərində qələmə alınmasından asılı olmayaraq, üzünü Şərqə tutan poeziyamızda gizlənib, çox da dərində belə deyil, sadəcə üstünü kül örtüb və oğul gərəkdir ki, bu külü kənara çəkib o korun ”“ korun ocağı yenidən alışdırsın. Şəhriyarı, Səhəndi, Sahiri, Behrəngisi,Tudəsi,Tərlanı,Azəroğlusu,Əli Daşqını,Hadi Qaraçayı, Məlihə Əzizpuru olan (bu sadəcə Cənubi Azərbaycan poeziyasına aid olan imzalardır!) bir poeziya isə qətiyyən yox ola bilməz. O ocağın üstünü nə qədər kül bassa da, yenidən alovlanacaq, yenidən ortaya bir ”“ birindən dəyərli poeziya nümunələri çıxaracaqdır.
Tədqiqat əsərində təkcə Cənubi Azərbaycan poeziyasının ən müxtəlif dövrlərinə işıq salınmır, həm də bir millətin gen yaddaşının səhifələri vərəqlənir, həmin şanlı səhifələrdə mövcud olan tarixi dəyərlər oxucuların nəzərinə, diqqətinə çatdırılır. Onu deyə bilərik ki, bu kitab Cənubi Azərbaycan poeziyası ilə bağlı məxəz rolunu oynamaqla yanaşı, eyni zamanda XX əsrdə bu ərazidə baş verən tarixi, siyasi ”“ ictimai hadisələrə işıq tutmaq baxımından qiymətli bir mənbədir. İnanırıq ki, sizlər də bu kitabı məhz bu aspektdə dəyərləndirəcək və oxuduğunuz kitabdan ayrı bir zövq alacaqsınız.

Oktay Hacımusalı

Oxşar xəbərlər
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:15, Bu gün
BDU-da Respublika elmi-praktik konfransı: “Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar”
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO