Moderator.az istedadlı şair Saqif Qaratorpaqın şerlərini təqdim edir.
Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) -1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə
olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında,
“Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”,
“Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində,
müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc
olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif”
Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006),“Bir könül varağında”
(Bakı, “Ünsiyyət”, 2012), "Üç addım..." (Sumqayıt, "Bilik",
2014) şeirlər kitabının müəllifidir.
BƏS KIMƏ DEYƏCƏKSƏN
Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
Sirr
var ki, anaya da, bacıya da deyilmir.
Söz
var ki, neçə batman bal ilə də yeyilmir,
Əgər
mənə deməsən, bəs kimə deyəcəksən?!
Bu
möhnət üzər səni, sıxılarsan uzaqda:
Kövrəlib
üşüyərsən təklik adlı sazaqda.
Kimsə
anlamaz səni, duymaz oğul-uşaq da,
Əgər
mənə deməsən, bəs kimə deyəcəksən?!
Mən
sevinc topasında qəmi seçə bilirəm,
Dərd
arısı verəcək nə vaxt beçə, bilirəm.
Hər
səhvinə göz yumub, üstdən keçə bilirəm,-
Əgər
mənə deməsən, bəs kimə deyəcəksən?!
İllər
köçür durnatək, günlər sözə baxmayır,
Səngidir
ocaqları, oda-közə baxmayır.
Dostlar
daha yan keçir, qardaş üzə baxmayır,
Əgər
mənə deməsən, bəs kimə deyəcəksən?!
Ürək
yaman kövrəlir yaş ötəndə bilirəm,
Qarmı
gəlir, yağışmı yel əsəndə bilirəm.
Ürəyində
nə varsa, deməsən də bilirəm,-
Əgər
mənə deməsən, bəs kimə deyəcəksən?!
SON
ZƏNG
İnnən
sonra başlanır hələ bizim dərsimiz,
Az
qalırdı sındıra şüşələri səsimiz.
Lövhəyə
dovşan çəkdik, bərk tutanda hirsimiz,
Yadındamı,
a məktəb?!
Arı
tək vızıldayıb, o quş uçurtduğum gün,
Uşaqları
tovlayıb dərsdən qaçırtdığım gün.
Qızların
üst-başına o su sıçratdığım gün
Yadındamı,
a məktəb?!
Anam
güclə durğuzub yerimdən səhər məni,
Qiymətim
kəsiləndə boğardı qəhər məni.
Dostlarım ovudardı sonra birtəhər məni,
Yadındamı, a məktəb?!
Əmir müəllim çubuqla hey yandırıb yaxardı,
Pərgarın arasında əlimizi sıxardı.
Ağlağan uşaqların gözündən yaş axardı,
Yadındamı, a məktəb?!
Pəncərəni sındırıb, divarını cızmışam,
Səs salıb müəllimlərin əhvalını pozmuşam.
Bir
gözəlin adını partalara yazmışam,
Yadındamı,
a məktəb?!
Səndən
ötrü burnumun ucu çox göynəyəcək,
Bu əkdiyin
fidanlar qalxacaq, böyüyəcək.
Məndən
sonra hələ çox məzunların deyəcək,
Yadındamı,
a məktəb?!
Ürəyim
bərk döyünür, son zəngə bir az qalır,
Köksüm
altda alovum, o qoyduğun köz qalır.
Hərədən
bir xatirə, bir-iki də söz qalır”¦
Bu
gün səndən ayrılıb gedir balan, a məktəb!
Mən əlvida
demirəm, bir də salam, a məktəb!
Yadındamı, a məktəb?!