“Facebook”dan hamilə qalan qız...
Oxunub: 4605
22 Jun 2014 | 21:06

“Facebook”dan hamilə qalan qız...

It kimi zingildəməyinin səbəbini özündən başqa heç kəs bilmirdi. Bu gecə iki dəfə təcili yardım gəlmişdi və hər ikisində həkim sakitləşdirici iynə vuraraq Aninin valideynlərinə tapşırmışdı ki, onu çox əsəbləşdirməsinlər. Yazıq valideynlər isə and-aman eləmişdilər ki, ona güldən ağır söz deyən olmayıb və bütün günü otağında olur. Ani isə arabir nəsə pıçıldayır, “məhv edəcəyəm” -  kimi ünvansız sözlər deyirdi. Səhər saat 9-da ayaq üstə olan Aninin ilk işi bilgisayarın yanına qaçmaq oldu. Əsəbdən barmaqlarını oynada-oynada bilgisayarın açılmasını gözləyirdi; nəhayət ki, açıldı. Barmaqları sanki sehrli çubuğa dönmüşdü, ildırım sürəti ilə “facebook” səhifəsinə girib öncəliklə axtarış yerinə “Orxan” adını yazdı. Dünən axşamdan onun yazdıqlarına və kimlərin ona cavab yazdığına baxıb dərindən nəfəs aldı. - “Şərəfsiz qızı bu gün Orxanıma heç nə yazmayıb. Onsuz da ona yazanları bir-bir tapıb nə edəcəyimi bilirəm”. Ani tez axtarış yerinə “xoşbəxt qadınlar” yazıb qarşısında “qadağan olunub” işarəsini gördü; oturduğu stuldan qalxdı, əlini divara vurub özünü bağırmaqdan zorla saxladı; gözlərində yaş yox qızarmış damarlar vardı: -“Siz kim olursunuz ki, məni qrupdan kənara atırsınız? Kimsiniz axı? Bədbəxt uşaqları adlarını xoşbəxt qoyub, bədbəxt həyatı yaşayanlardır. Ər üzünə həsrət qalıb, burda gədə axtaranlar məni qrupdan siliblər. İndi gör sizlərin acığına necə qrup yaradacağam. ”.. Ani bir yerdə dayana bilmirdi və otağını özündən aslı olmayaraq səliqəyə sala-sala deyinirdi-“Hərənizin neçə gədə ilə yatdığınızıda bilirəm. Onların hamısını əlinizdən almasam kişi qızı deyiləm.Tüpürüm üzünüzə, sizin tayınız deyiləm ey, namusumda,arımda yerindədi. Sizi gör necə yox edəcəyəm. Bir əndamım hamınızdan dəyərlidi”. Telefon səsindən Ani diksindi. Zəng edən nişanlısı Vüqar idi. Artıq 3 ay idi ki, nişanlı idilər. Amma cəmi bircə dəfə Ani onunla görüşə getmişdi. Hər dəfə bəhanələr gətirərək bilgisayardan ayrılmamaq üçün evdə qalırdı və işi-gücü də Vüqarla bağlı hələ üzünü görmədiyi Orxana şikayətlər yazmaq olurdu. Hətta bir neçə dəfə Vüqarın ona yazdığı sevgi mesajlarını belə Orxana göndərib ələ salıb gülmüşdülər də. İndi yenə zəng edib. Ani öncə telefona cavab vermək istəməsə də, nə isə düşünüb Vüqara cavab verdi:
 - Eşidirəm.
 - Necəsən ?
 - Əlimdə işlərim var, nə deyəcəksənsə tez de. 
-  Bəlkə axşam görüşək?
 - Yox vaxtım yoxdu. Evə qonaq gələcək deyə iş görürəm. İndi tələsirəm, birazdan zəng edərəm..  Vüqarın nə deyəcəyini gözləmədən telefonu kənara atıb eşidiləcək səslə deyinməyə başladı:
 - “Buna haradan urcah oldum ey mən. Danışanda elə yazıq-yazıq danışır ki, elə bil heç kişi deyil. Orxanın kəsilən dırnağı da ola bilməz. Bir dəfə əlimdən tutdu, bədbəxtin əlləri əsirdi. Amma Orxan...Son mesajında yazmışdı ki, görüşəndə belini elə qucaqlayacağam ki, bədənində bədənimin ağırlığını hiss edəcəksən”. Ani bunu yadına salıb bir az da gərginləşib sanki o anı yaşayırdı. Ürəyində isə bu dəfə Orxanla yazışanda ona “belimi qucaqlayandan sonra nə edəcəksən”- sualını verəcəyini qətiləşdirmişdi. Amma Orxanın onunla görüşdən nəyə görə qaçdığını heç cür anlaya bilmirdi. Əslində özü də sona qədər dirəniş göstərə bilmirdi görüşlə bağlı. Çünki Orxana özü ilə bağlı bir neçə yalan danışmışdı. Məsələn, demişdi ki, universitetdə 2-ci kursda oxuyur. Amma heç minimal bal belə toplayıb kollecə də daxil ola bilməmişdi. Orxan idmanla məşğul olduğunu deyəndə, o da üzgüçülüklə məşğul olduğunu, hətta şəhər birincisi olduğunu demişdi. Halbuki, evdə hamamdan başqa bir yerdə suya da girməmişdi. Ani bunları düşündükcə alnı tərləyir, nəfəsi sanki daralırdı. Amma həm də özünü toparlayıb universitetə qəbul olmağı özü istəmədiyini, üzməyin isə uşaq işi olduğunu düşünüb Orxana mesaj yazmağa başladı. - Salam... Orxan hələ ki, cavab yazmırdı. Amma hansısa universitetin müəllimi ona şanlı mesaj yazmışdı. Ani, Orxan cavab yazana qədər “professorum”- dediyi şəxsin mesajını oxumağa başladı: “Salam əzizim, necəsən? Sən buradakı insanlardan çox fərqlisən və ilk gün səninlə yazışandan sonra ruhum belə rahatlıq tapdı. Sən təpədən-dırnağa müsbət yüklü bir gücsən. Zamanın olanda görüşərik. Səni universitetimizlə tanış edərəm, sonra da çay içərik. Öpdüm, icazə versən yanaqlarından”.. Aninin gözləri parıldayırdı. Zarafat deyil, o boyda universitetin müəllimi onu görüşə çağırır və yanaqlarından öpmək istəyir. Halbuki, onun səhifəsinə gündə 20-30 qız  nəsə yazır, o isə heç vecinə də almır. Amma ona mesaj yazıb. Ani öncə cavab yazmaq istəmədi, ortada axı Orxan var. Amma sonra özünə təskinlik verəcək cavab tapdı: ”Mən Orxanı sevirəm, professorumu isə çox istəyirəm. Birdəki, mənimlə evlənmək istəmir ki, sadəcə görmək və daha yaxın dost olmaq istəyir. Uzağı bir dəfə öpəcək də. Bir öpüşlə nə olasıdır ki?”. Bunları düşünə-düşünə Ani artıq müəllimə cavab yazmışdı. Amma evdən çıxmaq üçün bəhanə tapa bilmirdi və ondan bəhanə tapmağa kömək etməsini istəyirdi. Yenicə cavab yazmışdı ki, anası əlində ev telefonu içəri girdi və tərs-tərs Aniyə baxıb “cavab ver, Vüqardı”- deyərək telefonu stolun üstünə qoyub bayıra çıxdı..
- Ani necəsən?
- Bir az işlərim var, nəsə olub?
- Yox elə-belə zəng etdim. Nə deyirsən axşama görüşək?
- Bilmirəm vallah. Sabah ola bilsin universitetə getdim, işə düzəlmək üçün.  - Kim səni işə düzəldir ki, sən orta təhsillisən axı?
- Atamın dostudur. Özü də atama deyib ki, təhsilli olmasa da yüz diplomludan ağıllı qızdır. Öz yanında işə düzəldəcək, sonra ali məktəbə qəbul etdirəcək, hələ elmi işimin adını da fikirləşib. Nə isə, başqa sözün yoxdur ki?
- Bu işdən ağlım heç nə kəsmədi..
 Ani Vüqarın cavabından əsəbləşib hər zaman olduğu kimi yenə bəhanə gətirərək dava salmaq istəsə də, Orxanın dünən ondan telefon üçün kontur istəməsini yadına salıb, fikrindən vaz keçdi. Axı Orxana kontur lazım idi. Onun işi isə elə idi ki, icazə olmadan iş yerini tərk edə bilməzdi və buna görə də kontur almağa gedə bilmirdi. Yeganə etibar etdiyi adam kimi də Anidən istəmişdi.
- Vüqar, sabahda-zadda vaxt edib görüşərik, onda izah edərəm hər şeyi. Bir də özüm bayıra tək çıxmaq istəmirəm, imkan varsa, mənə on manatlıq kontur al, göndər.
- Oldu...
Artıq üçüncü gün idi ki, Orxandan cavab gəlmirdi. Müəllim ilə görüş isə maraqlı olmuşdu. Universitetlə tanış etmişdi, öz kabinetində, elə öz kreslosunda Anini otuzdurmuşdu. Amma yanaqlarından yox, boynundan öpmüşdü və bir də arxadan qucaqlayaraq sinəsini möhkəm sıxmışdı. Aniyə bu öncə pis təsir etsə də, indi onun xəyalını qururdu. Orxan isə yadına düşəndə öncə suçlu kimi yanaqları qızarırdı, amma “qoja kişidi, onun bir öpüşü ilə heç nə olmaz” - deyərək əslində yenə də onunla görüş gününü gözləyirdi. Amma içində həm də bir sıxıntı vardı. “facebook”dakı dostları elə bil yoxa çıxmışdılar. Yenicə xəyali sevgiyə başladığı Elzamin də, Firuz da yoxa çıxmışdı. Halbuki, onlar nəsə yazanda əsəbləşib blok belə etmək istəyirdi. Amma indi onların belə nəsə yazması üçün hər şey etməyə hazır idi. Bəxtindən Səkinə burda idi və qeybət qırmaq üçün fürsət yaranmışdı.
- Qıza neyniyirsən?
- Heç sakitçilikdi. Elə bil yer aralanıb hamı yerin altına girib.
- Qız demə, məndə də heç kəs yoxdu. Cəmilədən xəbərin var?
- O hansıdı?
- Profilinə üzük şəkili qoyan.
- Hə...axırıncı dəfə dalaşmışdıq deyə bloka salmışam.
- Qız o günü yazıb ki, hamilədi.
- O ərə getməmişdi axı. - Hə də o türk gədəsi ilə yazışırdı həmişə. Deyir ondan hamiləyəm.
- O türk gədəsi Amerikada yaşamır?
- Hə də orda yaşayır. Günah yiyəsi olmayım, amma deyirlər ki, o gədə keçən həftə yazıb ki, artıq tələbə yoldaşı ilə nişanlanıb. Qızın da başına hava gəlib və eləcə yazır ki, hamiləyəm. Bəs o professorun varıydı haa, ondan xəbərin oldu?
- Yox.
- O da öz tələbəsini burda ələ keçirib və qızda indi çöküb boğazına ki, ya məni almalısan, ya da açıb hər şeyi universitetdə deyəcəm. Səninlə onun arasında heç nə olmamışdı ki?
- Yox əşi, Allah vursun onu, qoca kaftarla nə işim.. Amma Aninin yanaqları qızarmışdı, əlləri isə titrəyirdi. Buna görə də Səkinə ilə sağollaşıb bilgisayarı söndürdü. Və özünə söz verdi ki, bir daha bura daxil olmayacaq. Üzünü belə görmədiyi hansısa Orxana görə nişanlısını belə günlərdir ki, görmədiyinə, ağzı selikli müəllimin onu qucaqlamasına imkan verdiyinə görə özünü danlaya-danlaya otaqdan çıxdı. Gecənin yarısı təcili yardım maşını Anigilin həyətində dayanmışdı. Həkimlər ağrıkəsicini ard-arda vurur, Ani isə it kimi ulaya-ulaya arada deyirdi: “Mən hamiləyəm”. Bilgisayarı isə açıq idi. Orxanın səhifəsində bir cümlə yazılmışdı: “Hamı eşitsin, mən Məryəmdən başqa heç kimi sevmirəm”. Aninin anası Vüqara zəng edib evə çağırsa da, Vüqardan hələ xəbər yox idi. Vüqar isə sonuncu mesajını yazıb nişanlısıgilə getməyi qərarlaşdırmışdı: ”Məryəm, gözümün nuru, sabah surprizim var, səni elə bir yerə aparacağam ki, orda sənlə məndən başqa heç kim olmayacaq”.

Oxşar xəbərlər
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi