Zəif şairin və onun yazdığı şeirin musiqiyə ehtiyacı var...
Oxunub: 6969
10 May 2014 | 11:19
Zəif şairin və onun yazdığı şeirin musiqiyə ehtiyacı var...
 Tanınmış şair, tərcüməçi, 1976-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar  İnəsənət Xadimi Çingiz Əlioğlu Moderator.az-a müsahibə verib, onu təqdim edirik:
 
Yeganə oyuncağım kitablar idi

-İlyas Əfəndiyev dayınız olub. Bu ad sizin yaradıcılığınızda hansı rol oynayıb?

-Ilyas Əfəndiyev mənim dayım olub. Onun kitaba böyük marağı var idi. Mən gözümü açıb kitabxanada böyümüşəm. Hətta sizə bir əhvalat danışım. Onun atası Məhəmməd bəy hər ay dayıma o vaxtın pulu ilə “qızıl onluq” verərdi. Dayım da bu pulla kitab mağazasından  kitablar alardı. Bir gün babam faytonla gedəndə kitab mağazasının sahibi Mirzə Səttar faytonun qarşısına çıxır. Əlində bir dəsmal içi dolu onluqla babama uzadır. Babam “bu nədir”-deyə  soruşduqda o cavab verir ki, bu pulla sənin oğlun məndən kitab alıb. “Onu qoru, o çox yaxşı oğlandır” deyərək pulu babama qaytarmaq istəyir. Bu zaman əlavə edir ki, o çox böyük insan olacaq, mən istəyirəm ki, bu yolda mənim də bir təvəqqem olsun. Babam bu hala çox sevinir, əlbəttə ki, pulu qəbul etmir.
Beləliklə də, mən gözümü açıb kitabların içində böyüdüm. Nəzərə alaq ki, o zamankı uşaqların indiki qədər oyuncağı olmurdu. Bizim yeganə oyuncağımız kitablar idi. Buna görə mən artıq beş yaşımda yazıb oxumağı bacarırdım.
Mənə bu yolda əsas dəstək kiçik dayım Mustafa Əfəndiyev olub. Mənim təhsilimlə demək olar ki, o məşğul olub. Mustafa dayım o zaman Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru olub. Tale elə gətirdi ki, mən də sonralar bu vəzifəyə layiq görüldüm. 
Mən şeir yazmağıma baxmayaraq heç zaman şeiri sevməmişəm, bunun da öz səbəbi var. Bizim dövrümüzdə məktəblərdə ərəb ”“ fars dilləri tədris olunmurdu. Mən də klassik ədəbiyyatdan şeirləri oxuyan zaman şeirin mənasını anlamırdım. Bu məni çox əsəbləşdirirdi. Heç vaxt ağlıma gəlməzdi ki, mən nə vaxtsa şair olaram, cild - cild kitablarım dərc olunar.

-Deyirsiniz şeirə meyliniz olmayıb. Necə oldu ki, özünüzü poeziyada tapdınız?

-Bir gün orta məktəbdə inşa yazanda Mirzə müəllim əlini çiynimə qoyub dedi:  “sən nə vaxtsa böyük yazıçı və ya şair olanda, tərcümeyi halında qeyd et ki, mənim ədəbiyyat müəllimim Mirzə müəllim olub.” Gəlib evdə bu haqda anama deyəndə anam cavab verdi ki, o dünyagörmüş insandır. Olsun nəsə bilir ki, belə deyir. Şeirə gəldikdə isə mən ilk şeirlərimi yazanda institutun 4- cü kursunda oxuyurdum. Ilk şeirim “Xatirələr” adlanırdı. Ümumiyyətlə, şeir yazdıqdan sonra dövrünün aktual şairləri olan Rəsul Rzanın, Əli Kərimlinin, Fikrət Sadığın, Fikrət Qocanın şeirlərini oxumağa başladım. Mənə dəstək olan insanlardan biri də Rəsul Rza olub. Bir dəfə dostlarım Timurçin Əfəndiyevə (İlyas Əfəndiyevin oğlu), bir də qocaman şair Ağa Mirmehdi Seyidzadənin oğlu Gündüzə dedim ki, məni Rəsul Rzanın evinə aparın. Yaxşı yadımdadır ki, oktyabr ayı idi. Bərk yağış yağırdı. Dostlarım məni apardılar Rəsul Rzanın evinə. Onlar bic tərpəndilər. Qapını döyüb qaçdılar. Bu zaman şairin yoldaşı qapını açdı. Mən Rəsul Rzanı görmək istədiyimi dedim. O məni içəriyə dəvət edib, şairi çağırdı. Nigar xanımın bu jesti mənim xoşuma gəldi. Rəsul müəllim gəldi. Mənim şeirlərimlə tanış oldu. Bundan sonra o mənim haqqımda “istedad+zəhmət+ dözüm” adlı məqalə yazdı. Həmin məqalədə Rəsul Rza mənim yaradıcılığımı Nazim Hikmətlə müqayisə edirdi. Beləliklə, mənim  “Nikbinlik”  adlı ilk şeirlər kitabım dərc olundu. 

Eyni vaxtda iki qıza aşiq oldum

-Adətən şairlər uşaqlıqdan şeir yazmağa başladıqlarını deyirlər. Sizdə isə fərqli olub. Gənc yaşlarınızda sizi şeir yazmağa nə vadar etdi?

-Sən gərək elə hər şeyi dərindən biləsən?(gülür) İnstitutda oxuyanda bir gün mənə dedilər ki, səni Manaf Suleymanov çağırır. Manaf Süleymanov tanınmış yazıçı idi. Institutumuzun “Neft kadrları uğrunda” adlı qəzeti redaktə edirmiş. Nə isə getdim. Manaf müəllim dedi ki, sən bir məqalə yazarsan. Institutumuzun kimya fakultəsində təhsil alan iki əlaçı qız haqqında. Düzü təəccübləndim. Axı mən heç vaxt məqalə yazmamışam. Bunu Manaf müəllimə də dedim.

-Maraqlıdır, niyə məhz siz?

-Manaf müəllim dedi ki, keçən yay sən xam torpaqlara gedəndə institutun akt zalında çıxış etdin. O zaman sənin çıxışın yadımda qalıb. Mən də ona söz verdim ki, çalışacam məqaləni yazım. Amma yaza bilməsəm məndən inciməyin.
Nəhayət mən bu qızlarla tanış oldum. Qəribə burasındadır ki, mən bu qızların ikisinə də vuruldum. Bu qızların ikisi də çox gözəl, zövqlü idilər. Ağıllı , sanballı həm də savadlı qızlar idi. AZİ- də oxumaq və əlaçı olmaq hər gəncin işi deyildi. O cür institutda bu qızlar əla qiymətlərlə oxuyurdular. Bu qızlarla tanış olduqdan sonra məndə romantik hislər baş qaldırdı. 

-Qızları görüb məqaləni unutmadınız ki?

-Məqaləni yazdım, təhvil verdim. O zaman əl yazısı ilə yazırdıq. Xəttimi də məndən başqa heç kim oxuya bilmirdi. Manaf müəllim necə oxudusa məəttəl qaldım. Yazını oxuyanda mənə razılığını bildirdi və bu sözləri də dedi: “yaxşı yazıdır, amma  hiss olunur ki, sən bu qızların ikisinə də vurulmusan.
Bu qızlara vurulmağım məni şeir yazmağa vadar edən səbəblərdən biri oldu.

-Deyəsən başqa  səbəb də olub...

-Vidadi Paşayev adlı bir otaq yoldaşım var idi. Maraqlı şeirlər yazırdı, hər zaman mənə oxuyardı. Bir gün mənə şeirin oxuyanda bəyənmədiyimi dedim. Olsun bu da onun xətrinə dəyib. Mənə dedi ki, sən bilirsən şeir yazmaq necə çətindir?
Cavab verdim ki, şeir yazmağın nəyi çətindir, istəyirsən sənə bir gecədə 10 dənə şeir yazım. Elə bu sözdən sonra mən başladım şeir yazmağa. Qızlara olan sevgim, üstəgəl də dostuma dediyim söz məni şeir yazmağa təhrik etdi. 

 Bizə yazılan talenin iştirakçısıyıq

-Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı ilə eyni dövrdə yaradıcılığa başladınız. Sonradan tale sizi ayrı-ayrı səmtlərə sovurdu. Hansınızın yeri daha layiqli oldu?

-Mən belə deməzdim. Sadəcə hər kəs öz taleyini yaşadı. Mən belə düşünürəm ki, hər kəs bir mühitin barıdır. Bu mühit olsun ki, ilk olaraq ailədən başlayır. Ilk yaranışdan mühit insanın daxilinə hansı etik, estetik anlayışlar aşılayıbsa o da getdikcə onunla inkişaf edir. Istər Sabir, istər Nüsrət, istərsə də mən. Hər birimiz öz taleyimizi yaşadıq, onun arxasınca getdik.

Tale deyirsiniz. Sizcə insanlar öz talelərini öz seçimləri əsasında yaratmırlar?

-Biz taleyi özümüz seçmirik, sadəcə yazılan taleyin iştirakçılarıyıq. Belə deyək ki, Sabir Rüstəmxanlıda güclü bir publisistik, siyasi ruh var idi. Nüsrət də bir ara partiya sədri olmuşdu. Mən özüm ömür boyu heç bir partiyanın üzvü olmamışam. Mən çoxluğu sevmirəm. İnsanların çox olduğu yerlər məni sıxır. Yetərincə özüm özümlə tək qala, özümlə hesablaşa bilirəm. Yeri gələndə özümlə yola getmirəm. Uşaqlarımı da bu ruhda tərbiyə etmişəm. Mənim uşaqlarımın ilk sözü “özün” olub. Mən də həyatım boyu nə etmişəmsə öz gücümə etmişəm.
Çox sayda kitablarım dərc olunub. Nəşriyyatda işləyirdim, evə gələndə də yaradıcılığımla məşğul olurdum. Zəhmətimin hesabına da çəkdiyim əziyyətin bəhrəsini gördüm. Mən heç vaxt xam xəyallara qapılmamışam. Hər zaman işləməyə can atmışam.

Kinoya çəkilmək mənə gülünc gəlirdi

-Filmlərə çəkilmisiniz. Şair üçün obraz yaratmaq çətin olmur ki?

-Mən buna heç vaxt ciddi yanaşmamışam. Kinoya çəkiləndə məni gülmək tuturdu. Bir gün “Malakan bağı” nın yanındakı küçə ilə gedəndə Arif Babayev mənə yaxınlaşdı. Çox təəccübləndim. Gözləmədiyim halda qayıtdı ki, mən bilən sən şairsən. Dedim elə deyirlər. Dedi sən sabah kinostudiyaya gəl. Sabahsı gün kinostudiyaya getdim. Məni saldılar bir otağa başladılar şəklimi çəkməyə. Sonra çıxdım gəldim. Bir müddətdən sonta eşitdim ki, məni axtarırlar. Sən demə,  məni “Gün keçdi” filmində Camal Qasanoviç rolunda çəkmək istəyiblər.
Sonra çəkildiyim film isə “Yaramaz” oldu. Həmin filmə çəkilmək təklifi alanda artıq respublikada tanınırdım. Mənə xeyli sayda kinolara çəkilmək təklif olunurdu. Amma çoxunu qəbul etmirdim.

-Intim səhnələr olan filmlərə çəkilməkdən imtina etmisiniz...

-Elə filmlər də olub, mən qəbul etmədim. İndi düşünürəm ki, yenə də qəbul etməzdim. Bilirsiniz niyə? Çünki mən aktyor deyiləm. Mən bunu Hamlet Xanızadə, Yaşar Nuri, Həsən Turabov, Rasim Balayev kimi dahi sənətkarlarımıza hörmətsizlik olaraq qəbul edirdim. Buna mənim mənəvi haqqım yox idi.

-“Mən bilirəm insan necə məhv olur”  şeiri ilə insanların içində olan riyakarlığı dilə gətirmisiniz. Insanları riyakarlığa nə vadar edir?

-Lalə, sən bunu məndən də yaxşı bilirsən.

-Çingiz müəllim, oxucuya mənim yox, sizin fikriniz maraqlıdır.

-Bilirsiniz, mən həyatda iki amili sevmirəm. Birincisi, şeirin musiqi müşayəti ilə səslənməsini. Belə düşünürəm ki, zəif şairin və onun yazdığı şeirin musiqiyə ehtiyacı var. O şeir ki, oxucunun ruhuna  toxunmur, həmin şeirin musiqiyə ehtiyacı var. Musiqiçıilərimizdən üzr istəyirəm, çünki mənim müsiqiyə, onun ifaçılarına böyük hörmətim var. Ikinci amil isə şeirin təhlil olunmasıdır.

-Çingiz bəy, mən izahat istəmədim.  Sadəcə bu şeirdə sadaladığınızı müasir insanlarda müşahidə edirsinimi?

-Təbii, bu hər dövrün problemidir. Cəmiyyət təkcə kamil, mədəni, axlaqlı inasanlardan ibarət deyil. Mənəvi deformasiyalara uğramış insanlar da olur.
Bu insanlar, mənəvi əxlaqı dəyərləri, keyfiyyətləri qiymətləndirməyi bacarmırlar. Belə olan halda isə müxtəlif pis cəhətlər, davranışlar yaranır. Bu iyrəncliklər əsasən də kütləvi informasiya vasitələrində yayımlanır. Mən bunun əleyhinəyəm.

-Bunda quruluşun  səbəbi var?

-Yox, mən belə deməzdim. Bu quruluşdan öncə sovet rejimində yaşayırdıq.  O zaman da belə hadisələr, iyrənc cinayətlər olurdu. Amma o dövrdə belə halları yayımlamırdılar. Dözlət icazə vermirdi. Hökumətin ideoloji maşınının xeyrinə deyildi camaat bu hadisələri bilsin. Indi azadlıqdır. Mən bunun tam əleyhinəyəm. televizoru, saytı açırsan filankəs filankəsi öldürdü, və yaxud da başqa pis əməl.
Bunu belə qabartmaq, şişirtmək lazım deyil. Cəmiyyətimizdə o qədər mədəni, gözəl hadisələr var. Bunları görsətmək lazımdır. 

-Reytinq üçün edirlər bunları?

-Bəli, belə düşünürəm. Şou verilişlər hazırlayırlar. Güya hansısa mövzunu müzakirə edirlər. Hamı bir ağızdan danışır. Ağız deyəni qulaq eşitmir. Insanlara bizim bəzi mənliksiz insanların özünü necə aparması nümunə olunur. Mən dünyanın 36 ölkəsində olmuşam. Elə ölkələr olub ki, orda aylarla qalmışam. O ölkələrdə də problemlər var. Inanın mənə, Azərbaycan bütün ölkələrdən gözəldir.
Bu hadisələri qabardan jurnalistlərdir. Hər sahədə yaxşı və pis olduğu kimi burda da “jurnalistlər”ə rast gəlirik. Səhv yollarla oxucu marağı qazanmaq, reytinq toplamaq məqsədi ilə yazılan yazılar var. Bilirsən, bunlar bir anlıq şöhrətdir. Bir müddətdən sonra bu şöhrət də gedir. 

-Bəzi yaradıcı insanlarımız AYB ”“ni lazımsız qurum hesab edir. Siz necə düşünürsüz?

-Mən qətiyyən belə düşünmürəm. Yazıçılar Birliyi öz ənənənləri olan çox mötəbər bir təşkilatdır. Elə yazarlarımız var ki, Yazıçılar  Birliyinin üzvü olduğu üçün illərlə pul alıb, əlaqəsi kəsildikdən sonra başlayıb birliyin arxasınca danışmağa. Mən bu halların əleyhdarıyam. Elə yaşlı təqaüdçülərimiz var ki, ömürlük prezident təqaüdünə layiq görülüb. Bu birlik yaradıcı insanların klubudur.
Mən Yazıçılar Birliyində bir halın əleyhinəyəm ki, ora həddindən artıq insan qəbul edirlər. Bunu düzgün saymıram. 

-Doğrudan da bu birliyə çoxlu təsadüfi insanlar “hörmət”lə və ya tapşırıqla qəbul olunur...

-Mən belə düşünmürəm. AYB yə qəbul “hörmət” lə olsaydı indi bu birlikdə bu qədər insan olmazdı. Bunu iftira kimi qəbul edirəm. Anar müəllim ora rəhbərlik edir. Bu onun paxıllığını çəkənlər, ayağını dartanların iftirasıdır.  AYB bu gün də Azərbaycanın mədəni həyatında böyük rol oynayır.

-Müasir Azərbaycan ədəbiyyatının səviyyəsi sizi qane edirmi?

-Müasir ədəbiyyatımızın son dərəcə ədəbi keyfiyyətləri var. Azərbaycan ədəbiyyatı inkişaf edir, zamanla dünya səviyyəsində tanınmağa başlanır. Mən dünya ədəbiyyatını izləyirəm. Xarici ölkələrdə olanda yerli şairlərlə görüşüm olub. Bizim ədəbiyyatımızın müasir yazarları xarici yazarlardan maraq cəhətdən heç də geri qalmırlar. Sadəcə bizim bir problemimiz var. Biz Azərbaycan dilində yazırıq. Bu dilin də dünyaya açılmaq imkanları çətin məsələdir. Əsərlər tərcümə  olunmalıdır. Bu da çox ciddi əziyyət, vəsait tələb edir.

Lalə Novruzlu

Oxşar xəbərlər
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ