Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantik görüşlərini artırmışdı...
Oxunub: 1462
19 Sep 2021 | 16:11
Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantik görüşlərini artırmışdı...
Moderator.az bir müddətdir yazıçı Çingiz Qurbanovun "Gizli savaş" romanını oxucularına təqdim edir. Roman Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunub:
 
Əvvəli: //moderator.az/edebiyyat/393867/general-muradyanin-kpekleri-onu-rahat-buraxmirdi/
 
Mübariz Azəri tapmaq, onun vasitəsilə mədənlərdə çalışan soydaşlarımızın azad olunmasına nail olmaq istəyirdi. Göstərdiyi cəhdlər uğursuz alınsa da qardaşının tapılması üçün mümkün imkanları səfərbər etmişdi. O, işdən bir həftəlik məzuniyyət götürüb ərzaq ehtiyatı tədarük edib kəndlərinə yollandı. Şakir müəllimin köməyindən istifadə etmək istəyirdi. O, Şakir müəllimlə Azərlə bağlı məsələləri müzakirə edib sonda dedi:
-Şakir müəllim, Azər və digər iki yoldaşı bu ətrafda gizlənir. Mən işdən icazə almışam. Qarşıdakı bir həftə ərzində onları axtarıb tapmaq istəyirəm. Əsir və girov götürülmüş soydaşlarımızın yerini aşkarlamaq üçün mənə kömək lazımdır. İşlərim çox, onların yerinə yetirilməsini təmin etmək üçün inandığım insanlar isə məhdud saydadırlar. Əlavə üç nəfərin köməyi ilə daha geniş miqyaslı işlər görə bilərəm.
-Doğru deyirsən, ay oğul. Son dörd, beş ay ərzində ətrafda şübhə doğuracaq bir şey hiss etməmişəm. Çox vaxt gecələr yatmır, xarabalıqlar arasında dolaşıram. Bu ətrafda gizlənsəydilər mən çoxdan hiss edərdim. Görəsən onlar yemək-içməyi haradan alırlar?
-Şakir müəllim, xahiş edirəm, növbə ilə kənd ərazisini axtaraq. Azərin uşaqlığı burada keçib o, ərazini bizim kimi yaxşı tanıyır. Həmişə kənd və ətraf ərazidə dolaşardı.
-Nə deyirəm, ay oğul. Gəl, mən «Dərə» məhləsini axtarım, sən isə «Çaxmaq» məhləsini axtar. Tapılmasalar sabah kəndin içərisini axtararıq. Kənd qəbristanlığını da ziyarət etmək pis olmazdı.
-Şakir müəllim, doğru deyirsiz. Hava qaralan zaman qəbristanlığı ziyarət edib, oranı diqqətlə axtarmaq lazımdır. Azər məzarlıqdan qorxmur, uşaq vaxtı o ətraflarda çox dolaşardı.
-Ay oğul, bu günkü işimizi sabaha saxlamayaq. Sən qal burada, mən bir qəbristanlığa baş çəkim, bəlkə uşaqları tapa bildim. -Şakir müəllim ayağa qalxdı.
O, uçub tökülmüş daşların arası ilə asta addımlarla hərəkət edərək qəbristanlığa yollandı. Kəndlə qəbristanlıq arasındakı təpənin zirvəsinə qalxıb daş üstündə oturdu. Sonra məzarlığı seyr edib şübhəli bir şey hiss etmədiyi üçün aşağı enməyə başladı. Qəbristanlığa yetişib üzü qibləyə dayanıb fatihə surəsini oxudu. Əllərini üzünə çəkərək salavat çevirib qəbirlərin arası ilə dolaşmağa başladı. Uçmuş dağılmış küncü üst üstə yığılmış daşlarla bərpa edilən günbəzli məzar onun diqqətini cəlb etdi. Ehtiyatla yaxınlaşıb günbəzin içərisinə baxdıqda gözlərinə inanmadı. Cavanların üçü də karton parçalarla örtülmüş döşəmədə uzanıb yatmışdılar. Şakir müəllim nə edəcəyini kəsdirə bilmədiyi üçün onlara tamaşa edirdi. Gənclərin ona xəsarət yetirmələrindən ehtiyat etdiyi üçün onları silkələyib Azərbaycan dilində dedi:
-Azər! Azər kimdir? Hansınızsınız Azər? 
Yuxudan doymamış cavanlar əlləri ilə gözlərini ovuşdurur, nə baş verdiyini anlamağa çalışırdılar. Azər öz adını eşidib dik atılıdı. O, Şakir müəllimin yaxasından yapışıb sorusdu:
-Sən kimsən, qoca?
-Qorxmayın, ay bala. Mən də azərbaycanlıyam, sizi axtarırdım. Allaha çox şükürlər olsun, tapdım.
Digər iki nəfər nə baş verdiyini anlamağa çalışır, qocanın kim olduğunu bilmək istəyirdilər. Yuxudan doymamış Zamin bir qədər özünə gəlib, Şakir müəllimə diqqətlə baxırdı. Qocanın üzü tüklü olmasına baxmayaraq onu tanımışdı.
-Şakir müəllim, sizsiz? Mənim riyaziyyat müəllimim olubsunuz, sizi tanıdım. Mən Nəbi kişinin oğlu Zaminəm. Tanıdız? -Zamin Şakir müəllimin yaxasını Azərin əlindən almağa çalışsa da, o buraxmaq istəmirdi.
Azər vəziyyətin nisbətən aydınlaşdığını görüb nəhayət, əlini Şakir müəllimin yaxasından çəkib dedi:
-Şakir müəllim, bir halda Zamin sizi tanıdı, deməli bizim adamsınız. Xahiş edirəm əyləşin və bir müəllim kimi baş verənləri bizə anladın. Xahiş edirəm, ilk olaraq mənim adımı haradan bildiyinizi izah edin. Onsuz da tələsidiyimiz bir yer yoxdur. 
Şakir müəllim cavanların axtarışı ilə bağlı və digər məsələlər barədə onlara məlumat verib hava qaralanadək gözləməyi təklif etdi. O, Mübariz haqqında məlumat verməyib, qazmada gözləməsi barədə susmağa üstünlük vermişdi. Artıq hava qaralmışdı. Mübariz Şakir müəllimdən xəbər çıxmadığını görüb, narahat olurdu. Ötən hər dəqiqə onun həyacanını daha da artırır, ara vermədən darısqal qazmada var-gəl edirdi. O, qazmanın tavanından asılmış fənəri yandırıb əllərini qoynunda çarpazlayaraq fikirləşirdi. Qəbristanlıqla kənd arasındakı məsafəni maksimum bir saata gedib qayıtmaq olardı. Lakin beş saatdan artıq zaman keçməsinə baxmayaraq, Şakir müəllimdən bir xəbər yox idi. Birdən qazmanin qapısı açıldı. Şakir müəllim astanada dayanmışdı. Mübariz Şakir müəllimin gəlişinə sevinsə də astanada tək dayanması onu bir qədər məyus etdi. O, qapının arxasında başqa adam dayandığını hiss edib əlini tapançaya atdı. Şakir müəllim qapıdan kənara çəkilmişdi. Mübariz gözlərinə inanmırdı. Azər astanada dayanıb ona tamaşa edirdi. Mübarizin silah tutan əli yavaş-yavaş boşalıb, sürüşərək yanına düşdü. O, yerindəcə donub qalmışdı. Azərə doğru addım atmağa gücü çatmır, sevincdən gözləri parıldayırdı. Yanaqlarından göz yaşları axırdı. Azərin boyu uzanmış, yaşadıqlarından dolayı baxışları və sifət cizgiləri sərtləşmiş, kişiləşmişdi.
Azər Mübarizi axırıncı dəfə altı ay öncə mədəndə görmüş və qanı qaynamışdı. Mübarizin əynindəki hərbi forma və gözündəki qara eynək onu tanımağa imkan verməmişdi. Ona görədə qarşısında dayanan hərbiçinin doğma qardaşı Mübariz olmasını ağlına belə gətirməmişdi. Azər Mübarizi uşaqlıq xatirələrindəki kimi yadda saxlamışdı. Aradan uzun illər ötməsinə baxmayaraq o, qarşısında dayanan böyük qardaşını tanımışdı. Mübariz yaşa dolmaqla yanaşı gözə çarpacaq dərəcədə kökəlmiş və məktəb illərinə nisbətən ucaboy olmuşdu.
Uzun illərin həsrəti sona çatmışdı. Qardaşlar qucaqlaşdılar. Göz yaşları bir birinə qarışmışdı. Azər hönkürür, emosiyalarını cilovlaya bilmir, çiyinləri qeyri-ixtiyari atılıb düşürdü. O, paltarının çirkli qolları ilə göz yaşlarını silib təkrar qardaşını qucaqladı. Mübariz yavaş-yavaş özünü ələ almış, qardaşının cod və çirkli saçlarını tumarlayır, ona təskinlik verməyə çalışırdı. Mübarizin onunla uşaq sayağı davranışı Azərin xoşuna gəlmədiyi üçün başını kənara çəkib dedi:
-Qardaş, mənimlə uşaq kimi davranma. Yaşımın az olmasına baxmayaraq həyatda çox şey görmüşəm.
-Bilirəm, Azər.
-Sən haradan bilə bilərsən? Biz əzab əziyyət çəkəndə sən tələbəlik həyatı yaşayırdın. Allaha çox şükürlər olsun oxuyub ali təhsil almısan. Səndən fərqli olaraq mən universitet bitirə bilməmişəm. Faciələrlə zəngin, qəddar bir həyat məktəbi bitirmişəm. Yazıb oxumağı kitab-dəftərlə deyil, torpaq üzərində öyrənmişəm. Mənim müəllimlərim hər gün on iki, on altı saat dayanmadan istismar edilən əsir götürülmüş soydaşlarımız olub. 
-Bilirəm, Azər.
-Nəyi bilirsən, Mübariz? Mənim həyatda yaşadıqlarımı sən haradan bilirsən? Bilirsən erməni faşistləri gözümün qabağında atamı, anamı, qardaşımı qətlə yetiriblər? Bilirsən onlar uşaqlığımı, məktəb illərimi, gəncliyimi, sağlamlığımı əlimdən alıblar? Bizi baraklarda saxlayır, yemək vermədən gecə gündüz işlədirdilər. Ayaq üstə güclə dayanırdıq. Aclıqdan taqətimiz qalmırdı. Ermənilər bizi tez-tez sıraya düzür, səbəb olmadan işgəncə verirdilər. Bir dəfə işgəncəyə tab gətirməyən yoldaşlarımızdan biri saqqallı erməni faşistlərinin üstünə qışqırdı. 
-Əclaflar, alçaqlar bu qədər qəddarlıq olar? Bu vəhşilikdir! Lakin çoxda sinənizə döyməyin, tezliklə bu torpaqlarda sizi it kimi gəbərdəcək Türk oğulları peyda olacaq. Buna əmin ola bilərsiniz! -Azər baş vermiş hadisəni gözləri qarşısında canlandırıb sözünə davam etdi. -Ara, bunun dilinə bax. İndi sənin uzun dilini kəsərəm. -Yekəpər erməni qışqıran oğlanın hülqumundan yapışıb, digər iki saqqallının köməyi ilə ağzını açıb dilini əlindəki bıçaqla kəsdi. -Ara, bunun dili doğrudan da uzun imiş, mən onu kəsib qısaltdım. -O, əlində tutduğu kəsilmiş dili yerə atıb taptaladı. Bununla kifayətlənməyib əlavə nəsə etmək istəyirdi. -Azər erməni cəlladın hərəkətlərini sanki təkrarlayırdı. 
-İndi görək, bu torpaqda it kimi kim gəbərəcək. –Tapançasını çıxarıb yaşadığı şokdan huşunu itirmiş oğlanın başına iki güllə çaxdı. -Bizə dil çıxaranların aqibəti bundan da pis olacaq. -Mübariz, saqqallı erməni faşistləri törətdikləri qanlı cinayətlərdən ürəkləri soyumur, aclıq və susuzluqdan gözləri qaralıb başları fırlanan soydaşlarımızı sıraya düzüb olmazın işgəncələrini verirdilər. -Azər həyəcanlanır, yaşananları xatırladıqca özünü güclə ayaqda tuturdu.
Mübariz bu hekayədən dəhşətə gəlib əsəbləri gərilmiş qardaşını qucaqlayıb ovundurmağa çalışırdı. Gecə yarını ötsədə heç kim yatmır, başlarına gələn hadisələri danışırdılar. Birdən Azər üzünü qardaşına tutub dedi:
-Mübariz, ailəmiz, kənd camaatı öldürülən yerləri ziyarət etmək istəyirsən? Çox uzaq deyil, «Sarı qaya»nın yaxınlığındadır.
-Gedək. Mən avtomobili həmin yerdə, «Sarı qaya»nın yaxınlığında, dərənin dibində saxlamışam.
Mübariz Şakir müəllim və digər yoldaşların qazmada qalmasını və axşam yeməyi hazırlamalarını tövsiyə edib, Azərlə birlikdə «el məzarlığı» adlandırdıqları yeri ziyarət etməyə yollandı.
***
Xeyli zaman ötməsinə baxmayaraq, general Muradyanın apardığı araşdırmalar bir nəticə verməmişdi. O, toplanmış faktları dəyərləndirmək, hadisələrin gedişatına istiqamət vermək üçün müşavirə keçirirdi. Zamanın az, problemin çox olduğunu nəzərə alıb daha çox əməkdaş cəlb etmişdi. O, ilk olaraq Balayanın işlərini araşdıran zabitə söz verdi.
-Buyurun, kapitan, xahiş edirəm, gördüyünüz işlər, apardığınız araşdırmalar barədə məlumat verin.
General Muradyanın xahiş etməsi əməkdaşlar arasında təəccüblə qarşılandı. O, bir qayda olaraq qarşısında kimin dayanmasından asılı olmayaraq tələb edir, göstəriş verir, xoşuna gəlməyən məqamlarda hətta təhqir edirdi. Muradyan son zamanlar məqsədinə çatmaq üçün bütün vasitələri keçərli hesab edirdi. Generalın acınacaqlı vəziyyəti nazirlikdə hər kəsə bəlli idi. Əməkdaşların əksəriyyəti Muradyanın durumuna qəlbən sevinirdilər.
Kapitan ayağa qalxıb boğazını arıtladıqdan sonra sözə başladı.
-Cənab general, Balayanın bizim nazirlikdə işə başladığı andan bu günədək məşğul olduğu bütün işləri araşdırmış və müvafiq arayış hazırlamışam. İcazənizlə arayışla müşavirə iştirakçılarını tanış edərdim. İlk olaraq qeyd edim ki, təmas xəttində sənədlərin qərargahdan yoxa çıxdığı zaman Aşot Balayan qərargah ərazisində olmuş, bizim hərbiçilərlə yeyib içdikdən sonra, kazarmada gecələmişdir. Aparılmış ekspertiza nəticəsində müəyyən edilmişdir ki, seyf öz açarı ilə açılmış üzərində kənar şəxslərə aid barmaq izləri müəyyən olunmamışdır. Kilid üzərində fiziki və ya mexaniki zədə aşkar edilməmişdir.
-Kapitan, seyfin ehtiyat açarları harada saxlanılırdı? –General sual verdi.
-Cənab general, daxili qaydaların tələbləri pozulmamış, açarlar qərargah rəisində olmuşdur. Aparılmış araşdırmalar ehtiyat açarların kimdə olmasına aydınlıq gətirmək mümkün olmamışdır.
-Sizin sözünüzdən belə çıxır ki, sənədləri qərargah rəisi özü oğurlamışdır. Mən düz başa düşdüm? Əgər belədirsə onun məqsədi nədir? Kapitan, xahiş edirəm, davam edin.
-Cənab general, Aşot Balayan S-300 FAVORİT ZRK sistemlərinin neytirallaşdırıması əməliyyatından əvvəl, yenə həmin ərazilərdə görünmüşdür.
-Kapitan, Aşot Balayanın tez-tez işğal olunmuş ərazilərə getməsi nə ilə bağlıdır?
-Cənab general, Balayan yaratdığı təsərrüfatlara baş çəkmək üçün tez-tez həmin ərazilərə gedir.
-Bəli kapitan, onun təsərrüfatları barədə eşitmişəm. Mənim üçün çox maraqlıdır klinika və həkimlər barədə məxvi arxiv materialları avropalı komissiya üzvlərinə necə ötürülmüşdür? Müvafiq faktları özündə əks etdirən arxiv sənədlərini ekspertizaya göndərmək, üzərindəki barmaq izlərini aşkarlayıb kimlərə məxsus olmasını müəyyən etmək lazımdır. Bu istiqamətdə nə tədbirlər görülmüşdür?
-Cənab general, arxiv materiallarından istifadəyə icazəsi olan şəxslərin barmaq izləri və məxvi arxiv sənədləri ekspertizaya təqdim olunmuş və müvafiq rəy alınmışdır. Ekspertiza rəyində bildirilir ki, bir neçə sənəd üzərində bizim idarədə çalışmayan şəxsə aid barmaq izləri müəyyən olunmuşdur.
-Kapitan, yoxlamaq lazımdır. Bəlkə, həmin barmaq izləri Aşot Balayana məxsusdur?
-Cənab general, tapılmış barmaq izlərinin keyfiyyəti onun kimə məxsus olduğunu müəyyən etməyə imkan verməmişdir.
-Otur, kapitan. Bir qayda olaraq biz lazım olan anlarda heç nə müəyyən edə bilmirik. Ona görədə burnumuzun dibində bu cür hadisələr baş verir. -General çox əsəbləşmişdi. Səbri tükəndiyi üçün daha heç kimə qulaq asmaq istəmirdi. -Azadsız, gedə bilərsiniz.
Əməkdaşlar kabineti tərk etdikdən sonra general Muradyan var-gəl edir, vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. O özünü təmizə çıxarmaq üçün qurbanlıq keçi axtarışına çıxmışdı. Qurbanlıq keçinin Aşot Balayan, kabinetindən sənədlər oğurlanan qərargah rəisi və ya heç kimə bəlli olmayan üçüncü şəxs olmasının fərqi yox idi. Üzərinə fokuslanmış baxışları dəf etmək üçün faktlara söykənən nəticə göstərmək lazım olduğunu başa düşürdü. Aşot Balayanın əvvəllər Russiya Federasiyasında çalışması işləri xeyli çətinləşdirir, onun keçmişi barədə ətraflı məlumat toplamağa imkan vermirdi. O, Aşot Balayan barədə yaranmış şübhələrə aydınlıq gətirmək üçün onunla bir yerdə Rusiya gömrük orqanlarında işləmiş şəxslərdən birini dəvət etmək, qeyri rəsmi üzləşmə həyata keçirmək istəyirdi.
General Muradyan aparılan araşdırmaların üzə çıxardığı faktlar və ekspertizanın nəticələrini əlində əsas tutub məxfi arxivin müdiri və məlum qərargah rəisinin həbs edilməsi barədə sanksiya alınması üçün raport imzalayıb hərbi prokurorluğa göndərdi. Bu metodla ona qarşı yönəlmiş təzyiqləri azaltmaq, özünü müdafiə və yeni həmlələr üçün vaxt qazanmaq istəyirdi.
***
Tiqran qərargah rəisi və arxiv müdirinin həbs edilməsi barədə prokurorluğa edilən müraciət haqqında dəftərxanadan məlumat almış, çox rahatlamışdı. Sanki çiyinlərindən ağır yük götürülmüşdü. Tiqranın barmaq izləri sənədlər üzərində aşkar edildiyi üçün dəfələrlə istintaqa cəlb olunmuş və bu barədə sualları cavablandırmaq məcburiyyətində qalmışdı. Onun məxvi sənədlərdən istifadə etmək hüququ olduğu nəzərə alınmış və beləliklə özünü müdafiə etməyə nail olmuşdu. Tiqran Mübarizə həbslər reallaşdıqdan sonra məlumat vermək istəyirdi.
Mübariz Loranın vasitəsilə məsələdən agah olmuş və həbslərin baş tutmasını gözləyirdi. O bu tədbirlərin müvəqqəti olduğu və «Baron»un ondan əl çəkməyəcəyinə əmin idi. Loradan əldə etdiyi məlumata görə general Muradyan Rusiya Federasiyasında Aşot Balayanla birgə çalışmış şəxslərdən birini qonaq dəvət etmişdi. Mübariz başa düşürdü ki, baş tutacaq görüş daha doğrusu qeyri-rəsmi üzləşmə onun ifşa olunmasına səbəb ola bilər. Görüşün nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığına görə qabaqlayıcı tədbirlər görmək mümkün deyildi. Çünki Aşot Balayanın iş yoldaşlarından kimlərin dəvət olunması və kimin bu dəvəti qəbul edib, İrəvana gəlməyə razılaşması barədə onda məlumat yox idi.
Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantiq görüşlərin intensivliyini artırmış, ekskluziv və bahalı hədiyyələr yağışına tutmuşdu. Lora bu görüşlərin nə ilə nəticələnəcəyi barədə fikirləşmir, mövcud vəziyyəti dəyərləndirir və romantik görüşlərin dadını çıxarmaqda davam edirdi. Lora Anna ilə rəfiqə olsa da daxilində gizlənmiş rəqabəti boğa bilmir, əlinə düşmüş fürsəti sonadək də¬yərləndirmək istəyirdi.
Lora parkda baş tutmuş növbəti görüş zamanı bildirmişdi ki, təmas xəttində yerləşən qərargahın rəisi nazirliyə çağrılıb həbs olunmuş, bir saatdan sonra isə məxvi məlumatlar saxlanan arxivin müdiri də həbs edilmişdi. Həbslərin səbəbi hamı kimi Lora üçün də maraqlı idi. O, marağını gizlədə bilməyib bunun səbəbini Mübarizdən soruşdu.
-Aşot can, bu həbslərin sizinlə nə əlaqəsi var?
-Lora, bunu məndən deyil, rəisinizdən soruşun.
-Aşot can, bir nazirlikdə işləsəkdə idarələrimiz başqadır. Mən başa düşə bilmirəm «Baron» səndən nə istəyir?
-Lora xanım, xahiş edirəm mənə aidiyyatı olmayan suallar verməyəsiniz. Əvvəldə qeyd etdiyim kimi imkan daxilində bu sualları general Muradyana verərsiniz. Nə deyim, yəqin itirdiyi imic və iki milyon dolların heyfini almaq istəyir. 
-Aşot can, bəs siz qorxmursunuz? Nazirliyin ən nüfuzlu generallarından birisi ilə konfiliktə gedirsiniz.
-Lora xanım, öncə qeyd edim ki, mən heç kimlə konfliktə getmirəm. İkincisi nazirliyin digər qüdrətli generalı Minas Davidoviç məni dəstəkləyir və dostumdur. Üçüncüsü sizin kimi əziz və vəfalı dostu olan kimdən qorxmalıdır. General Muradyandan? Bilirəm ki, məni müdafiə etmək üçün sən istənilən adamla savaşa hazırsan. Bəlkə, belə deyil, mən səhv edirəm?
-Aşot can, doğru söylüyürsən, mən sevdiyim insan üçün savaşa hazıram. –O, astadan dilləndi.
Mübariz Loranı verdiyi dəstəyə görə mükəfatlandırmaq üçün onu qucaqlayıb sinəsinə sıxdı. Qız bir söz demədən onun sinəsinə qısılmış və bu hərəkətin nə ilə sonuclanacağını səbirsizliklə gözləyirdi.
Anna yaxınlıqda ağacın altında dayanmış, yumruqlarını düyünləyərək sinəsinə vurur, əsəbini cilovlaya bilmir, gödəkçəsinin qollarını didişdirirdi. O, qısqanc göz yaşlarını silərək mızıldandı.
-Eybi yoxdur. Lora Aşotun bu durumdan qurtarmasında ona kömək edir. Tezliklə hər şey qurtarar, Aşot mənim yanıma qayıdar. Pis günlər isə acı xatirəyə çevrilib arxada qalar. -O, göz yaşlarını axıdaraq özünə təsginlik verirdi. Çəkdiyi əzablara son qoymaq üçün görüş yerini tərk edib, evə yollanmağa qərar verdi.
***
Qərargah rəisinin və arxiv müdürinin həbsi Mübarizə olan təzyiqləri azaltmaq əvəzinə, əksinə artırmışdı. O, general Muradyanı neytrallaşdırmaq barədə düşünür, başındakı variantları götür qoy edir, konkret bir qərara gələ bilmirdi. Mübariz başa düşürdü ki, «Baron»u zərərsizləşdirə bilməsə gec-tez ifşa olunacaq, mərkəzin tapşırığını yerinə yetirmək isə mümkün olmayacaqdı. Mübariz Azər və dostlarının sərbəst hərəkət etməsi, müəyyən əməliyyatların həyata keçirilməsində ona kömək etmələri üçün kimliyi təsdiq edən sənədlər və buraxılış vərəqələri əldə etmişdi. O, günorta çağı geyim mağazasına yollanıb üç dəst səliqəli paltar almış və sənədlərlə birlikdə Azərə çatdırmaq istəyirdi. Mağazada dolaşarkən yenidən izləndiyini hiss etdi. O, bunun təsadüfi olmadığını anlayır, onu təqib edənlərdən yaxa qurtarıb, paltar və sənədləri təyinatı üzrə çatdırmaq istəyirdi.
Mübariz yanından yüksək sürətlə ötüb keçən avtomobilin səsinə fikirdən ayrılıb diqqətini cəmləşdirdi. Mübarizi izləyən avtomobil indi onun önündə gedirdi. Onu izləyən şəxs özünü qəribə aparır, hərəkətlərini gizlətmək əvəzinə açıq şəkildə nümayiş etdirirdi. Çox fikirləşsədə bu hərəkətə bir anlam verə bilmir, bir variantla onu təqib edən avtomobili dayandırmaq və bunun arxasında kimlərin dayandığını öyrənmək istəyirdi. Şəhər daxilində bunu həyata keçirə bilməyəcəyini anlayıb qərbə- dağ yoluna istiqamət götürdü. Bir neçə dəqiqə keçməmiş avtomobilin onun arxasınca gəldiyini görüb sakit tərzdə dağın zirvəsinə doğru hərəkət etməyə başladı. Yamacı çoxillik, ucaboy şam və digər iynəyarpaqlı ağaclarla zəngin olan yol dağın döşü ilə ilan kimi qıvrılaraq qalxırdı. Sol tərəf uçurumlu dərə olduğu üçün kənarı beton bloklarla möhkəmləndirilmişdi. Sərt döngələrdən iki avtomobilin eyni zamanda keçməsi mümkün olmur, biri digərinə yol vermək məcburiyyətində qalırdı. Yüksəkliyə qalxdıqca duman və çis görməni məhdudlaşdırır, iki qat diqqətli olmağa vadar edirdi. Mübariz arxadan gələn avtomobili gözdən qoymur, onu saxlamaq üçün variant axtarırdı. Arxadan gələn avtomobil birdən sürəti artırıb onu beton bloklara sıxışdırdı. İzləyicisi onu sağ tərəfdən ötüb qabağa keçməyə cəhd göstərirdi. Mübariz özünü itirməyib cəld əylənci basdı. O, sürəti azaldıb onu izləyən avtomobili qabağa buraxdı. Öndə gedən izləyicisi onu rahat buraxmır, təhlükəli manevrlərini davam etdirir, sanki qəza törətməmiş əl çəkmək istəmirdi. Mübariz sərt döngələrin birində sürəti kəskin artırıb qabaqdakı avtomobili yolun kənarındakı qayalığa sıxışdırdı. Sürücü önə keçməyə imkan tapmadığı üçün idarəetməni itirib yolun kənarındakı qaya parçasına çırpıldı. Mübariz avtomobili yolun kənarında saxlayıb, rəqibin avtomobilinə yaxınlaşdı. O, avtomobilin qapısını açıb sürücünün əlindəki tapançanı aldı. Mübariz tapançanı onun gicgahına dayayıb soruşdu:
-Sən kimsən və nə üçün məni izləyirsən?
Rəqibinin ona cavab vermək imkanında olmadığını görüb keçib yanında əyləşdi. Üst başını axtarıb bir şey tapmadığı üçün avtomobilin içərisini axtarmağa başladı. Oturacağın altında gizlədilmiş ikinci tapançanı qoltuq cibinə qoyub sualını təkrarladı.
-Sən kimsən və nə üçün məni izləyirsən?
O, rəqibini şokdan çıxarmaq üçün üzünü şapalaqlayır, yaxasından tutub silkələyirdi. Rəqibin başı sağa sola yellənirdi. Düşmənin özünə gəlmədiyini görüb arxa oturacağın üstündəki qabı açıb suyu onun başına tökdü. Rəqibin bir qədər özünə gəldiyini görüb təkrar soruşdu:
-Məni tanıyırsan?
-Yox. –Rəqib başını buladı. 
-Bəs onda nə üçün məni öldürmək istəyirsən? Məni öldürməyi sənə kim tapşırıb?
-Sən kafedə avtomobilin içində partlamalı idin, indiyə qədər yaşadığın artıqdır.
-Mənim avtomobilimi sən partlatmışdın?
-Bəli. Yadında saxla, «NarkoBaron» sənə ölüm hökmü çıxardıb. Bu hökmü mən icra edə bilmədimsə, başqası edəcək. Sən türksən, ona görədə məhv olmalısan.
-«Narkobaron» kimdir? Mən elə adam tanımıram. Bilmək olar, türk olmağım barədə axmaq fikri kim ortaya atıb? Sən görmürsən mən erməniyəm?
-«Narkobaron» kəlməsinin müəllifi sənsən, necə onu tanımırsan? Sən həmişə «Baron»a problem yaratmısan, ona görə də məhv edilməyin üçün bütün imkanlar səfərbər edilib. -O, danışığına ara verib birdən yalvarmağa başladı. -Aşot, xahiş edirəm, məni öldürmə, «Baron»a qalib gəlməkdə sənə kömək edərəm.
-Bəs deyirdin məni tanımırsan? İndi yalvarıb aman istəyir, mənə adımla müraciət edirsən. Bundan sonra sənə necə inanmaq olar? «Baron» mənim türk olmağım barədə kimlərin yanında söhbət edib?
-Məndən başqa daha iki əməkdaş vardı. Bir dəfə sənin aradan götürülməyin barədə məsələ müzakirə edilərkən üçümüzün yanında qeyd etmişdi ki, sənin türk olmağından şübhələnir.
-Belə çıxır ki, mənim türk olmağımdan dörd nəfər şübhələnir. «Baron» özü, sən və daha iki əməkdaş. Fikirləşirəm onların üç nəfər olması mənim üçün daha əlverişli olar. Bəlkə düz demirəm?
O, sürət qutusunu neytral vəziyyətə qoyub avtomobildən düşərək qapını bağladı. Rəqibinin yalvarışlarına məhəl qoymadan avtomobili iki beton blokun arasındakı kiçik dəhlizdən dərənin dibinə yuvarladı. Rəqibin qışqırtıları yuvarlanaraq darma-dağın olmuş metal parçalarının çıxardığı səslərin içərisində eşidilməz oldu. Dərənin dibində yararsiz vəziyyətə düşmüş avtomobili alov bürümüşdü.
Mübariz avtomobilə əyləşib planlaşdırdığı kimi paltar və sənədləri təyinatı üzrə çatdırmağa yollandı. Rəqibinin ölümqabağı işlətdiyi «Narkobaron kəlməsinin müəllifi sənsən» ifadəsi qulaqlarında cingildəyirdı. O, doğrudan da Minas Davidoviçlə telefon danışığında bir neçə dəfə belə bir ifadə işlətmişdi. «Narkobaron» ifadəsinin general Muradyanın əməkdaşlarına necə bəlli olması maraqlı və olduqca təhlükəli bir məqam idi. Minas Davidoviç «Baron»la ehtiyatlı davranmağı dəfələrlə tövsiyə etməsi, iki general arasındakı gərgin münasibət, ümumiyyətlə bir-birilərini görmək istəməmələri bunun Minas Davidoviç tərəfindən general Muradyana çatdırılmasını mümkünsüz edirdi. Bəs onda iki nəfər arasında olan telefon danışığı digər insanlara necə bəlli olmuşdur? Belə çıxır ki, «Baron»un əməkdaşları onların telefon danışıqlarına qulaq asır. O, qarşısında çox hiyləgər və təcrübəli düşmən dayandığını anlayır və olduqca ehtiyatlı davranmağa çalışırdı. Geri döndükdən sonra avtomobildə, evdə və iş yerində axtarış aparmaq, ona hakim olmuş şübhələrə son qoymaq istəyirdi.
İki saatdan sonra Mübariz, Şakir müəllim, Azər və onun dostları qazmada əyləşib birlikdə çay içir, Mübarizin gətirdiyi ərzaq və silah-sursatı yerbəyer edib, mədənlərdə çalışan soydaşlarımızın yerini müəyyən etmək, onların xilas edilməsi və nisbətən təhlükəsiz ərazilərdə yerləşdirmək barədə planlar cızırdılar. Mübariz hər kəsin qarşısında duran tapşırıqları izah edir, əməliyyatların uğurla nəticələnməsi üçün müvafiq göstərişlər və yarana biləcək problemləri yerində dəf etməyə görə tövsiyələr verirdi. O, əsas gücün üç gəncin üzərinə düşdüyünü qeyd edib, hərəkətlərini mərkəzləşmiş qaydada Şakir müəllimlə koordinasiya etmək tapşırmışdı.
***
Sadiq əməkdaşlardan birinin faciəli ölümü general Muradyana ağır təsir bağışlayır, onu itirməsilə heç cür barışa bilmirdi. Onun ölümündə özünü günahkar bildiyi üçün dəfn mərasiminə qatılmamışdı. Qulağına çatan dedi-qodulardan ona məlum olmuşdu ki, dəfn mərasiminə qatılmaması əməkdaşlar tərəfindən nifrətlə qarşılanmış, sadiq əməkdaşların ondan üz döndərmək təhlükəsi yaranmışdı. Məlumatları çatdıran şəxslər əlavə olaraq bildirmişdilər ki, general şəxsi məqsədlərinə çatmaq üçün əməkdaşları ölümə göndərməsi kollektivin üzvləri tərəfindən qınanılır və yol verilməz hesab edilir. O özünə haqq qazandırmağa çalışır, bu əməliyyatları şəxsi maraqlarından çıxış edərək deyil, milli maraqlardan qaynaqlandığını nümayiş etdirmək istəyirdi. Ona görədə faciəvi şəkildə həlak olmuş əməkdaşın ailəsinə baş sağlığı vermək maddi köməklik göstərib qəbrini ziyarət etmək qərarına gəlmişdi.
General Muradyan gecəni pis yatdığı üçün başı ağrıyır, bədəninin bütün əzaları sızıldayırdı. Rütubətli payız iqlimi onun xroniki xəstəliklərini oyadıb narahatlıqlarını artırmışdı. Adi günlərdən fərqli olaraq işə yollanmaq üçün xidməti avtomobil çağırmayıb ölən əməkdaşın qəbrini ziyarət etmək üçün şəxsi avtomobilindən istifadə etmək istəyirdi. O, rəsmi tədbirlərdə istfadə etdiyi hərbi formanı geyinib həyətə düşdü. Qarşılaşdığı uşaqlar salam verib sinəsinə taxılmış orden və medallara tamaşa edirdilər. Orden və medallar uşaqların marağına səbəb olmuşdu. Uşaqlar mükəfatların adı ilə maraqlanır müxtəlif suallar verirdilər. O, övladlarının acı taleyindən dolayı uşaqları sevmədiyi üçün üzünü turşudub könülsüz cavab verirdi. General Muradyan avtomobili işə salıb mühərriki qızdırdıqdan sonra qarajın qarşısında saxladı. Ayaqla şinləri vurub onların vəziyyətilə maraqlandı. Avtomobilin arxa tərəfində baqajın qapısına bərkidilmiş ehtiyat şindən başqa digər şinlərin vəziyyəti yaxşı idi. Şəxsi avtomobili ilə uzaq səfərə çıxmağı planlaşdırdığı üçün ehtiyat şinə əl gəzdirmək içərisindəki təzyiqi normallaşdırmağa ehtiyac vardı.
General Muradyan "Mitsubishi Pajero» markalı avtomobilinə əyləşib, şəhər qəbristanlığına doğru istiqamət götürdü. Avtomobil idarə etməsinə baxmayaraq fikirlər onu tərk etmir, yolunda dayanan və əməkdaşının ölümünə səbəb olmuş Aşot Balayanı məhv etmək üçün planlar qururdu. O, qeyri-rəsmi üzləşməni həyata keçirmək üçün Rusiya Federasiyasının gömrük orqanlarında Balayanla birgə çalışmış, baş idarə rəisi Vladimir Vladimiroviç İvanovu qonaq dəvət etmişdi. General Muradyana elə gəlirdi ki, Aşot Balayan göründüyü və özünü ətrafa təqdim etdiyi kimi bir insan deyildir. Balayan erməni ictimayiətinə və millətinə məxsus xudpəsənlik, riyakarlıq, bayağılıq, acgözlülük, pulgirlik kimi xüsusiyyətləri özündə daşımırdı. Öz əməkdaşlarından fərqli olaraq Balayan böyük məbləğdə pul qarşılığında maraq və prinsipallığını satmamışdı. Aşot Balayanın xarakteri orta statistik erməninin xarakterindən kəskin şəkildə fərqlənirdi. Bu cür paradoks general Muradyanı fərqli düşünməyə vadar edirdi. O, qəbristanlığın ərazisinə çatdığı üçün qarışıq fikirlərdən ayrılıb avtomobili münasib yerdə saxlayıb düşdü.
«Baron»un işə gəlmək üçün xidməti avtomobil çağırmaması və işdə görünməməsi əməkdaşlar tərəfindən birmənalı qarşılanmamış və müxtəlif fikirlərə yol açmışdı. Bir neçə əməkdaş generalın iş yoldaşlarının qəbrini ziyarət etmək ehtimalının olduğunu bilib qəbristanlığa yollanmışdılar. Əməkdaşlar avtomobildən düşən generalı gördükdə zənnlərində yanılmadıqlarına sevinib, onun avtomobildən düşməsinə kömək etdilər. General Muradyan iş yoldaşlarının müşayiətilə faciəvi şəkildə həlak olmuş əməkdaşın qəbrinə yaxınlaşıb hərbi qayda da salam verdi. Yaranmış sükut lazım olduğundan çox çəkdi. General nə deyəcəyi barədə düşünürdü. Nəhayət fikirini cəmləşdirib, kəlmələri seçərək sözə başladı:
-Biz haqq yolunda canını belə əsirgəməyən əməkdaşlarımızı qiymətləndirir, ailələrinə maddi və mənəvi dəstək olur, onların həyatda təklənməsinə imkan vermirik.
Generalın çıxışına qulaq asan əməkdaşlar kimsənin eşitməməsi üçün öz aralarında pıçıldaşırdılar:
-Deyəsən bunun başı xarab olub, hansı haqq yolundan danışır? Hər şeyi şəxsi ambisyalarına qurban verməklə nəyə nail olmaq istəyir?
-Məndə başa düşə bilmirəm? Belə çıxır ki, dəvə başını pambığa soxub elə bilir heç kəs onu görmür. Narahat olmağa dəyməz, «Baron»un sonu yaxınlaşıb. Narkotik vasitələrin satışından itirdiyi pulları bizim hesabımıza bərpa etmək istəyir.
-Siz orada nə donquldanırsınız? Görmürsünüz general çıxış edir. -Muradyana sadiq əməkdaşlardan biri qeybət edənlərə təpki göstərdi.
General çıxışını tamamlayıb ölmüş əməkdaşın xatirəsini yad etmək üçün, özü ilə gətirdiyi vodkanı qədəhlərə süzdü. General idarənin əməkdaşları ilə birgə qədəhləri başlarına çəkib işə yollandılar.
***
Mübariz səhər tezdən oyanıb idman formasını geyinib eyvana çıxdı. Soyuq, dumanlı və küləkli hava şəraitinin şahidi olduqda Abdulla Şaiqin payız haqqında yazdığı məşhur şeir yadına düşdü.
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Şeirin ahəngi seyr etdiyi mənzərə ilə çox uzlaşırdı. Qollarını sinəsində çarpazlayıb ətrafa tamaşa edirdi. Lora verdiyi xəbər ətrafında çox fikirləşmiş, gecə pis yatdığı üçün başı ağrıyırdı. Loranın verdiyi xəbərə görə Rusiyadan dəvət olunmuş yüksək çinli bir məmur gəlmiş, onu qarşılamaq üçün general Muradyan şəxsən hava limanına yollanmışdı. Bu xəbəri eşidən Mübariz təəcüblənməmiş, hətta zarafat etmişdi.
-Lora can, respublikaya ilk qədəm qoyarkən heç bir rütbəm olmadığı zaman məni general-mayor qarşılaya bilir, Rusiyadan gələn yüksək rütbəli məmuru general qarşılaya bilməz?
-Aşot can, siz hər şeyi zarafata salırsınız. Məgər bilmirsiniz bunların hamısı sizə qarşı yönəlmiş addımlardır?
-Lora can, mən nə edə bilərəm? Sizi kimi dostlar sağ olsun. Həm məni müdafiə edir, həm də qabaqlayıcı tədbirlər görməkdə kömək edirsiniz. Gələn şəxsin kimliyi barədə məlumatınız var?
-Aşot can, dediyim kimi «Baron» heç kimə etibar etməyib. Qonağı şəxsən qarşılayıb birbaşa şəhər ətrafındakı bağına aparıb. Ona görə də heç kimdə ətraflı bir məlumat yoxdur. Narahat olmayın, əldə etdəcəyim məlumatları dərhal sizinlə bölüşəcəm.
-Çox sağ olun, Lora can, minnətdaram, -Onlar xudahafizləşib ayrıldılar.
Dolaşıq və təzadlı fikirlər onu tərk etmədiyi üçün Mübariz fiziki hərəkətləri könülsüz yerinə yetirirdi. O, uzun illər boyu ilk dəfə olaraq çarəsiz duruma düşmüş, gələn qonağın kimliyini bilmədiyi üçün müvafiq hazırlıq tədbirləri görmək iqtidarında deyildi. Görüşdən yayınmağın mümkünsüz olduğunu nəzərə alıb qonağın kimliyi bilinənə qədər işə getməmək qərarına gəldi. O, Annaya zəng edib özünü pis hiss etdiyini və işə çıxmayacağını bildirib vacib bir məlumat olduğu halda evə zəng etməsini xahiş etdi. Mübariz qarışıq fikirləri başından çıxara bilmirdi. O, günortayadək gözləsə də telefon insafsızca susur, onun ürək döyüntüləri və həyacanının artmasına səbəb olurdu. Cingiltili telefon zəngi onu fikirdən ayırdı. O, səbirsizliklə gözləsə də ürək açan bir şey olmadığını hiss edib dəstəyi götürmək istəmirdi. Bu vəziyyət çox davam edə bilməzdi. O, dəstəyi qaldırdı.
-Alo, sizi eşidirəm.
-Telefona nə üçün cavab vermirsiniz, Aşot can? –Dəstəkdən Annanın səsi gəlirdi.
-Anna can, təmiz hava almaq üçün eyvana çıxmışdım. Sizi, eşidirəm.
-Aşot can, Lora zəng edib sizi soruşdu. İşə gəlmədiyinizi öyrəndikdən sonra bildirdi ki, general Muradyan Aşotu təcili yanına çağırır. Səbəbi barədə bir söz söyləmədi.
-Çox sağ ol, Anna can. -Mübariz artıq sual vermədən dəstəyi asdı. 
Bəli, arzulamadığı an gəlib çatmışdı. Həyat onu yenidən sınağa çəkirdi. Mövcud vəziyyət birbaşa onun səhvləri ucbatından yaranmadığı üçün vicdan əzabı çəkmirdi. Mübariz rəsmi tədbirə qatılırmış kimi geyinib iş yerinə baş çəkmədən bir başa «Baron»un qəbuluna yollandı. Görüş zamanı yarana biləcək mürəkkəb vəziyyəti anlayırdı. O, hər ehtimala qarşı şalvarın yan cibində tapança və kiçik əl qumbarası gizlətmişdi.
Lora həyəcanlı şəkildə masanın üstündəki sənədləri bir birinə qarışdırır, sanki nəsə axtarırdı. O, tez tez çay təklif etmək üçün kabinetə daxil olur, özünü məşğul kimi göstərib gözaltı qonağı süzür, danışıqlarına qulaq asmağa çalışırdı. Nəhayət qonağın adının Vladimir Vladimiroviç olduğunu öyrənib bir qədər sakitləşdi. O, Aşotun gəlişini gözləyirdi. 
Qəbul otağının qapısı açıldı. Aşot Balayan astanada göründü. O, ucaboy qamətini dik saxlayıb sağ əlini gicgahına doğru aparıb hərbi qaydada salam verdi. Lora onu heç vaxt hərbi formada görməmişdi. Üzü təraş olunmuş, saçları səliqə ilə arxaya daranmışdı. Sinəsindən asılmış orden və medallar pəncərədən düşən günəş şüalarını əks edərək parıldayır, mayor paqonları ilə vəhdət təşkil edirdi. Lora özünü saxlaya bilməyib dilləndi:
-Aşot can, siz necədə yaraşıqlısınız. Allah sizi bədnəzərdən və pis niyət insanlardan qorusun.
-Lora xanım, pis niyət insanlar dedikdə kimi nəzərdə tutursunuz? Xahiş edirəm, fikirlərinizə aydınlıq gətirəsiniz. –O, qaşlarını çatıb Loraya göz vurdu.
-Aşot can, kimi nəzərdə tutduğumu siz yaxşı bilirsiniz. Pis, bədniyyət insanların başına kül olsun. -O, baxışları ilə Muradyanın kabinetini göstərdi.
-Lora can, sizdən xahiş edirəm əlavə problemlər yaratmayasınız. Bilmirsiniz rəis məni nə üçün çağırıb? 
-Aşot can, sizi kimi ucaboy, sarışın saçlarını arxaya daramış, əlli beş, altımış yaşlarında bir şəxs Rusiyadan qonaq gəlmişdir. Adı isə...
-Adı isə, Vladimir Vladimiroviç İvanovdur. -O, Loranın sözünü yarımçıq kəsdi.
-Aşot can, siz həmin adamı tanıyırsınız?
-Əlbəttə tanıyıram. Biz uzun müddət bir yerdə çalışmışıq. Vladimir Vladimiroviç mənim idarə rəisim olub. Lora xanım, xahiş edirəm, mənim gəlişim barədə general Muradyana məlumat verəsiniz. –Mübariz qonağın kimliyini öyrəndiyi üçün xeyli ürəklənmişdi.
-Baş üstə. –Lora telefonun dəstəyini qaldırdı. Aşot Balayanın gəlməsi barədə general Muradyana məlumat verib Aşotun kabinetə daxil olmasına işarə etdi.
Mübariz kabinetə daxil olub ətrafa nəzər saldı. Farağat vəziyyəti alıb sağ əlini gicgahına apararaq hərbi qaydada salam verib məruzə etdi:
-Cənab general-mayor, mayor Balayan sizin əmrinizə əsasən gəlmişdir.
-Aşot can, buyurun. Xoş gəlmişsiniz, xahiş edirəm, qonağımızla tanış olun.
-Çox sağ olun, cənab general. Biz Vladimir Vladimiroviçlə uzun illərdir dostuq, mənim karyeramın formalaşmasında onun böyük əməyi olmuşdur. İcazə verin, onunla görüşüm.
-Buyurun, Aşot can. Bir yerdə çalışdığınızı bildiyim üçün sizi dəvət etmişəm. 
Mübariz yaxınlaşıb ayağa qalxmış Vladimir Vladimiroviçlə qucaqlaşdılar. Onların görüşü çox səmimi təsir bağışlayırdı. İlk olaraq Vladimir Vladimiroviç sözə başladı.
-Suren Baqdarsaroviç, Aşot Nersesoviç doğru deyir, onun vətənə qayıtmasını mən tövsiyə etmişəm. Sağ olsun, mənim tövsiyələrimi dəyərləndirdi.
-Vladimir Vladimiroviç, siz sağ olun, rəhbərliyiniz altında işlədiyim zaman topladığım həyat və iş təcrübəsi mənə çox kömək olur. Sizə dərin təşşəkkürümü bildirirəm.
-Siz sağ olun, Aşot can. Biz son dəfə beş, altı il bundan öncə görüşmüşdük, elə deyilmi?
-Vladimir Vladimiroviç, biz son dəfə dörd il beş ay öncə görüşmüşük, sonrakı dövrlərdə işin çox, vaxtın isə az olmasından dolayı görüşə bilməmişik, necə deyərlər buna da şükür.
-Əlbəttə, çox şükür olsun. Arada bir görüşə bilsək böyük şeydir. Aşot can, mən sizin şahmat yarışlarındakı qələbələrinizi tez-tez xatırlayıram. -Suren Baqdarsaroviç, bilirsiniz Aşot çox yaxşı şahmat oynayır. O, dalbadal üç dəfə regional gömrük xidmətinin çempionu olmuşdur.
-Vladimir Vladimiroviç, nə yaxşı bu barədə bizə məlumat verdiniz. Mən özüm də şahmat oynamağı çox sevirəm. Loğvalıq olmasın, təvəzökarlıqdan uzaq olsa da deməliyəm, nazirlikdə özümə bərabər rəqib tapa bilmirəm. 
-Suren Baqdarsaroviç, siz narahat olmayın, Aşot Nersesoviç çox layiqli rəqibdir. Güman edirəm o, general-mayor Muradyana qalib gəlib Nazirliyin yeni çempionu titulunu rəsmiləşdirə bilər.
-Vladimir Vladimiroviç, sizin diqqətinizə çatdırım ki, bizim generallar heç vaxt məğlub olmur, rəqibdən asılı olmayaraq həmişə qalib gəlirlər. -Mübariz sözünü tamamlayıb gözaltı general Muradyana nəzər saldı. Muradyan onun çəpəki baxışlarını yaxalayıb ritorikasına cavab olaraq dedi:
-Aşot Nersesoviç, belə sözlərlə özünüzü sığortalamağa çalışmayın, Allah qoysa yarışda görüşərik.
-Cənab general, zarafat edirəm. Yaşca və vəzifəcə böyük bir insan kimi sizə hörmətimiz sonsuzdur. İcazə verin, Vladimir Vladimiroviçlə süfrə arxasında ötən günləri yada salıb dərdləşək. Xahiş edirəm, sizdə bizə qoşulun.
-Aşot Nersesoviç, diqqətinizə və dəvətinizə görə çox sağ olun. Mənim işlərim çoxdur, siz isə Vladimir Vladimiroviçlə istədiyiniz restorana gedə bilərsiniz, buyurun.
Mübariz və Vladimir Vladimiroviç general Muradyanla xudahafizləşib kabineti tərk etdilər. Onlar axşam restoranda görüşmək barədə vədələşib ayrıldılar. Mübarizin yüksək əhvalı Loraya sirayət etmişdi. O, sevinclə Aşotla qonağın hərəkətlərini izləyir, aralarında gedən söhbəti maraqla dinləyirdi.
Mübariz qəbuldan çıxdıqdan sonra birbaşa evə yollanıb özünə gəlib toparlanmaq üçün tək qalmaq istəyirdi. O, başa düşürdü ki, ifşa olunmağın bir addımlığında dayanmışdı. Vladimir Vladimiroviç İvanovun əvəzinə onun tanımadığı digər şəxs dəvət edilsə idi, bu işin necə nəticələnəcəyini təsəvvür etmək o, qədərdə çətin deyildi. O, ürəyində polkovnik Əzimova sonsuz minnətdarlığını bildirirdi. Uzun illərin təcrübəsi öz sözünü demiş, məhz polkovnik Əzimovun tövsiyəsilə üç il dalbadal əvvəllər Balayanın işlədiyi gömrük idarəsinə getmiş, əraziləri gəzib tanış olmuşdu. Balayanın işlədiyi insanların əksəriyyətilə o cümlədən, baş idarə rəisi Vladimir Vladimiroviç İvanovla dəfələrlə görüşmüş, söhbət əsnasında müvafiq məlumatlar toplamışdı. Sanki illər boyu bu günkü görüş üçün hazırlaşmışdı. O, qəlbində bu əməliyyatın memarı polkovnik Əzimova bir daha təşəkkürünü bildirdi.
***
Mübariz yaşananları unutmağa çalışır, enerjili və yüksək əhvalla yeni iş həftəsinə başlamaq istəyirdi. O, avtomobili park edib nazirliyə daxil oldu. Elanlar asılmış lövhənin qarşısına çoxlu insan toplaşdığını görüb yaxınlaşdı. Mübariz elana gözucu nəzər salıb qımışaraq öz iş otağına yollandı. Annadan bir stəkan çay süzməsini xahiş edib cari işlərlə məşğul olmaq, əslində mərkəzin tapşırığını yerinə yetirmək üçün mövcud reallıqları nəzərə alıb planlarına dəyişiklik etmək istəyirdi.
Anna əlindəki stəkanı ehtiyatla masanın üstünə qoyub bir qədər Mubarizə tamaşa etdi. Onun dillənmədiyini görüb soruşdu.
 -Aşot can, «Baron»la görüşünüz necə keçdi? Sizi nə üçün çağırmışdı?
-Anna xanım, bu hərbi sirrdir. Deyə bilmərəm.
-Aşot can, xahiş edirəm, deyin görüm məndən sirr saxlamağı kimdən öyrənmisiniz?
-Çox qəribə və məntiqsiz sualdır. Birincisi mən şəxsi sirrimi deyil, hərbi sirri qoruyuram. İkincisi dünyanın heç bir yerində sirr saxlamağı kimdənsə öyrənmir və öyrətmirlər. Üçüncüsü hər bir əsgər and içərkən hərbi sirri qoruyacağı barədə üzərinə öhdəlik götürür. Dördüncüsü hərbiçilər bir birinə bu qəbildən olan suallar vermirlər. Vəssalam!
-Yaxşı, demək istəmirsən, özün bilərsən. Səbəbləri sadalamaq lazım deyil. Şahmat yarışında iştirak edəcəksən?
-Nə şahmat yarışı? -Mübariz özünü xəbərsiz adam kimi aparırdı.
-Aşot can, doğrudan xəbərin yoxdur? Diqqətinə çatdırım ki, Nazir şahmat üzrə turnir təşkil olunması və general Muradyanın isə təşkilat komitəsinin sədri təyin edilməsi barədə əmr imzalamışdır. Aşot can, indi sənə aydın oldu?
-Anna xanım, əvvəllər nazirlikdə idman yarışları təşkil etmək praktikası olmuşdur?
-Aşot can, mən görməmişəm, ancaq sizi bilmirəm.
-Anna xanım, nazirlikdə məndən əvvəl çalışırsınız, siz şahidi olmayıbsınızsa, mən necə görə bilərəm? Necə bilirsiniz, bu kimin ideyasıdır?
-Nə bilim, yəqin təşkilat komitəsinin sədri təklif edib.
-Çox sağ olun, Anna xanım. Bir az cari işlərimizlə məşğul olaq, vaxtımız qalsa şahmat oynayarıq. Verdiyiniz məlumatlara görə təşşəkkür edirəm.
Anna otaqdan çıxıb qapını arxasınca bağladıqdan sonra Mübariz başını əlləri arasına alıb fikirləşməyə başladı. Qoca tülkü tutduğunu buraxmır, məni sonadək sınamaq istəyir. Deməli, şübhələr onu tərk etməmişdir. Görüş zamanı demişdi ki, şahmat turnirindən sonra iki həftəlik Gürcüstana istirahət etməyə gedəcək. Ölkəni tərk etdikdən sonra onu xaricdə sıradan çıxarmaq üçün bir tədbir görmək lazımdır. Tiqran qorxaqdır, onun vasitəsilə nəyəsə nail olmaq çox çətindir. Bu işlə gərək özüm məşğul olum. Telefon zəngi onu fikirdən ayırdı...
Oxşar xəbərlər
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO