Oğullarına Koroğlunun dəlilərinin adını qoyan ata...
Ədəbiyyat
Oxunub: 4218
03 Jun 2020 | 08:38
Oğullarına Koroğlunun dəlilərinin adını qoyan ata...
Oğullarına Koroğlunun dəlilərinin adını qoyan ata - Şahmarın hekayəsi

Moderator.az xəbər verir ki, kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. 

Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Rahatlıq”dır.

“Neyləsin, nə təhər eləsin, kimi göndərsin?”

Abbas siqaret yandırıb tüstülətdi, ayağa durub sağ əli cibində kabinetin bu küncündən o küncünə addımladı ki, Bayramı yanıma çağırın.

Bortu didilmiş, kabinəsi, kapotu bozarmış “Qaz-51” idarənin qabağında dayandı. Qapısı açılıb taqqıltıyla örtüldü.

Bayram, ayağını içəri qoyan kimi, Abbas:

- Ay səni xoş gördük, Bayram, - dedi. – Keflər, əhvallar?..

Bayram da dedi ki, sağ olun yaxşıyam. Amma ürəyində fikirləşdi ki, sədrin onu belə gülərüz qarşılamasında nəsə var.

- Uşaqların necədi, korluq çəkmirlər ki?

“Uşaqları soruşmağından, görünür, işi düşüb”.

- Yaxşıdılar, hamısının duası var.

- Əyləş, niyə ayaq üstə durubsan?

- Əyləş deyirsən, əyləşim, dana.

Abbas iri əllərini bir-birinin üstünə qoyub, sözlü-sözlü Bayramın üzünə baxdı. Belə baxanda Bayram cavandı, doğrudan da sən deyən elə yaşı da yoxdu. Ancaq səkkiz uşağı vardı. Yeddisi oğlan, biri qız. Oğlanlarına da Koroğlunun dəlilərinin adını qoymuşdu. Bayram qoçaq adamdı, özünü oda-közə vurandı, cıvırıxdı, daşdan çörək çıxardandı.

Sədrin belə tən-dürüst baxmağından Bayram huyuxdu.

- Ay Bayram.

- Hıı... – Bayramın canını qorxu almışdı.

- Sənə bir işim düşüb.

- Lap ikisi düşsün, başına dönüm.

- Gəl bir siqaret yandıraq.

- Yandıraq.

- Bayram, məsələ belədi. Ayna bajıyın kartofu qurtarıb. Başın haqqı, neçə gündü xörək-zad bişirmir. Acından qırır bizi. Deyirəm, ə, a rəhmətliyin qızı, nə çox bazarda kartof. Alım gətirim, yaxın qoymur. Daş atıb başını tutur ki, bazarın kartofu südürdü. Quru dirəyə bağlayacağam deyir sizi. – Burada Abbas başını bulaya-bulaya, sinəsi atlana-atlana güldü. – Canın üçün, yaşımın bu vədəsində, arvad məni uşaqların yanında qarasaqqal-ağsaqqal eləyib. İndi istəyirəm səni, Qaraqışlağa göndərim. Ağlın nə kəsir? Oranın sədri dostumdu, nə istəsəm atkazı yoxdu.

Susdu, siqareti iştahla sümürdü, burnundan, ağzından çıxan tüstüdən gözlərini qıydı. Bayram hörmətlə öskürdü ki, qulaq asıram.

- Ancaq bir iş var, iki əməl. Bu saat kartof aparıb, gətirmək qəti qadağandı. Rayon plan verir. Yollar nəzarət altındadı. O kişi verməyinə verəcək, amma de görüm, sən gətirə biləcəksənmi?

- Orasını fikirləşərəm.

- Fikirləş, başına dönüm, fikirləş. Ancaq gör bu axşam çıxa bilərsənmi. Bir maşın da yer-yemiş apar. Əliboş getmək yaxşı döyül. Dakumentlərin, putyovkan-zad yerli-yerində olacaq. Yolda-izdə soruşan olsa, deyərsən dağ zəhmətkeşlərinə aranlıq aparıram. Qayıdanda... Daha bu sənin öz boynuna. Bacararsanmı?

- Həə.

- Ümidim sənədi.

- Arxayın ol.

- Bəri başdan sənə bir söz də deyim. Deyir, şər deməsən, xeyir gəlməz. Birdən ələ keçsən, ilişsən, arada o kişinin adı olmasın ha!

İstədi deyə ki, mənim də. Dili gəlmədi.

- Yaxşımı?

- Yaxşı.

Bayram qapıdan çıxanda, Abbas onun tutqun üzünü gördü.

- A Bayram, a Bayram!

- Haa.

- Bir bəri qayıt.

- Nə var?

- Ala bu pulu, qoy cibinə, lazımın olar.

- Əşi.

- Ala deyirəm sənə.

Bayram pulu alıb çıxdı.

O biri günün səhəri, Bayram Qaraqışlaq kəndinə çatdı, sədri görüb danışdı, yemişi-qarpızı boşaldandan sonra, başını atıb axşamacan yatdı. Duranda gördü ki, maşının yarısına kimi kartof doldurublar. Tapşırdı ki, kartofun üstündən çır-çırpı, ardıc kolundan-zaddan qırıb töksünlər. Sonra maşının benzininə-yağına əl gəzdirdi. Axşamdan xeyli keçmiş yola düşdü. Bir saata kimi dolama yolla yoxuş qalxmalıydı.

Maşın yoxuşu yaxşı qalxdı.

Yoxuşun başında maşını saxladı ki, motor bir az soyusun. Kabinədən düşüb, beş-on metr aralıda durdu, çiyinləri əsib üşüyəndə döndü, baxıb gördü ki, bir gecədi, bir gecədi, elə bil ömründə heç belə gecə görməyib. Göyümtül qaranlıqda dərələrin görünməyən dibi, dağların başı, yan-yörə saf, sərin havayla doluydu. Hardasa, yaxındakı bulağın, yarpızın nəfəsi adamı vururdu. Belə gecədə maşın da ona canlıtək göründü. İstədi maşına zarafatla bir söz desin, sataşsın.

Qəfildən oğlanları, qızı, qızının ona “aba” deməsi yadına düşdü. “İndiyə yatmış olarlar,” – deyə fikirləşdi və belə fikirləşdiyi anda da ürəyi atlandı. Birdən arvadı bərk yatar, uşaqlar üst-başlarını açarlar. Bayram soyuqdəymədən – başı çəkmişdi – yaman qorxurdu. Ona görə də, tələsik kabinəyə qalxıb, motoru işə saldı. Düz yol başlanırdı. Maşınını rayon mərkəzindən keçən yolla yox, aşağıdakı daldey yolla sürdü.

Rayon mərkəzinin işıqları, nəyinsə gurultusu, uğultusu arxada qalandan sonra o, rahat nəfəs aldı. Saatına baxdı. Saat üçə az qalırdı. Tərləmiş əllərini növbəylə pencəyinin ətəyinə sildi, iri faraları söndürüb, “podfarnik”lərlə getməyə başladı.

Qabaqda milis məntəqəsinin işıqlı şüşələri göründü. Bayram motoru tez söndürdü. Enişdi. “Bəlkə “xalastoy”la məntəqənin yanından xəlvətcə keçə bildim” – deyə düşündü. Fikrində “ya allah, ya mədəd” demişdi ki, gördü məntəqədən bir milis işçisi çıxır. “İlişdim. Dayansam da, geriyə dönsəm də, faydası yoxdu. Onsuz da görüblər.” Ayağını qaza dirəyib motoru guruldatdı, düyməni basıb işıqların ikisini də yandırdı. Məntəqəyə az qalmış maşını saxladı və kabinədən yerə sıçrayıb, milis işçisini qabaqladı.

- Axşamın xeyir, ə Xaspolad.

- Nə axşam, ə, iki saatdan sonra səhər açılar.

- Bıy, doğrudan da. Ə, Xaspolad qadan alım, boğazım quruyub. Sən ölənlərinin goru, çaydan-sudan nəyin var?

Xaspolad yarıkönül, onunla şüşəli otağa girib, bir stəkan su verdi. Bayram suyu başına çəkib, “birin də” dedi. İkinci stəkanı içəndən sonra “oxx” elədi, “yezidə min lənət”. Dodaqlarını qoluyla silib kətildə əyləşdi.

- Ə, Xaspolad, sən ölməyəsən sizin sənət də bir şey döyül. Gecə-gündüz bu yollarda ləbbey deyirsiniz. Allahın şirin yuxusuna da həsrətsiniz.

Xaspolad qaşqabağını tökmüşdü.

- Özüm ölüm, içdiyim bu su haqqı, - deyirlər suya and içməzlər, günahdı, - günümə lap yüz min verələr ha, heç bir gün də, gün nədi, ə, sən saatdan danış, heç bir saat da işləmərəm burda.

Səbir kasası daşmış Xaspolad partladı.

- Bəsdi, ə! Bəsdi! Nə yava-yava danışırsan. Nə zəvzəkləyirsən? Lotu yerinə qoyubsan özünü? Sənin uşağınam mən? De görüm, bu gecənin gecə vaxtı hardan gəlirsən? Maşındakı nədi? Çıxart dakumentlərini!

- Bıyy! nə oldu, ə, sənə? Sən öl, sən havalısan, sən öl, sən qızdırmalısan. Bıy-bıy...

- Kəs səsini! S.., s., s., i... Çıxart putyovkanı, çıxart pravanı deyirəm sənə.

Xaspoladın sol gözü sağ gözünə nisbətən böyüdü. Onun bu gözü lap dəli gözünə oxşadı, vallah. Bayram qorxdu.

- Ə, Xaspolad, adam ol, ə. Çıxart deyirsən çıxardım dana. Ə, qadan alım, başına dönüm, sakit ol, ə.

Xaspolad boğuq səslə:

- Çıxart! – dedi.

Bayram qoltuq cibindən şax onluq çıxarıb stolun üstünə atdı.

- Başına dönüm, bax bu mənim pravam. Bu da mənim putyovkam. – O biri cibindən də qırmızı bir onluq çıxartdı. Əllərini bir-birinə çırpa-çırpa: - Da özgə dakumentim yoxdu – dedi: Yoxdu mən ölüm.

Xaspolad özünü tox tutmağa çalışır, üzündəki qəzəbi, hirsi qoruyub saxlamaq istəməsə də, müvəffəq olmur, içində qaynayan gülüş (eləcə gülüşmü?) onun sifətindəki, görkəmindəki hirsi, qəzəbi buztək əridirdi.

Sonra onlar bir-birlərinin üzünə baxdılar – hərəsi bir məqsədlə - zarafatla bir-birlərinin çiyinlərinə vurdular və bərkdən, uğuna-uğuna güldülər.

Məntəqədən çıxanda Bayram gərnəşin əsnədi, sinəsinə vura-vura dedi ki, elə yataram, elə yataram bu saat.

Xaspolad soruşdu ki, nədi maşınındakı?

Bayram özünü eşitməməzliyə vurub, özgə bir hava, özgə bir niyyətlə xəbər aldı:

- Neçə uşağın var ə, Xaspolad?

Xaspolad dedi ki, iki. Biri qız, biri oğlan.

Bayram dedi, allah başacan versin. Mənimsə səkkiz uşağım var. Yeddisi oğlan, biri qız. Qızıma nənəmin adını qoymuşam. Tamaşa. Bizim arvad da ona söz qoşub:

Tamaşa, ay Tamaşa,

Baxan gözlər qamaşa.

Oğlanlarım...

Xaspolad əsnədi.

Bayram səsini kəsib, pis-pis Xaspolada baxdı. “Ə, bu ütük heç mənə qulaq asmır.”

Maşını tərpətdi.

Uşaqlarından Xaspolada danışdığı üçün hayıfsındı. “Ağzımı qoymuşam allah yoluna, gör kimə, kimdən danışıram.”

Amma xata-balanı keçmişdi. İndi maşını kefi istədiyi kimi sürə bilərdi, hələm papağının dalını qaldırıb, bala-bala oxuya da bilərdi.

Çörəyi qulağının dibinə yeməyən Abbas bilirdi ki, onlar gələcəklər. Nigarançılıq, əsəbilik, ürəyi ağrıdan intizar...

Səhər-səhər hələ rayondan zəng vurub deyəndə ki, sizin kolxozun şoferini oğurluq üstündə tutublar, Abbas içində alov kimi hirsi, söyüşü, qışqırığı canını dişinə tutub boğmuş, aqronomun, briqadirin, hesabdarın yanında bərkdən söylənmişdi. “Boynun altında qalsın a, Bayram, qalsın boynun altında, bizi yaxşı biabır elədin. Onlar bir-bir çıxıb (onların bu cür əkilməyində də vallah bir tülkülük, biclik vardı) gedəndən sonra Abbas fikirləşmişdi ki, fikirləşməkdən keçsə də tez rayona getsin, görməli adamı görsün, danışmalını danışsın ona, desin “yenə işim düşüb sənə...” Düzdü, Bayram tərəfdən Abbasın beli bərkdi. Amma nə bilmək olar? İnsan dediyin... Bəs niyə getmirdi, nə olmuşdu, nəydi onun qabağını kəsən? Niyə ürəyi üstündə durmurdu? Birdən o, kəndə çökmüş günortanın dərin sükutunda özünə qarşı qəsdə bənzər nəsə dururdu. Elə bil bu sükut, mütləq arvad qarğışı ilə, uşaqların ağlaşmasıyla parçalanıb, dağılıb, onun başına töküləcəkdi.

Nəfəsini qısıb qulaq asdı.

Sakitlikdi.

Saat on bir oldu, iki oldu və nəhayət üçə on beş dəqiqə işləmiş gələnlər göründü. Qabaqda Bayramın arvadı Zərnişan gəlirdi. Onun qucağında körpə qız uşağı vardı. İki oğlan uşağı da – ekiztaylar – Zərnişanın üzün, enli tumanının ətəyindən yapşmışdılar. Onların arxasınca nisbətən iri uşaqlar başaşağı yapışmışdılar. Birdən uşaqların ən böyüyü – onun on beş, on altı yaşı olardı – idarəyə az qalmış ayaq saxladı, gələnlərin arxasınca bərkdən acıqlı-acıqlı nəsə qışqırdı. Abbas onun səsini eşitdi, amma nə dediyini ayırd eliyəmmədi. “Görən o gədə boğazını niyə yırtır” – deyə öz-özünə sual verdi və bu sualla birgə, əlləri cibində, üzü bəri duran o “gədəyə” qarşı daxilində kin-küdurət yarandı. İstədi baxışlarıyla o “gədə”ni balacalaşdırıb, kiçildib, liliput boyda eləsin. Lakin bu vaxt qapı açıldı, Zərnişan arvad uşaqlarıyla içəri girdi. O, asta-asta yeriyib, otağın ortasında dayandı və köksünü dərindən elə örtdü ki, Abbasın ona yazığı gəldi. Arvad qucağındakı qızı sağ qolunun üstündən götürüb, sol qolunun üstünə aldı. Qızın koppuş biləyində göyümsov gözmuncuğu vardı. O, əlindəki boş kibrit qutusunu oynadırdı. Analarının tumanından yapışmış ekiztayların göz yaşları, ağız-burunlarının seliyi bir-birinə qarışmışdı. O biri uşaqları analarının arxasında elə dayanmışdılar ki, üzləri görünmürdü. Abbas içindəki acıqdan doğan istehzayla fikirləşdi. “Koroğlunun dəliləri bunlardı? Bəh, bəh. Görən o yolun ortasında duran çırtqozun adı nədi? Həsən bəy, Eyvaz, bəlkə Dəmirçioğlu, bəlkə də Giziroğlu (yox bir Bayramoğlu) Mustafa bəydi”.

Birdən Abbas bu uşaqlara Bayramın gözüylə baxmaq istədi. İstədi bu uşaqların üzlərinə baxıb, gələcəkdə onların doğrudan da Koroğlu dəliləri kimi qoçaq, mərd, başbilən, təəssübkeş olduqlarını təyin edə bilsin. Elə bu məqsədlə də donuq-donuq dayanmış ekiztaylara, analarının arxasında gizlənən uşaqların tozlu səndəllərinə, köhnə şalvarlarına baxdı və adi uşaqların gələcəkdə adi taleyindən özgə heç nə görmədi.

Zərnişan başını aşağı dikib ağladı. Boş əliylə şalın ucunu gözlərinə basıb hıçqırırdı. Qucağındakı qız da birdən anasına baxdı, baxdı, sonra köyrəlmiş üzünü Abbasa tərəf çevirib, gülməli halda dodaqlarını elə büzdü ki, qapqara gözlərinin işığı itdi. Ekizlər elə bil züy tutmuşdular, bərkdən ağlayırdılar.

Zərnişan edilədi:

- Ay Abbas qardaş, ağlımıza gəlməyən başımıza gəldi. Balalarım yetim qaldı. İndi mən nə eləyim, başıma haranın daşını salım? Kimə deyək dərdimizi, səndən başqa kimimiz var ki? Ay Abbas qardaş, bizi çöyür balalarının başına, kömək əlini bizdən əsirgəmə. Çırağımızı sönməyə qoyma, ay Abbas qardaş.

“Doğrudanmı xəbərləri yoxdu. Bə o gədə - gədə yenə əlləri cibində, iddialı-iddialı dayanıb, gözlərini dirəmişdi idarənin ağ binasına – nə özünü yeyib-tökürdü?”.

Abbas öskürüb ayağa durdu. Dedi ki, ay Zərnişan bacı, bir toxda, toxda görək, yaxşı nə olub, allah şükür, adamın başına iş gələr dana. Bu nə ağlaşmadı qurubsan?

Sonra yalançı bir qəzəblə söyləndi.

- Vallah-billah mən deməkdən yorulmuşam. Deyirəm, a kişilər, hər şeyin bir yeri var, yurdu var. Sağ olmuşlar, adam eşidirlər ki? Deyən gərək, əyə, a Bayram, niyə özbaşınalıq eləyirsən, hay? Bə bu uşaqlara yazığın gəlmirmi? Bə mən nəyəm burda, bəlkə oyuğam? Gör bir, gör bir yol basa-basa gedib haralara çıxıb? Kartofmu yoxdu buralarda? Bəlkə qəhətə çıxıb, xəbərim yoxdu mənim?

İçindən gərilib diqqət kəsildi ki, görən arvad nə deyəcək?

- Var, ay Abbas qardaş, var, var.

“Bə o gədə bayaq niyə özünü öldürürdü? Köpəyoğlunun duruşuna bax”.

- Varsa, bə niyə arana-dağa düşüb? Kim çıxardıb onu başdan? Kimə gətirirmiş görən?

Zərnişan yuxulu kimi dərdli-dərdli dilləndi:

- Nə bilim, vallah. Deyirmi ki, bizə. Ondan söz qopartmaq olurmu ki?

“Bilirdim ki, Bayram bel bağlamalı adamdı. Malades. Bə o küçük nəyə bozarırdı?”.

- Ay Abbas qardaş, səni deyib gəlmişik, bizi naümid qaytarma.

Abbas arxayın-arxayın dilləndi:

- Bayram qoy qurban olsun bu uşaqlara. Bir azdan gedərəm rayona, görüm nə çıxır. Sən də uşaqlarını yığ başına, get otur evində. Danışıqdan, haray-həşirdən bir şey çıxmaz.

- Ömrün uzun olsun, ay Abbas qardaş. Allah səni bu kəndə-kəsəyə, camaata çox görməsin. Elə bu tifillərin alxışı bəsdir sənə...

Zərnişan arvad uşaqlara, yolun ortasında dayanmış o çırtqoza çatana kimi Abbas durub baxır, gözləyirdi. “Çırtqoz” əllərini cibindən çıxarmadan anasından nəsə soruşdu. Yenə də Abbası şübhə bürüdü ki, görən onlar məsələni bilirlər, ya yox. Ancaq indi ürəyi rahatdı, sakitdi.

Oxşar xəbərlər
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO