Bədii mətnlərin unudulmayan ana yaddaşı...
Ədəbiyyat
Oxunub: 3228
03 Jan 2020 | 19:00
Bədii mətnlərin unudulmayan ana yaddaşı...
(M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

VII məqalə

Biz yalnız sənət vasitəsilə başqalarının da kainatı necə gördüyünü anlaya bilərik

M.Prust

Marsel Prustun bütün dünyada, müxtəlif ölkələrin müxtəlif ədəbi-ictimai auditoriyasında  oxunması və qəbul edilməsi problemi özü bir dissertasiya mövzusudur. Məsələn, A.D.Mixaylovun  “Marsel Prustun rus taleyi” məqaləsində dünyanın üç böyük yazarından (C.Coys, F.Kafka, M.Prust) biri olan M.Prustun Rusiyadakı ədəbi taleyindən söz açır və  göstərir ki, 1924-cü ildə  Georgi Adamoviç Paris jurnallarının birində saf və mükəmməl sənət sahibi olan M.Prustun Rusiyada seviləcəyni əminliklə bildirirdi. Lakin sonrakı müşahidələr müəllifin yanıldığını göstərdi. M.Prustu sevən və pərəstiş edən oxucular olsa da, o ümumən rus oxucusu üçün sevimli yazıçı olmadı.

Təbii ki, bu daha çox zamanla bağlı idi, 1924-cü illərdən etibarən Rusiyada stalinizmin ədəbi meyarları bolşevik siyasəti ilə tənzimləndiyi üçün Rusiya və daha sonralar ümumən bütün SSRİ üçün M.Prust “yad”,  “anlaşılmaz” və “vaxt itkisi” təyinləri ilə arxa plana atıldı. Rus-sovet ədəbi tənqidinin də bu uzaqlaşdırmada xüsusi “xidmətləri” olmuşdur. Rus oxucusu üçün Prust hər zaman keçmişə, ya da gələcəyə aid yazıçı kimi kənarda qalan müəllif idi. Rusiyada sanki onun əsl zamanı olmadı...
Pransız ədəbiyyatına və mədəniyyətinə maraq göstərilən zamanlarda Rusiyada Moris Meterlink, Paul Verlen, Pol Klodel, Jan Rişlen,  Artur Rembo, Stefan Mallarme, Jül Lafarq, Anri de Rene və başqaları  daha çox təbliğ olundu, tanıdıldı və oxundu, məşhurlaşdı. Bu yanaşmada M.Prust kənarda qaldı...

A.D.Mixaylov  Valeri Bryusov, Maksimilian Voloşin, Mixail Kuzmin və Aleksandr Benuanın adını çəkərək onları qınayır və bildirir ki, bu müəlliflər tez-tez Fransada olur, ədəbi əlaqələrin aparıcı şəxsləri kimi tərcümələr edir və məqalələr yazırdı. M.Prustu isə diqqət mərkəzinə gətirmirdilər.

Əvvəlki məqalələrimdə Lunaçarskinin M.Prustla bağlı yazıları barədə söz açmışdım. Lunaçarskinin M.Prustu tam oxumadığı söylənilir və sovet ədəbiyyatşünaslığında Prustun tədqiqinə rəvac verən şəxs olmasına baxmayaraq bəzən təhrif edildiyi yazılır, qeyd olunur ki, M.Prust Lunaçarski tərəfindən fransız aristokratiyasına rəğbət bəsləyən burjua yazıçısı kimi tanıdılır.
   
“Eyni zamanda, Lunaçarski bütün əsərlərində Prustun həm psixoloji bacarığını, həm də dərin sosial təhlilini daima vurğulamışdır. Məsələn, “Fransız ziyalıları hara gedir” (1933) məqaləsində o yazırdı: “Prustun ən cazibədar cəhəti  onun fövqəladə yüksəlişləri və təəssüratların yayılmasında fövqəladə hərəkətliliyidir. Buna yalnız nəhəng və incə bir şeyin inkişafı ilə nail olmaq olar: həssaslıq və təxəyyül məhsuldarlığı. Çox maraqlıdır, bildiyiniz kimi, Prust öz böyük yaradıcılığında cəmiyyətin müxtəlif təbəqələrini, insan təbiətinin müxtəlif təzahürlərini ələ keçirir, ona hakim olur”. (A.D.Mixaylov)
   
Əlbəttə, Lunaçarski Sovet ədəbi tənqidində Prustun əsərinin öyrənilməsinin ilk təşəbbüskarlarından idi.  
  
1924-cü ildə Vladimir Vasilyeviç Veidlenin Prust haqqında yazdığı mükəmməl, Prustun ədəbi prosesdəki yerini dəqiq şəkildə müəyyənləşdirən məqaləsi də xatırlanır və məlum olur ki,  uzun illər bu məqaləni oxumaq və ona istinad etmək mümkün olmamışdı, çünki V.Veidle xaricdə bolşevizm əleyhinə fəaliyyət göstəriridi.
   
“Veidle haqlı olaraq Prustun əsərini modernizmin hüdudlarından kənarda götürür, çünki yazıçı “sonralar baş verənlər” üçün məsuliyyət daşımırdı. Veidlenin yazıçının əsərlərinin müəyyən dərəcədə simvolist nəsrdəki boşluğu doldurduğuna dair fikirləri (simvolist olmamaq) nəticə etibarilə doğru idi”. (A.D.Mixaylov)

O fikirlə də razılaşırıq ki, M.Prust bədii yaddaşı və mətni parçalamır, təhrif etmir və unutmurdu. Onun “bədii yaddaşı” bütün ədəbiyyat tarixinin bədii mətnlərinin unudulmayan ana yaddaşı kimi əks-səda verirdi. “İtmiş zamanın sorağında” romanının bütün kitabları insanlıq tarixinin xatırlanan və gələckdə mütləq təkrarən baş verəcək olaylarının salnaməsi idi.
Marsel Prustun 1920-1921-ci illərdə yazdığı üçüncü kitab “Guermantes tərəfi” adlanır. Yeni bir tərəf, yeni həyat, yeni mühit, yeni aristokratiya və ya bütün bunların hamısına yeni, fərqli baxış rakursu...
Kombredən Guermantes köşkünə köçməyi köklü bir ailənin ənənəvi həyat tərzindən ayrılması kimi əsaslandıran Marsel bunun səbəbini nənənin xəstəliyi ilə bağlayır. (“Sağlamlığı yaxşı olmayan nənəmin daha təmiz havaya ehtiyacı var idi, ancaq biz onu şübhələndirməmək üçün bu barədə heç nə demirdik”.) Amma, təbii ki, bu kiçik fakt  Marselin və onun doğmalarının həyatında əsaslı çevriliş mərhələsini yaradır. Ailə xidmətçisi Fransuazanın “Dörd bir yandan o qədər etibar gördüyümüz mənzil” – deyə xatırlatdığı əvvəlki evin xiffətini hamı kimi Marsel də çəkir. Üzdə Fransuazanın kədərinə, ah-vayına istehza edib gülsə də, daxilində anlaşılmaz  bir kədər yaşayır. 

“...çamadanlarını  və köhnə evimizi dünyanın ən mükəmməl evi elan edən Fransuaza ilə zarafat etmişdim, amma mən də köhnəni nə qədər tez tərk etmişdimsə, yenini o qədər çətin mənimsəmişdim. Bizi hələ tanımayan qapıçıdan ruhunu oxşayan hörmət işarələrini ala bilmədiyin bir evə köçmənin, yaşlı xidmətçimizi tükənmişlik halına gətirən bir vəziyyəti görüncə onunla razılaşdım”. Marsel Fransuazanın uzaqgörənliyi ilə bağlı onu da xatırladır ki, bu qadında xüsusi bir güc, baş verə biləcək bədbəxtlikləri əvvələdən hissetmə qabiliyyəti vardı. “Bizlərin, anamın, atamın və mənim başıma gələ biləcək hər cür xoşagəlməzliyi anında bilirdi, sahib olduğu bu güc mənim üçün qaranlıq qalmışdı”.
Daha sonra tərəflərin (Kombre-Guermantes) və bu tərəflərə məxsus insanların, burjaziya elitasının müqayisəli təhlilləri və tanışlıqlar başlanır. Kombre kilsəsinin alt hissəsindəki senyorluqların əsrlər boyu Almaniyadan, İtaliyadan və Fransadan olan evliliklər və ya qələbələr  nəticəsində yarandığı bildirilir.  Guermantes Marselin xəyalında bir romanın dekoru kimi canlanır. Məlum olur ki, Kombredən 40 kilometr uzaqlıqda olan Guermantes kəndi qaladan sonra qurulmuş və adını qaladan almışdır. Qalanın əzəmətini pozmamaq üçün müəyyən edilmiş küçələrin xəttini saxlayan və evlərin hündürlüyünü məhdudlaşdıran qaydalar hələ də qüvvədədir.

Lakin Marselin Kombre dövrü həyatının xatirələri yenə Fransuazanın “deyintiləri”ndə maraqlı müqayisə ilə diqqətə çatdırılır: “Heç olmasa insanlar orada nə etdiyini, hansı mövsümdə yaşadıqlarını bilir. Bura kimi deyil; burada Pasxada da Miladda olduğu  kimi bircə çiçək tapılmaz. Bu qocalmış vücudumu yerdən qaldıranda bircə dua zəngi olmasını belə istəmirəm. Orada insan hər saatı duyar, kiçicik bir kilsədir, amma insan “bax, qardaşım tarladan gəlir”- deyər, günəşin batdığını görərsən. Hər lütf üçün kilsə zəngi çalınır, lampanı yandırmazdan öncə dayanıb baxmaağa zamanın da olur. Burada isə bir gündüz, bir gecə var. Yatmağa gedirsən heyvanlar kimi. Nə etdin?- desələr, cavab tapa bilməyəcəksən...”

Marsel üçün yeni məkanlar, hətta yeni otel otaqları qəribə bir qorxu  hissi ilə müşahidə olunur həmişə. Məsələn, o dostu ilə əsgər kazarmasında qalmağa razı olur, amma yeni otel otağında yox. O yerlərdə qaçınılmaz hüznlərlə üz-üzə gələcəyindən qorxurdu. “O məkanlarda mən yoxam, düşüncəm çox uzaqlarda qalırdı”- deyirdi. Onun tənhalığında yeganə bir tanışı vardı: öz  “mən”i...
Hətta qərib məkanlarda da qarşılaşdığı o böyüməmiş, kövrək, hər an ağlamağa hazır olan “mən”i idi. İllər sonra açılmış bir çamadan küncündəki “mən” kimi...   “İllər keçəndən sonra tapdığım, amma heç dəyişməyən, Kombredən bəri, Balbecə ilk gedişimdə, açılmış bir çamadanın dibində ümidsizcə ağladığım zamandan bəri böyüməmiş olan “mən”i, əşyalarla əlaqələndirməyim lazım idi”.

“İtmiş  zamanın sorağında” romanında Marselin bir çox sənət adamlarına mistik və qeyri-adi pərəstişi, vurğunluğu zaman keçdikcə mahiyyətini dəyişir,  onlarla bağlı istəkləri reallaşdıqca içinə qəribə bir anlaşılmaz kədər çökür. Berqotte (A.Frans), Berma  və başqaları ilə də belə olur. Teatr sənəti və Bermaya qarşı bir zamanlar bəslədiyi duyğulardan geriyə heç bir şey qalmır. Vaxtilə seyr etmək üçün dünyanın bu başından o başına qədər qaçmağa hazır idi.  “Və elə bir zaman gəlmişdi ki, xəstə-xəstə öləcəyimi belə düşünsəm, gedib Bermaya tamaşa etməyim qanun olmuşdu. Fəqət indi uzaqdan baxanda ləl-cavahiratdan hazırlanmış kimi görünən, amma yaxına gəlincə bütün əşyalarla eyni sırada yer alan bir təpə kimi, bütün bunlar reallıqdan çıxmış, başqalarına bənzər halə gəlmişdi. Mən orada olduğum üçün onlarla tanış olurdum, sənətçilər mənim tanıdığım insanlarla eyni növdən, Paidranın misralarını mümkün olduğu qədər yaxşı ifadə etməyə çalışan insanlardır, misralarsa artıq hər şeydən ayrı, uca və özəl bir növ hesab edilmirdi”.  

Marsel  ədəbiyyat, sənətlə bağlı ilahi sevgi və mücadiləsinin ildən-ilə söndüyünü, artan xəyal qırıqlığı halını obrazlı şəkildə izhar edirdi. Xəstə-xəstə Elstirin bir tablosunu, qotik bir divar xalısını görmək üçün bir qalaya getdiyi gecəni, Venedikə yollandığı günü, Bermanı seyr etməyə getdiyi günü,  Balbecə doğru yollandığı zamanı xatırlayır və yuxusuz gecələrini, ağrılı saatlarını itirilmiş zaman selində tapır. Mücadiləsinin nə qədər boş olduğunu əşyaların, ətrafında nə varsa, hamısının dəyişməsində görür. Və təsəllisi olmur, vəziyyətini nevrozlu xəstə halına bənzədirdi. (“Nevrozlu xəstəyə yorğun olduğunu deyəndə yorğunluğu ikiqat artar”.)
Marsel bütün taleyini sanki xəyallarına etibar etmişdi, xəyallar isə hər tərəfə meyllənir, onu da arxasınca sürüyürdü. Xəyallar reallaşanda sanki böyük bir boşluğa düşür, illərlə qoruyub saxladığı xəzinə əlindən alınırmış kimi olurdu. “Bermanı seyr etmək mənə zövq verməmişdi, necə ki Gilberteni sevdiyim zamanlarda onu görmək xoş deyildi. Öz-özümə “demək ki ona heyran deyiləm” – demişdim. Halbuki o sənətçinin sənətinin dərinliyinə enməkdən başqa bir şey düşünmür, başqa bir şeylə maraqlanmır, aktyorluğunun   əhatə etdiyi hər şeyi ala bilmək üçün zehnimi mümkün olduqca açmağa çalışırdım. İndi heyranlığın məhz bu olduğunu anladım... Hətta zaman oldu ki, Bermanı təkrar izləmək belə istəmədim....”

Prust “İtmiş zamanın sorağında” romanının 3-cü kitabında bütün bunları məhz Guermantes şahzadəsinə münasibətinə görə xatırladır. “Madmazuel de Guermantesi hər görəndə xəyalımla gördüyüm arasında hər dəfə fərqli bir uçurum olduğunun fərqində idim”- deyir.
Əvvəlki məqalələrimdə də qeyd etmişdim ki, M.Prustun romanında hadisələrin, böyük proseslərin deyil, hisslərin dramı, hisslərin süjeti və etirafı, üsyanı və s. bu kimi mücərrəd görünən nəsnələrin fəlsəfəsi təhlil, müzakirə mövzusudur. İnsanların dilə gətirə bilmədiyi və ya gətirmək istəmədiyi etiraflar bəzən anti-humanist və anti-sevgi xarakterli kimi görünə bilər. Məsələn, Madmazuel de Guermantesi gerçəkdən sevdiyini etiraf edən Marselin düşüncəsindən belə bir heyrət doğuran fraqment keçir: “Mən Madmazuel de Guermantesi həqiqətən sevirdim. Tanrıdan istəyəcəyim ən böyük xoşbəxtlik onun başına hər cür fəlakəti gətirməsi, onun məhv olmuş, gözdən düşmüş, məni ondan ayıran bütün imtiyazları itirmiş halda, yaşayacaq evi də, ona salam verəcək bir kimsəsi də qalmamışkən, gəlib mənə sığınmasıydı. Bu səhnəni başımda canlandırırdım... Bu şəkildə saatlar boyunca hadisələr xəyal edərkən, onun mənə sığınması, evimə gəlməsi məqamındakı söyləyəcəyim cümlələri tələffüz edirdim”.
Guermantesdə zadəgan mühiti, aristokratiya ədası daha kəskin qanunlarla hökm sürür. Hər məsələdə siniflər arasındakı fərq elitanın müzakirəsinə və ya qınağına tuş gələ bilər. Məsələn,  Madmazuel Villeparisis haqqında deyilir ki,  əsl-nəcabətli bir ailənin qızı olmasına, eyni dərəcədə də əsl-nəcabətli bir nigaha daxil olmasına baxmayaraq yüksək cəmiyyətdə önəmli qadınlardan sayılmazdı. Madmazuel de Guermantes isə əksinə, daha mövqeli xanım idi.  Madmazuel de Villeparisisin səfirlə iyirmi illik əlaqəsi onu bu cəmiyyətdə fərqli cür qəbul etdirmişdi. Marsel Villeparisisi Balbecdə insanların arasında sıxışdırılmış halda gördüyünü deyir. Hamı üçün maraqlı və yaraşıqlı olan bu qadını çoxları evinə dəvət etməzdi. Və onu da vurğulayır ki, bu insanlar o qadına heç vaxt azadlıq verməyəcəkdi. O da vaxtilə aristokratiyanın “qaymaq təbəqəsi”nə aid olmuşdu. Və o durumdan həzz aldığı zamanlarda ətrafındakıları çaşdıraraq onları əsəbiləşdirən və qıcıq yaradan addımar atmışdı. Aristokratiya bunu ona bağışlamamışdır... Doğrudur, sonralarda o itirilmiş nüfuzunun həsrətini çox çəkmişdi. Zadəgən xanımlara onlardan üstün olduğunu göstərmək istəmiş, onların söyləməyə, nəsə etməyə cəsarət etmədiyi hər şeyi demiş və etmişdi. Daha sonra yaxın qohumlardan başqa zadəgan xanımların artıq onun evinə gəlməməsi, onu aşağılaması sarsıntı yaratmışdı. Yenə üstünlük əldə etmək üçün mücadiləyə qalxmış, ağıldan başqa yollardan da istifadəyə can atmışdır. O bütün üstünlüyü ilə meydan oxuyan adamların diqqətini cəlb etməyə başlamışdı. Onun həyatının bəlkə də böyük hissəsi itirdiyi nüfuzunu geriyə qaytarmaq uğrunda mübarizəylə keçmişdir. 
“Gənclərin bunu düşünə bilməsi çox çətindir, çünki gördükləri, yaşlı və hörmətə layiq bir Villeparisis Markizidir. Və bu günün, bəyaz pariklə son dərəcə ağır görünən ciddi xatirələr yazarının bir zamanlar əyləncələrə maraqlı, gecəyarısı yeməklərində ortaya çıxan, bəlkə o zamanlar, indi məzarlarında yatan kişilərə həzzlər yaşadan, bəlkə sərvətlərini yeyib bitirən  bir qadın olduğunu ağıllarından keçirməzlər. Xüsusilə də  Madmazuel Villeparisisin  doğuşdan sahib olduğu  üstünlükləri ayaqlar altına atması, lap çoxdan olsa belə, nüfuzuna böyük dəyər verməməsi anlamına gəlməz”.

Amma Prust bu qadının təbiəti, xisləti ilə mücadiləsi arasında bir boşluq olduğunu vurğulayır və bildirir ki, insanlar sürəkli olaraq həyatlarını rəngarəng şəklə salmaq üçün mücadilə aparır, amma istər-istəməz olmaq istədikləri adamın yox, olduqları adamın cizgilərini bir rəsm kimi kopya edirlər. 

Olmaq istədikləri adam kimi ola bilməyənlər, sözü, ədaları ilə öz həqiqi “mən”i arasında uçurum olan insanlardan biri də Leqrandindir. Onun barəsində əvvəlki məqalələrdə də söz açmışdım. Marsel onunla bir də yeni, fərqli bir məkanda, Fransanın başqa bir tərəfində –  Guermantesdə rastlaşır. Saçlarına dən düşmüş, amma şuxluğunu və cavanlığını qoruyub saxlayan, özünü “Vivonnenin qədimdən qalma açıqgözlü kəndlisi” adlandıran  Leqrandin daima aristokratlara istehza ilə yanaşan, özünü o mühitdə həbsdəki kimi hiss etdiyini deyən köhnə dost kimi ərklə nə zamansa dediyi fikri tamamlayırmış kimi birbaşa mətləbə keçir:

“Oo!” – dedi. Siz yaraşıqlı bir cənab olmusunuz, fərqli  həm də! Bax, bu mənim azadlığıma əsla uyğun gəlməyən bir uniforma. Amma siz hər halda yüksək cəmiyyətə girib-çıxır, ziyarətlər edirsiniz! Mənim kimi yarıuçuq bir məzarın önündə xəyallar qurmaq üçün, boyunbağımla pencəyim bir-birini tamamlayır. Ruhunuzun incəliyini təqdir etdiyimi bilirsiniz, özünüzü kafirlərin arasında inkar etmənizə çox üzüldüm. Salonların iyrənc, mənim nəfəs ala bilmədiyim havasına bir dəqiqə olsun qatlanmaqla, gələcəyinizi peyğəmbərin nifrətinə, lənətinə təslim edirsiniz. Mən olduğum yerdən aydınca  görürəm. Siz xoşbəxt könüllərə, aristokratiya pilləkanları ilə düşüb qalxırsınız. Bax, zmanımızda burjuaziyanın pis vərdişləridir bu. Ah, aristokratlar! Terror dönəmində Konvensiya nahaq yerə bunların hamısının başını kəsmədi. Hamısı ya səfil namussuzdurlar, ya da zavallı axmaqlardır”.
Leqrandinin bu cəmiyyətdə özünü sürgündəki kimi hiss etməsi, əslində Marselin içindəki başqa bir adamın durumundan xəbər verir. “Mən başqa bir planetə aidəm və məni burda saxlamaq üçün gərək bütün Yer qanunları işə düşsün” – iddiası da zaman-zaman Marselin içindən qopan ahların mənası kimi əks-səda verir. 

M.Prust bütün roman boyu ədəbiyyat, musiqi, memarlıq, rəssamlıq və s. sənət sahələrini müzakirə obyektinə çevirən fraqmentlərdən, replikalardan istifadə edir. Leqrandinlə ayaqüstü söhbətində də dekadans ədəbiyyat, roman mətni səmimiyyəti və qeyri-real mənzərələrin təsviri, tərənnümü məsələsinə toxunur. Bu məqamda da Leqrandin deyir: “Sizə dəyər verdiyim üçün son romanımı göndərəcəyəm. Amma xoşunuza gəlməyəcəkdir, sizin üçün yetərincə dekadan deyil, həddindən çox içdən gələn və dürüst bir romandır, sizə, ithaf etmiş olduğunuz kimi Berqotte lazımdır... Müasir zövq düşkünlərinin cansıxıcı damaq dadına uyğun deyil, Sizin qrupda məni yaşlı bir əsgər kimi görürlər, hər halda. Mənim xatam yazılarımda ürəyimi ortaya qoymağımdır, bunun da zamanı keçdi artıq...  Xüsusilə də xalq təbəqəsinin həyatı sizin  modabazları maraqlandıracaq qədər özəl deyil. Hərdən İsanın sözlərini xatırlamağa çalışın: “Belə et, yaşayacaqsan”. Əlvida, dostum!”

Romanın bu hissəsində də M.Prustun sevgi, heyranlıq, aldanışlar və bütün bunların qeyri-bərabər statuslu insanlar arasında baş verməsi məsələsindən söz açdığını görürük. Əvvəlki kitablarda Svanla bağlı olan süjet indi sanki Robert və Roşellə davam edir. Marsel Robertin öz məşuqəsi (hansı ki, Marsel onu əvvəldən tanıyırdı və cəmi 20 frank müqabilində istənilən adama istənilən zamanda bədənini sata bilirdi) Roşeli nəcə ideallaşdırdığını, ona qarşı olan sonsuz pərəstiş hissini təsvir edir. Göstərirdi ki, Robert məşuqəsinə görə iztirab çəkə bilər, cinayət törədər, hətta xoşbəxt də ola bilərdi. Onun aləmində dünyada məşuqəsinin üzünə baxmaqdan, onun nə istədiyini kəşf etməkdən, onu sevindirə bilməkdən böyük zövq və həzz ola bilməzdi. Robert bu qadınla evlənməyə belə hazır idi. (Vaxtilə yüksək cəmiyyət nümayəndəsi Svan da öz məşuqəsi ilə belə davranmışdı, yəni ona pərəstiş etmiş və sonda onunla evlənmişdi.) 

Lakin bu münasibətin də kulminasiya nöqtəsi var və bu dramatik  nöqtə Robertin Roşelə bahalı, 30 min frank dəyərində olan bir boyunbağı alması istəyi ilə qoyulur. “Yaramazlıq etməsə, bu gün öna xoşuna gələ biləcək bir hədiyyə alacam - dedi. 

“Boucheronda gördüyü bir boyunbağı. Doğrudur, mənim üçün bir az bahadır, 30 min frank. Amma zavallı körpə, həyatda daha başqa əyləncəsi yoxdur. Çox məmnun olacaq. Mənə bu boyunbağıdan danışmış, tanışlarından birinin bu boyunbağını ona almaq istəməsini söyləmişdi”. 

Robert məşuqəsini bir an gözündən qoymur, onu sanki bütün dünyaya qısqanırdı. Amma Marsellə özü tanış edir və onun da bir ədəbiyyat həvəskarı olduğunu söyləyir. Marsellə Roşel Tolstoydan və başqa yazarlardan danışır. 

Bu gəzinti zamanı, Roşellə eyni yolun yolçuları olan rəfiqələri, teatr səhnələri, rəqqasələr və digər oyunçularla bağlı ətraflı müşahidələrin şahidi oluruq. Robertlə Roşel arasında yenə gərginlik yaşanır və Robert boyunbağını alamyacağı ilə Roşeli qorxutmaq istədikdə qız məmnunluqla imtina edir.

Teatr və qonaqlıqlar, ədəbi-bədii gecələr aristokratiya dünyasına qapı kimi açılır.  Paris aristokratiyasını bir də  teatrda müşahidə etmək lazımmış...

Bütün bu səhnələrdə fransız cəmiyyətindəki sosial həyatın daxili qatları, insanların bir-birinə yaxınlaşmasındakı təmənnalı münasibətin anatomiyası, bütün zamanlar üçün xarakterik olan əxlaq və əxlaqsızlıq kontekstindəki müzakirələri diqqətlə izləyirik. 20 frank üçün kişilərə təkliflər edən Roşel elə bir situasiyaya düşür ki, Robertin -  onu dəli kimi sevən kişinin 30 min franklıq hədiyyəsindən imtina edə bilir. Əxlaqsızlıqda mənəviyat və əxlaq, əxlaqlılıq və elit təbəqə mövqelərində əxlaqsızlıqlar, saxtakarlıqlar və ləyaqətsizliklər səhifələri açılır, qarşılaşdırılır.
M.Prustun anası yəhidi qızı idi və o anasını nə qədər müdrik, ağıllı və ədalətli qadın kimi təqdim etsə də, həm də bütün həyatı boyu əri ilə oğlu arasındakı anlaşılmaz münasibətin ortasında dayanmış dramatik fiqur  kimi tanıdılır.  Anamsa babama olan sevgisiylə mənim zəkama olan ümidi arasında qalmışdı susqunluqla ifadə etdiyi bir qərarsızlıq içindəydi”.

Romanın bu hissəsində də M.Prust yəhudilərlə və yəhudiliklə bağlı tarixi münasibətləri çözür, rumınların, misirlilərin, türklərin yəhudilərə nifrət bəslədiyini söyləyir. 
Ardı var.

İradə Musayeva
01.01.2020

Oxşar xəbərlər
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:45
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:45
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO