Salam Sarvanın absurd şeirləri – II hissə
Ədəbiyyat
Oxunub: 4130
08 May 2018 | 11:25
Salam Sarvanın absurd şeirləri  – II hissə

Əvvəli burda - //www.moderator.az/news/223800.html


Məqalənin əvvəlində Salam Sarvanın absurdizm nəzəriyyəsinə əsaslanan şeirlərindən danışmışdım.  Absurdizm “inkar”, “təzad”  məhdudluğunda deyil. Bu poeziyada əksliklər, inanılmazlıqlar adi intonasiya ilə ifadə edilir. Dünyanın, eləcə də insanın bu dünyadakı bayağı, karikaturalaşmış həyatının cəfəngiyat olduğuna parodiya şeirlər yazılır. Və həmin insanın azadlıq, sevgi, vətən, tarix, cəmiyyət, təbiət haqqındakı düşüncə, təxəyyül və təsəvvürləri isə sanki yoxluqdan yoxluğa yol gedir. 

Onun poetik xəyalları sevgini yerə enməyə qoymur, ən uzağı yuxulara yol tapa bilər. Yuxular isə ən ilğımlı illüziyalardan, ən dərin xəyallardan da uzaqda, əlçatmazlıqdadır. Və qəribə bir tərslik olur belə sevgilərdə:

Heyif ki, gec bildilər:

heç vaxt yanaşı yatmayacaqmış

bir-birini yuxuda görənlər.

Yenə də, ya qəribə bir tərslik, ya da qəribə tapıntı... Sevgi hər yerdə, hər canlıda, hər varlıqda olurmuş. Bir bədəndə kişi və qadın mehrinin, məhəbbətinin qarşılaşması, üz-üzə, göz-gözə dayanması bədən üzvlərinin ünsiyyəti ilə “kəşf” edilir.

Gözlərinin bir-birinə məhəbbətlə baxdığını,

barmaqlarının bir-birinə ehtirasla sarıldığını,

ayaqlarının bir-birinin üstündə

məmnunluqla uzandığını görürəm.

 

Yəni qəribədi dünyanın işi:

hər bədənin simmetriyasında iki nəfər var-

biri qadın, biri kişi.

“Köhnəlmişəm”- deyəndə adamı təəccüb bürüyür. Insan necə köhnələ bilər? Bu kəlmənin açmasını təmirsiz, uçub-tökülən bir otağın mənzərəsi ilə ekvivalentləşdirir. Bu xaraba ev şəkli onun  iç dünyasının təlatümlü ifadəsi kimi divara mıxlanır sanki... “İçimdə xaraba bir ev var”. Suvağı sökülüb-tökülmüş bu evin təsvirində bircə detal-“siqaret tüstüsü” bu ev sahibinin dərddən “köhnəlməsini” andırır.

Köhnəlmişəm.

Otağımda tavanın suvağı sökülüb.

Döşəmənin boyası tökülüb,

divar kağızı siqaret tüstüsündən saralıb...

Şeirin ikinci parçası isə tam fərqli bir dünya, fərqli ovqat sahibinin sonsuzluğa yol alan xəyalları  haqqında danışır. Uçuq daxmanın xarabalıqları altından sürünüb çıxan adam inanılmaz güclə yenilənmə, təzələnmə, yenidən doğma, dirilmə  məqamına çatdırır özünü. Burda artıq döşəmə-tavan, qapı-divar sıxıntısından əlamət yoxdur. Göylərə, yerlərə, dənizlərə meydan oxuyan, onların görünüşünü belə dəyişə bilən adamın halında möhtəşəmlik müşahidə edirik. Absurd vəziyyət mənzərəsi, bütün hallarda yenə bir insan psixologiyasının, düşüncə və ovqatının əksi, astar tərəfi, tərsi kimi diqqət mərkəzinə gətirilir.    

                 Amma bu il göylərin rəngini, dənizlərin səsini,

                 dağların örtüyünü dəyişmək istəyirəm.

                 Sonra səni qonaq çağırmaq,

                  səninlə bu yenilikdə görüşmək istəyirəm.

            Bəzi şeirlərdə görürük ki, köhnə məktublarda yazılan sözlər, etiraf edilən hiss və duyğular da köhnəlirmiş: “Sənin “sevirəm” yazdığın o məktub da köhnəlir: burda bir varaq saralır, varaqda bir söz solur”...

 “Çıxılmazlıq” şeirinin adamı isə yenə içindən yerə yıxılır. Yenə “uçmuş bir bina” özündən bezən, usanan, düşüncələrində belə sökülüb-tökülən insanın proobrazı kimi qarşımızda kədərli tablo yaradır. “Uçmuş bir binanın altında qalmışam” – deyir. Adamlara hay salmaq lazımdırmı?  Amma o qorxur ki, burda gəlib tapacaqlar onu. Tənhalıq xarabasının qəbristanlıq dincliyini, zirzəmi hüzurunu pozacaqlar... Təkcə  ideyada yox, hətta ayrı-ayrı misralardakı yan-yana dayanmış sözlərin də semantikasında absurdluq görürük. Necə ki, eyni misrada deyir: boşam, doluyam...   Və yenə qəribə, absurd bir giley eşidirik: “Həyatımıza o qədər adam yığırıq ki, indi onların əlindən tənhalığa çəkilmək də olmur”.

     Uçmuş bir binanın altında qalmışam.

     Bir azdan tapacaqlar məni.

     Hələliksə boşam, doluyam,

     qəbristanlıq kimi daşlıyam,

     saat kimi qumluyam,

     zirzəmi kimi suluyam.

 

     Bir azdan tapacaqlar məni...

     Axx, həyatımıza o qədər adam yığırıq ki,

     indi onların əlindən

     tənhalığa çəkilmək də olmur.

       İntihar edənlərin arxasınca göz yaşı axıdırıq. Amma eyvandan özünü atanlar, qatar altına düşənlər də, sən demə, hansısa göydə sürətlə axıb keçən ulduzların  arxasınca sevinərək uçurmuş. Göyə baxıb yerə doğru uçmaq...  Bu absurdluq deyilmi?

    İntihar qərarına gəlib

    eyvanda dayanmış bu qadın

    özünü atmaq istəyir

   göydə sürətlə axıb keçən bir ulduzun altına.

İntiharların da yarışması, “yerə ən tez çataraq qalib olanı” varmış:

     Qorxmağa dəyməz.

     Hündürlükdən atılmaqla

     intihar edənlərin yarışında

   yerə ən tez çatan da qalibdii.

       Salamın şeirində zədələnmiş qürurun, sındırılmış iradələrin, xəyalları güllələnmiş, ümidləri heçliyə ünvanlanmış insanların  taleyini alın yazısı kimi  oxuyuruq. Bu cür ümumiləşdirilmiş tipiklik bircə şeir assosasiyası yaradır bəzən. Elə bilirsən ki, Salam bu dünyaya cəmi bircə şeir yazmaq üçün gəlib. Lakin o bircə şeirdə bütün bəşəriyyətin ruhuna, hissinə, düşüncəsinə tanış olan o qədər doğma yaşantı cizgiləri var ki, o bircə şeirdən  özün də onlarla şeir çıxara bilərsən.

 Hər şairin özünəməxsus şeir leksikası, şeir lüğəti var. Bəzində sevinc, ümid, fərəh yansıdan al-əlvan kəlmələr olduğu halda,  bəzində  “xoşbəxtlik” sözünün belə “bədbəxtlik” kimi səsləndiyi kədərli lüğət olur.   Salamın şeir lüğətində “qırıntılar”, “dib”, “intihar”, “qərarsızlıq”, “aldanış”, “uçub-tökülmək”, “həbsxana”, “təkadamlıq xaraba”, “kilid-kilid”, “dar ağacı”, “enmə” və s. bu kimi ifadələrin çox vaxt şeir başlığıtək qabağa çıxması da həmin poeziyanın ədəbi portretini, obrazını səciyyələndirir. Yuxarıda onun sözdən “xəsisliklə” istifadə etmə ustalığından danışmışdım. Bu “xəsislik” bütün bəndlərdə, misralarda gözə çarpır. “Qırıntılar” şeirində bircə ifadənin (“qırıntı”) doğurduğu kədərli partlayış minlərlə ruhu sarsıda bilir.  Bir kişinin qan analizi zamanı  tibb bacısının salıb sındırdığı bapbalaca bir şüşənin üstündəki mənfi cavab xəbərli qanın dağılması bir talenin yerlə yeksan olması bəyanatı kimi qulaqlarda cingildəyir. Qırıntılar təkcə yerə yox, taleyə, bəxtə də səpələnə bilir. Qırıntılarla dolu bir ömrü yamamağa isə gücün çatmır və barışırsan tibb bacısının əlindən düşüb sınmış şüşə qırıntılarının üstündə ürəyini qana döndərən qan analizinin pis cavabı ilə...

    Diksinərsən qanından

    analiz verdiyin yerdəcə.

 

    Diksinərsən bir damcı qanın yayıldığı şüşə

   parçası

   tibb bacısının əlindən yerə düşüb sınanda.

 

   Diksinərsən

   sınmış şüşə qırıntıları və sındırılmış kişi qırıntıları

   tapılanda qanında.

 

   Sonra tapançandan atəş açarsan iki dəfə:

   birini havaya – xəbərdarlıq atəşi,

   birini gicgahına.

Salamın poeziyasında Füzuli şeirindəki  qədər mücərrəd, təsəvvürə belə  gəlməyən xəyali aləmdə qəribə arzularla yaşayan, bəlkə də yaşamaq xatirinə arzular uyduran  insanları bəzən yadplanetlilərtək qəbul edirik.  Bu qəhrəmanların zahiri portretini heç kim cıza bilməz. Məsələn, sima, göz-qaş və s. bu kimi realistik detalları axtarmaq əbəsdir. Burda tərz  arzu olunmayan arzular,  reallaşması mümkün olmayan istəklər, gedilməyən yollar, göndərilməyən məktublar, gəlib çıxmayan xoşbəxtliklərin yolunu bir az da qəlizləşdirməkdən ibarətdir. Tərz həm də diksindirici təkliflər şeir kimi poetik suala çevriləndə aydın görünür:

Nəyi gözləyirsən, övlad?

Anan ki belə gözəl ağı deyə bilir,

niyə ölmürsən?

Salam bütün şeirlərini eyni üslubla təqdim etmir. Birində sual intonasiyası, birində qınaq, birində etiraz, birində dialoji nitq polemikası və s. bu kimi fərqliliklərlə bizi hər səhifədə yeni  şeir havası ilə təzələyəyir. Bəzən də çox kiçik şeirdə böyük suallar buraxır bizə. Məsələn, aşağıdakı misraları oxuyarkən,  “yox olan dostlar, ölənsə özüdürmü?” – deyə düşünürük.

Dostlar bir-bir çıxıb gedir:

donub gedir, buxarlanıb gedir, əriyib gedir...

 

Udduğum havada uçub gedir,

içdiyim suda üzüb gedir,

basdırıldığım torpaqda yeriyib gedir.

Salamın aforizmləşmiş misraları həmişə  təəccübləndirir:

Bir açar da düşməz aça qapımı,

amma bağlamağa hər kilid düşür.

...

Səni bir yol gördüyüm bir yuxunu yozmağa

həsr elədim ömrümün qalanını, yatmadım.

...

Sən mənim yolayrıcımdın:

səndən yüz yana döndüm.

...

Bu gün vaxtım yoxdur, bu gün ölürəm.

...

Ta çalma qəmgin havalar

qəmi oynatmaz, ay uşaq.

Adam göz yaşı içində

gəmi oynatmaz, ay uşaq.

...

Yaman tez böyüdüm pis xəbər kimi.

...

Özünü ölümdən qoruyur hamı,

hamı özün səndən qoruyur, Allah.

...

Sən mənə dözməyi öyrətdin, sağ ol,

savabdı, Allah da razı olacaq.

O dözüm yolunu gözləməyə yox,

səni unutmağa lazım olacaq.

...

Bir gün durub axtararsan,

tapa bilməzsən sən məni.

Atanda bir baxaydın da

haraya atmısan məni.

...

Öldün, bir başdaşı qoydular sənə,

evini tikdilər bircə daş ilə.

Bir də bir “itki” şəkli  var bu poetik dünyada. Bu adam axtarır, elə hey soruşur, axtardığının gəlməsini istəməyə-istəməyə gözləyir... Bəzən də ən dərin, mənalı , həyat əhəmiyyətli məsələ haqqınnda məişət dili ahəngində, leksikasında qəribə narahatlıqla söruşur. Məsələn, həyatı bir heç, boşluq kimi yaşayan adam, nəfəsinin belə hədər gedib-gəlməsinin ağrısını yaşayır və bir gün anlayır ki, yaşadığı və yaşamadığı günlərin əslində ona aidiyyatı yoxmuş. Yəni, bu ömür-gün onun deyil, başqasının həyatına, bəlkə də “həyətinə” keçmiş, ondan qaçmış bir taledir. Ömrünün günləri ondan qaçıb kiminsə taleyinə köçüb, ömrünə qarışıb. Qonşudan itmiş toyuq-cücəsini  xəbər alan adamın intonasiyası ilə didərgin düşmüş, bada getmiş günlərini soruşur:

     Ay qonşu, bir ömrünə bax,

     gör mənim günüm ordadı?

Mənalandırma yenilikləri ilə dolu olan bu yaradıcılıqda həm də bambaşqa bir əksetdirmə, hamıdan fərqli  özünüifadə və söz nizamı, nəzm kolariti var. Məlum təsəvvürləri dağıdan, bütün fəlsəfi kateqoriyalar haqqında insanı tam başqa cür düşünməyə sövq edən yanaşmalar var. Və təbii ki, absurdluq meyarı və ya meyarsızlığı əsasında...

Bütün böyümələr ölümə gedən yola üz qoymaq, tələyə düşməkdir. (“Bu gün ad günümdə bildim bu ömür bir oyunmuş”.) Böyüyürsən, böyüyrsən, ölümün qapısından içəri girmək üçün status qazanırsan. Qocaldıqca belin də ona görə bükülür ki, əlin çəliyə rahat çatsın.

Bir azdan bel də əyilər

ki əllər çəliyə çatsın.

Tanrı bizi böyüdür ki,

başımız tələyə çatsın.

    Salamın şeirində 2 + 2 =4 məntiqi inkar olunur. Və şair bu “məlum həqiqət”in doğru olmadığını öz şeirləri ilə yüz dəfələrlə isbat edir. Sübut edir ki, sevinc gülmək, dərd ağlamaq üçün deyil. Çiçəklər də gözəllik simvolu, estetik element olmaya bilər...

       Belə... nə sevinc gülməyə

       və nə dərd ağlamağadı.

       Bu dünyanın çiçəkləri

      S üpürgə bağlamağadı.

Adətən sərbəst düşüncə axarındakı  fəlsəfi qənaətlərin poetik ifadəsində şairlər qafiyələmə texnikasının öhdəsindən gələ bilmir, elə bil çox zaman bu nəzm elementini (qafiyəni) arxa plana atırlar. Diqqət daha çox fikrə, ideyaya, düşüncəyə yönəlir. Lakin Salam Sarvanın hər şeirində obyektə yanaşma, izah və tərz, ifadə yeniliyi, gözlənilməzliyi kimi, şeirin forma estetikasını da çox vaxt partlayış effektli qafiyələr həll edir.

Məsələn, “Dirimə ağlayan anam” şeirində bu qədər dərin məna, poetik mükəmməllik və nəzm estetikasını bir araya gətirmək üçün şair nə qədər çalışmalıdır bir şeirin üstündə?  Salam niyə bu qədər az yazır?-sualının cavabları da elə burdan qaynaqlanır.

         Mən öləndə yağış yernən

         buludlar göynən ağlar.

         Dirimə ağlayan anam

         ölümə eynən ağlar.

 

           Hamı dalımca danışar

           sanarlar “gedişdi” bu.

           O qıza da xəbər çatar,

           bir özgə bəynən ağlar.

 

           Bir ovçusa fikrə gedər

           bir gözü nişangahda:

           gözündən vurulan quşlar

           halına nəynən ağlar?

Bəzən məlum, dilimizdə artıq daşlaşmış ifadələrlə postmodern çalarlı oyun tərzini də müşahidə edirik. Iki omonim ifadə bir misranın və ya bəndin içindəcə elə  ironik şəkildə qarşılaşdırılır ki, bu toqquşmadan daha yeni bir fikir hasil olur. Məsələn, məlum “başını qoyub yatmaq” və “vətən yolunda baş qoymaq” anlayışlarını görün şair hansı bədii mətn kontekstində birləşdirir, daha doğrusu, yenə “xəsislik” edərək bir ifadənin məğzində çoxmənalılıq çalarları yaradır:

    Mən də vətən yolunda

    başımı qoydum yatdım.

   Gördüm ki, yuxum gəlmir,

   sonacan saydım yatdım...

Bildiyimiz “onacan sayıb yatmaq” deyimi də təsadüfən və ya qafiyə xatirinə “sonacan sayıb yatdım” şəklinə düşmür, ömrün bu vəziyyətdə tamamlanması  (“sonacan sayıb başımı qoyub yatdım”) həm də guya “vətən yolunda başını qoyub”  ölmək yox, yatmaq təzadını doğurur.

“İzləmə” başlıqlı şeirdə də bu cür absurd, qəlibləşmiş, konkretləşmiş, sabitləşmiş deyimlərə şairin ustalıqla “əl gəzdirməsini” görürük. “Mışıl-mışıl yatmaq” ifadəsi necə çevrilib “mışıl-mışıl susmaq” olur? Necə olur ki, “heç kim eşitmir, amma hamı qulaq asır” məntiqinə inanası oluruq. Axı eşitmək qəlb və şüur işi, qulaq asmaq isə formal bir davranışdır, “dinləmə qurğusutək” texnoloji vasitə... Və necə olur ki, bizi bütün ömrü boyu izləyənlər arasında həm valideynlərimiz, həm də bir gözünü qıyıb, sanki qapının açar deşiyindən baxan fotoqraf da olur? Baxaq:

   Gözlərimi qarnına dikib

   mışıl-mışıl susmaq istəyirəm, qadın,

   bir körpə yuxusutək.

 

   Heç kim heç kimi eşitmir onsuz da,

   adamlar bir-birinə qulaq asır

   dinləmə qurğusutək.

 

   Bir gözünü qıyıb şəklimizi çəkən fotoqraf da

  sanki qapının açar deşiyindən baxır bizə.

 

     Gizlənirik, gizlənirik,

     yenə də izlənirik.

 

     Axx..

    uşaq vaxtı əlimizdən tutub itməyə qoymayanlar

    hələ də buraxmayıblar əlimizi.

“Mışıl-mışıl susmaq” ifadəsinin ikinci tərəfindəki sözü (susmaq) də müəllif rəngdən-rəngə, mənadan-mənaya çevirə-çevirə çoxaldır. “Xəsislik” məsələsinə dönürük yenə:

İndi məni düşündürür

bir sərxoşun bir şüşəlik,

bir ağacın bir meşəlik susması...

 

Neynək, küsülülər barışırsa, barışsın.

Amma hələ də yaxşıydı axı:

iki adamın bir-birinə qarşı

həmişəlik susması.

      İntihar, bəxtsizlik, tərk-dünyalıq, bezginlik və üzgünlük varsa, mütləq bu adamın şüuraltı yaddaşında “dar ağacı” obrazı  da olmalıdır... Dar ağacından azmaq, özünü asa bilməyəndə əlacsız-əlacsız yaşamaq, hətta əlacsızlar dəstəsi yaratmaq, xaraba bir ömrü “kor bəxt”, “nankor ana” xəyanətinin ağrısı ilə sona doğru sürümək... Maraqlıdır ki, bu ədəbiyyatda (Salam şeirində)  kədərin ən son həddi, ən tünd qarası əksər vaxtlarda oynaq ritmli  havalar üstündə oxunur.  Mövzunu bir yox, bir neçə şeirdə davam etdirmək  üslubu imkan verir ki, onun poeziyasını bir bütöv, süjet xətti olan tam bir bədii əsər kimi qəbul edək. Məsələn, “Dar ağacından azmışam” və “Dostum Əli üçün” şeirləri eyni dərdin ifadəsinə həsr edilib. Təkcə dar ağacından deyil, ana bətnindən də düşüb itən adamın yer üzü axtarışı çaşqınlıqlar sitüasiyasında daha bir dramatik sual qoyur ortaya. Ana bətnindən dar ağacına, bəlkə də əksinə, dar ağacından ana bətninə məsafə elə yaşamın, ömrün özüdürsə, bəs bu ömrü harda sürmək lazımdır? Axı yer üzü də yoxa çıxıb. Yoxluqlarda isə ancaq belə düşünmək olar:

     Bu quyunun divarının

     çöl üzü hanı, camaat?

     Dar ağacından azmışam,

     yer üzü hanı, camaat?

 

    Al-əlvan geyib gəzərdi,

    gəzərdi burda bir pəri:

    yanıb qara külü qalıb,

    bəs hanı başqa rəngləri?

 

   Yaxşı, mən özüm hardayam,

    o Salam hanı, ay ana...

    Gəl axtar bətnindən düşüb

     itən balanı, ay ana.

“Özümü asa bilmədim, eh, qorxdum ölümdən, dost. Yaşamaqdan savay heç nə gəlmirmiş əlimdən, dost”- dramatizmini yaşayan, “ölüb-dirilən” adamların səssiz ağlamasına bənzədi...

Qaragözlü baxtımız da

qarşımıza kor çıxar -

qənaətində isə absurd yanaşmanın daha bir çaları – “qaragözlü baxt” məcazının bər-bəzəyi, estetik gözəlliyi altında acı bir reallıq - “kor bəxt” sarkazmı var. Bəxtin gözü görmür ki, gəlib sahibini tapsın. Gəlib çatanda da “yorulub yatır”...

            Salamın şeirləri bizi təkcə  ədəbiyyat faktı kimi silkələmir, bizi poeziya nümunəsi kimi təsirləndirmir, bizi adi həyat həqiqətlərinin kədərli ifadəsi kimi duyğulandırmır. Onun şeirləri gözüyumulu yaşadığımız həyatın üzündən pərdəni çəkməyə kömək edir. Və hər şeirini oxuduqca, əvvəl “olmaz” deyib, sonra təslim oluruq. Absurd, tərəddüdlü qənaətlər arasında qalırıq. Necə deyərlər, halbahal oluruq.

“Sənsiz yaşaya bilirəm” misrasını işlətdiyi bəndlərdə, parçalarda həm də “amma yaşaya bilmirəm, bilmirəm” –deyir. “Bir az səndən zəhləm gedir”, “Yavaş-yavaş düşürsən gözümdən”, “artıq səni xatırlayanda başımı bulayıram” və s. bu kimi kəskin misraların işləndiyi şeirlər necə sevgi şeiri ola bilir? Ola bilərmi? Əgər şeirin sonunda-

Narahat olma “Qızım”...

Mən şəhərdə gəzəndə

Insanlar bir adamlıq kənardan keçirlər,

Sanki yanımda yeriyirsən deyə -deyirsə, deməli sevgini canından, yanından, ruhundan uzaqlaşdıra bilmir...

 Salam Sarvan Azərbaycan şeirində kimdir?-salının bir   cavab verməyə çalışdım. Onun haqqında ədəbi zövqünə inandığımız adamlarsa deyir:

Cavanların içində Oxucusu olan ye­ganə şair Salamdır. (Ramiz Rövşən)

 

Dörd böyük dünya dilində dünya şeiriylə can-cana dur­muş bir oxucutək deyə bilərəm ki, Salam bugün dünyanın poe­tik boyuna görə ən uca, ağlına görə də ən qoca şairlə­rin­dəndi.

Salam bu cür davam eləsə, Nobelin onun ayağına gələcə­yinə, gec gəldiyi üçün ondan və Azərbaycandan üzr istəyəcə­yinə şübhəm yoxdur. (Vaqif Bayatlı Odər)

 

Salam Sarvan ədəbiyyata yaşıl burulğan kimi gəldi və elə burul­ğan kimi də bir ömür boyunca getmədə. Açığı, müqəd­dəs­lərdən çox, mənim etiqadım bu cür “havalı” insanlaradır. Məncə, bəşəriy­yət də məhz onlara borcludur.

Daim günəşli Azərbaycanda əlimi qaşımın üstə qoyub, Salam səmtdən gələn şeiriyyəti gözləyirəm. (Rafiq Tağı)

 

08.05.2018

 

İradə  Musayeva

 

Oxşar xəbərlər
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
GÜNLÜK
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı