Stalini həbsdən qurtaran Rəsulzadə barəsindəki şikayət ərizəsi- Romandan XIV fəsil
Oxunub: 3794
26 Oct 2017 | 12:41
Stalini həbsdən qurtaran Rəsulzadə barəsindəki şikayət ərizəsi- Romandan XIV fəsil

Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.


XIV  Fəsil-Çar üsul idarəsi

Məhəmməd Əmin hündür bir təpənin üstünə qalxdı. Səs-küydən qulaq tutulurdu. Lakin nədənsə hələ xeyli gənc olan Məhəmməd Əmin əlini yuxarı qaldıran kimi kütlə tamamilə sakitləşdi. Sanki qurbağa gölünə daş atdılar. O, özünəməxsus təmkinlə əvvəlcə sayı ən azı üç mindən çox olan kütləyə nəzər saldı, sonra çığırmadan, aydın bir nitqlə sözə başladı:
”“ Əziz zəhmətkeşlər! Atalar və qardaşlar! Hamı bilir ki, siz çox əziyyət çəkirsiz. Bir parça çörəkdən ötrü gündə ən azı on dörd saat dözülməz bir əziyyətlə çalışırsız. Lakin bəzən bu parça çörək də sizə qismət olmur, ailəniz, övladlarınız ac qalır, acından cürbəcür xəstəliklərə düçar olur, özünüz isə ac qarnına işləməkdən, toz-torpaq udmaqdan vərəm, sinətəng kimi sağalmaz azarlara mübtəla olursuz. Ac uşaqlarınız hər axşam; “atam indi çörək gətirəcək”,-ümidiylə heç cürə para tapıb təmir eləyə bilmədiyiniz sınıq-salxaq, nəmişlikdən çürümüş, hayı gedib, vayı qalmış qapıya baxır. Siz isə çar üsul-idarəsinin qoyduğu vergini ödəməkdən ötrü sizin haqqınızı kəsən sahibkarların dırnağarası bollu səxavətindən evə çox zaman əliboş gəlirsiz və acından artıq sizin qucağınıza atılmağa taqəti olmayan zavallı övladınızı yalnız xoş sözlərlə ovundurmağa çalışırsız. Bunu da yaxşı bilirsiz ki, ac qarnına heç bir xoş söz insana nuş olmaz. Xoş sözlərə qulaq asmaq üçün və zatən onu həddindən çox sevən valideyinin isti ağuşunda özünü çox bəxtəvər hesab eləmək üçün cocuğun qarnı tox olmalıdır. Siz isə günahsız olduğunuz halda doğma övladınızın üzünə baxa bilmir, xəcalət çəkirsiz. Belə isə nəhəng bir sual meydana çıxır? Axı bütün bunların səbəbi nədir?! Çar hökumətinə vergi ödəməkdən bezmiş sahibkarlarmı?! Yoxsa Bakının nefti ilə dünyanın ən varlı adamlarına çevrilən Nobel qardaşlarımı?! Mənim əzizlərim, bunun səbəbi aydındır. Əlbəttə siz bunu çox yaxşı bilirsiz, lakin mən sözümün canı olduğu üçün bunu yenə təkrar eləməyi özümə borc bilirəm. Bunun səbəbi təxminən yüz il bundan qabaq vətənimiz, torpağımızı işğal etmiş Çar hökumətidir. Çar üsul-idarəsinin bizim üzərimizdə tətbiq etdikləri eybəcər qanunlardır. Bizi bu bəlalardan nə qurtara bilər?! Hər gün tətillər, nümayişlər keçirib bir parça çörəyimizi bizə çox gördüklərinə görə etirazımızı bildirməkmi?! Yoxsa bir dəfəlik işdən əl götürüb tamamilə acından ölməkmi?! Xeyr! Əlbəttə tətillər də, nümayişlər də lazımdır. Lakin daha böyük, daha gərəkli arzuların yerinə yetirilməsindən ötrü. Mənim əzizlərim! Biz əsrlər boyu, Şah İsmayılın, Şah Təhmasibin və başqa şahlarımızın rəşadəti, şücaəti, qeyrəti və ağıllı sityasəti nəticəsində müstəqil olmuşuq, hürr yaşamışıq. İndi də bizə milli istiqlalımızı qazanmaq lazımdır. Əgər insan kimi yaşamaq, qədim tarixə və mədəniyyətə mailk bir xalq olduğumuzu, eyni zamanda hürr olmağımızı istəyiriksə hökmən milli istiqlalımızı qazanmalı, müstəqil olmalıyıq. Daha doğrusu bu cənnət vətənimizi müstəqil bir dövlətə çeirməliyik. Bunun üçün biz hamımız mübarizə aparmalıyıq. Hamımız vuruşmalıyıq. Bu yolda ya bir nəfər kimi ölməliyik, ya da müstəqilliyimizi qazanıb dövlətimizi dünyanın ən inkişaf etmiş dövlətinə çevirməli, eyni zamanda bir millət kimi özümüz öz ağamız olaraq, hürr və bəxtəvər yaşamalıyıq. Məmin əzizlərim! Siz buna hazırmısız?
Kütlədən elə bir səs gəldi ki, sanki hansısa bir dağ parçalanıb yerə töküldü:
”“ Hazırıq! 
Məhəmməd Əğmin bir də soruşdu:
”“ Milli istiqlal qazanmaq, müstəqil dövlət qurmaq üçün savaşa hazırmısız?! 
 Səs bu dəfə əvvəlkindən də güclü oldu:
”“ Hazırıq! 
Məhəmməd Əmin əlini yuxarı qaldırdı:
”“ Allahu-Əkbər!
 Kütlənin səsi ərşi-əlaya yüksəıldi:
”“ Allahu Əkbər! 
Məhəmməd Əmin “kürsü”dən düşdü. Minlərlə adamın gözlərində ümid qığılcımı parlayırdı. Gəncin on dəqiqəlik çıxışından sonra sanki bütün dərd-qəmlərini, ağrı-acılarını unutmuşdular. Onlar artıq iyirmi dörd yaşlı, tək mənəviyyatında deyil, simasında eybi olmayan, uca boylu, mütənasib bədənli, alnı işıqlı, iti baxışlı, eyni zamanda fövqəladə şuura malik olan gən¬cə tayı-bərabəri olamayan bir lider və xilaskar kimi baxırdılar. 

* * *
Bakıdakı “Jandarmeriya idarəsi”nin rəisi Lesnıx hər gün səhər idarəyə üst-başını səliqəyə salmış, üzü təraş edilmiş, xrom çəkmələri par-par parıldamış halda gəlsə də, bu gün olduqca güclü yağış yağdığı üçün güclü leysanın az müddət içərisində döşəmə əsgisinə çevirdiyi mundirinin acınacaqlı bir görkəmi vardı və daim qara brilyant kimi parıldayan çəkmələri isə tamamilə palçığa bulaşmışdı. 
Lesnıxın bu cür islanmasına səbəb onu hər gün işə gətirib aparan avtomobilin dünən mühərrikinin xarab olması, sanki dəryalar göyə qalxıb yerə töküldüyünü andıran dəhşətli yağmurun altında isə faytonların tamamilə görünməməsi idi. Şübhəsiz ki, belə leysanda faytonları aparan atlar da hərəkət eləyə bilməzdi. Çətirdən isə zəhləsi getdiyi üçün heç vaxt evində çətir saxlamırdı, belə ki, Lesnıx yalnız indi çətirin nə qədər gərəkli bir şey olduğunu anlamağa başlamışdı. 
Bir sözlə, Lesnıx şiddətli yağışın altında düz iki kilometr yarım məsafəni piyada gəldiyinə görə, yolu qaça-qaça qət etməsinə baxmayaraq islanmış cücəyə dönmüşdü. O, şərqə baxan iri pəncərələri olduğu üçün daim işıqlı, indi isə göydən yerə fəvvarə vuran qara-boz buludların arxasından günəşin şəfəqləri demək olar ki, öz gücünü tamamilə itirdiyinə görə yarıqaranlıq kabinetinə girib əsəbi halda suyu yerə süzülən furajkasını və surtukunu çıxarıb asıqandan asdı, sonra isə daha əsəbi şəkildə tamamilə suya batıb qıçlarına yapışmış şalvarına baxdı və sanki kiminləsə danışırmış kimi uca səslə dedi:
”“ Lənət şeytana! Elə bil sakit okean bu gecə göyə uçub, sonra da uça-uça gəlib burda, Bakıda başımıza tökülür. 
Lesnıx masasının altındakı düyməni basdı və bir neçə saniyədən sonra köməkçisi Jabski kabinetə daxil oldub polis salamı verdi. 
Lesnıx üzünü ona tutdu:
”“ Get anbara, ordan mənim üçün bir dəst mundir gətir. Hə, bir dənə də furajka gətirsən pis olmaz. 
 Ã–z üstü-başı da su içində olan Jabski yenə polis salamı verib kabinetdən çıxdı. Lesnıx şkafdakı qovluğlara baxdı və onlardan birini götürüb masasının üstünə qoydu. Qovluğu açıb ordakı kağızları oxumaq istədi, lakin otaq yarıqaranlıq olduğu üçün hərfləri sezə bilmədiyinə görə şkafından üstündəki şamdanı götü¬rüb şam yandırmağa məcbur oldu. Şamlar yanandan sonra qarşısındakı kağızı pıçıltı ilə oxumağa başladı: “Məhəmməd Əmin Rəsulzadə. Çar hökumətinin ən qatı düşmənlərindən biri. Dəfələrlə çar hökumətinə qarşı baş verən nümayişlərə, tətillərə başçılıq etmişdir. Lap gənc yaşından özünü siyasət meydanına atmışdır. Çar hökumətinin çox qorxulu düşməni Kobanı bir dəfə Balaxanıda ölümdən qurtarmış, sonra isə həbsxanadan qaçırmışdır. 1905-1906-cı illərdə baş verən erməni-müsəlman davası zamanı xüsusi fəallıq göstərmiş, müsəlman cavanlarının böyük bir qismini silahlandırmış, özü də bilavasitə savaşlarda iştirak etmişdir. Gecələr isə divarlara məhz özü tərəfindən hazırlanan kağızlar yapışdırmış, müsəlmanları ayıq olmağa, ermənilərdən gələ bilən hər bir təhlükədən qornmağa səsləmiş, ermənilərin “Böyük Ermənistan” yaratmaq niyyətlərini bəyan etmişdir. Müsəlmanların inkişafını islamlaşmaqda, türkləşməkdə və müasirləşməkdə görür. Həm də maarifçidir. Osmanlı dövlətinə çox meyllidir. Eyni zamanda turançıdır. Tək Qafqaz müsəlmanlarını deyil, bütün türkləri azad və müstəqil görmək istəyir. Çox zirək, cəld və cəsarətlidir. Beyni həddindən artıq iti işləyir. Dəfələrlə təqiblərdən yayına bilmişdir”. 
Lesnıx bütün diqqətini cəmləşdirib Məhəmməd Əmin bəyin kağızın üstünə yapışdırılmış şəklinə baxdı:
”“ Uzun boylu, ağbəniz, geniş alınlı, mütənasib bədənli, iti baxışlı. 

Oxşar xəbərlər
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri