Deputatın elçiliyi - HEKAYƏ...
Oxunub: 1769
16 Aug 2017 | 23:29
Deputatın elçiliyi  - HEKAYƏ...
Hamını yığmışdılar təzə yolun açılışına. Deputat gəlib qırmızı lenti kəsməliydi. Qəsəbədə yaşayanlar aylardır bu günü gözləyirdilər. Həm təmirin toz-torpağından canları qurtaracaq, həm də üzünü yalnız parlament seçkiləri zamanı küçələrə vurulan şəkillərdən gördükləri deputatla söhbət edəcəkdilər. Bələdiyyə sədri demişdi ki, deputat hamının şikayət və təkliflərini dinləyəcək. Amma kişini çox yormaq olmaz. Çalışın az danışasız.

Cavad da burda idi. Məhəllədəki tay-tuşları onu güclə gətirmişdilər yolun açılışına. Onsuzda işsiz, bekar adamdı. Həm də bura gəlməklə fikri də biraz dağılar. Yoxsa bu elçilik məsələsi yazığı lap əldən salıb. Sevdiyi qızın atası daş atıb baş tutur ki ölərəm Cavada qız vermərəm. Belə baxanda kişinin haqqı da var. İndiki zamanda kim təhsilsiz, işsiz, savadsız adama qız verər. Nə olsun qızın da istəyi var. Deyir qızı özbaşına qoysan ya halvaçıya gedər, ya da zurnaçıya. Bu Cavad halvaçıdan da pisdi, zurnaçıdan da.

Deputatın gəlməyinə az qalmışdı. Hamı çalışırdı ki, irəlidə dayanıb millət vəkilini rahat görə bilsin. Tədbirdən sonra ona yaxınlaşmaq da rahat olsun. Bütün bunlar təkcə Cavadın vecinə deyildi. O, bir kənarda dayanıb hey düşünürdü. Necə etsin ki, Sevincin atasının razılığını ala bilsin. Daha qapılarına adam da qalmayıb göndərməsin. Əvvəlcə atası, anası getdi. Sonra rayondan 86 yaşlı babasını gətirdib göndərdi elçiliyə. Bunlar bir nəticə vermədi. Qəsəbənin axundunu da qatdı bu işə. Yenə də bir şey çıxmadı. Hətta dostları da Cavaddan xəbərsiz qızın atasının işlədiyi idarəyə gedib minnətçi düşdülər. Bunun da bir xeyri olmadı. Kişi yox deyib durub. Qonşular danışır ki, guya Sevincin atası deyib ki, qızımı metroda dilənənlərə verərəm Cavada yox. Bu sözü eşidən Cavad and içib ki, nə olur olsun qızı alacağam. Özü də atasının razılığı ilə. Qoy o, o olsun, mən də mən.

Bahalı maşın küçədəki izdihama yaxınlaşıb bir qədər kənarda dayandı. Qabaq qapıdan idmançı cüssəli bir nəfər düşüb cəld arxa qapını açdı. Maşının içindən alçaq boylu, seyrək saçlı, kök bir adam çıxdı. Bir qədər dayanıb onu gözləyənlərə nəzər saldı və ağır addımlarla irəliləməyə başladı. Hiss olunurdu ki, artıq çəki və isti hava ona əziyyət verir. Rahat nəfəs alsın deyə bahalı pencəyinin altındakı köynəyinin üçüncü düyməsini də açdı. Camaat artıq pivə çəlləyinə oxşayan bu adamın deputat olduğunu başa düşmüşdü. Hamı çox diqqətlə onu izləyirdi. İzdihamın arasından 3 nəfər çıxıb cəld deputata yaxınlaşdı. Bunlar bələdiyyə sədri, qəsəbə icra nümayəndəsi və məscidin axundu idi. Deputat ayaq saxlayıb onlarla nəsə danışdı və razılıq əlaməti olaraq başını tərpətdi. Daha sonra millət vəkili üçün ayrılmış yerə gəldi. Bələdiyyə sədri nüfuzlu qonağı yerbəyer etdikdən sonra mikrofona yaxınlaşdı. Əvvəlcə toy müğənniləri kimi mikrofonu yoxladı və danışmağa başladı. Bir qədər danışandan sonra sözü millət vəkilinə verdi. “Pivə çəlləyi” yenə ağır-ağır yerindən qalxıb mikrofona yaxınlaşdı. O da bələdiyyə sədri kimi yolun təmirindən, ora xərclənən pullardan, təmirin əhəmiyyətindən danışdı. Daha sonra bütün məmurlar kimi Azərbaycanın uğurlu daxili və xarici siyasətini “xırdalamağa” başladı.

Cavaddan başqa hamı onun dediklərinə diqqətlə qulaq asırdı. Tam sakitçilik idi. Yalnız deputatın beyin yoran səsi eşidilirdi. Bircə bu səs Cavada təsir etmirdi. Çünki onun beyni Sevincgilin evində idi. Nə qədər fikirləşirdisə bir çıxış yolu tapmırdı ki tapmırdı. Onu xəyallar aləmindən yanında dayanmış qonşusu Fərhadın səsi ayıltdı:

- Cavad, səncə, bu deputat doğurdan bu qədər adamın probleminə qulaq asacaq?

- Mən hardan bilim? Sözün var, yaxınlaş de özünə.

- Sözün var deyənədə ki, atam deyəcək. Özün bilirsən ki, bizdəki torpaq problemidi. Həyətimizin yarısını yalançı sənədlə özəlləşdirib limonad sexi edirlər. Deyilənə görə sex elə bu deputatın özünündü. Görək də atam nə edəcək. Amma sənin problemini başqası yox gərək elə özün deyəsən ona.

Fərhadın son sözləri Cavadın beynində kilsə zəngi kimi əks-səda verdi. Görəsən həqiqətən deputat Sevincin atasını yola gətirə bilər? O, üzünü Fərhada tutub dedi:

- Qardaşım, mən elçilik məsələsini buna desəm ayıb olmaz ki?

- A kişi, ayıb niyə olur? O boyda Türkiyənin prezidenti, baş naziri elçiliyə də gedir, toya da. Televizora baxmırsan sən? Dünyadan xəbərin yoxduyeee vallah ”“ deyə Fərhad cavab verdi.

Onun bu sözləri Cavadı daha da ürəkləndirdi. O, camaatı itələyə itələyə gedib düz qabaqda dayandı. Gözləri çıxış edənin üzündə olsa da, fikri ona deyəcək sözlərin yanında idi. Hər sözü, hər cümləni yüz ölçüb bir biçirdi.

Nəhayət millət vəkili nitqini yekunlaşdırıb susdu. Elə bu vaxt izdihamın içindən yaşlı bir qadın səsləndi:

- Ay Tarix müəllim, ay sənin qadan alım, bəs bu su məsələsi nə vaxt düzələcək? Qabağda yay gəlir. Yenədəmi vedrə əlimizdə oyan bu yana qaçacağıq?

Deputat dedi:

- Anam qəti narahat olma. Su xətlərinin təmirinə də bu yaxınlarda başlayacağıq. Onunla paralel qaz xətti də çəkiləcək.

Yaşlı qadının su problemini deputatın nəzərinə çatdırması digərlərini də aktivləşdirdi. Hamı birağızdan öz problemini eşitdirməyə çalışırdı. Deputat 10 nəfərə yaxın sakinin problemini dinlədi və hamıya da eyni cavabları verdi. “Baxarıq”, “düzələcək”, “nəzərə alarıq”, “bu işlə şəxsən özüm məşğul olacağam” və s.

Danışıqlar qurtardıqdan sonra deputat maşına doğru getməyə başladı. Təbii ki, bayaq onu qarşılayan 3 nəfər də yanında. Bu dəfə qonağı yola salırdılar.

- Ə, nə oldu dedin kişiyə sözünü?

Cavadı elə bir cərəyan vurub ayıltdı. Bir də baxdı ki deputat artıq maşına çatır. Dərhal qaçmağa başladı. Onlara çatanda Cavadın qabağını icra nümayəndəsi kəsdi və qışqıra-qışqıra:

- Ay uşaq görüş bitdi, tədbir qurtardı ”“ dedi.

Cavad maşına minməyə hazırlaşan deputata tərəf:

- Tarix müəllim, Tarix müəllim mənim də sözüm var. Xahiş edirəm dinləyin. Xahiş edirəm. . . ”“ qışqırdı.

Deputat maşının qapısını örtüb dayandı. Geri çevrilib:

- Qoyun gəlsin ”“ dedi.

Cavadı buraxdılar. O, millət vəkilinə yaxınlaşıb dedi:

- Tarix müəllim, mən sizi şəxsi məsələyə görə narahat edirəm.

Bu söz deputatı bir qədər çaşdırdı. Düşündü ki, yəqin bu cavan oğlan ya məndən pul istəyəcək, ya da deyəcək ki, işlə təmin elə.

- Buyur.

- Tarix müəllim, ayıb olmasın mənim sevdiyim bir qız var. Onun da mənə könlü var. Amma atası bizə mane olur. Qapılarına nə qədər getmişiksə qızı vermir. Sizdən xahiş edirəm, imkanınız varsa bir danışın onunla. Bəlkə siz yola gətirə bildiniz.

Cavad sözünü bitirdikdən sonra həm deputat, həm onun idmançı cüssəli sürücüsü, həm də yanlarındakı 3 nəfər ucadan gülməyə başladılar. Onların gülməyi Cavadı yaman pərt etdi. Bu əməli tutduğuna peşman olmuşdu. Millət vəkili gülə-gülə maşının qapısını yenidən açıb oturmaq istəyirdi ki, birdən dayandı. Üzü çox ciddi görkəm aldı. Cavada baxıb dedi:

- Adın nədir sənin?

- Cavaddır.

- Sabah saat 12-də gələrsən yanıma məsələni yoluna qoyarıq.

Cavad deputata təşəkkür edib sevinə-sevinə getdi. Qanadı olsaydı uça-uça da gedərdi.

Nəhayət deputat avtomobilə əyləşdi. Pəncərənin şüşəsini aşağı salıb onun getməsini gözləyən bələdiyyə sədrini yaxına çağırdı və alçaq səslə dedi:

- Sabah saat 12-nin yarısı mətbuatı yığ tök idarənin qabağına. Hamısına de ki, Tarix müəllim öz gənc seçicisi üçün elçilik edəcək. Jurnalistlər nə qədər çox olsa o qədər yaxşıdı. A kişi, Ərdoğandan nəyimiz əksikdi?

Son sözləri özünə də ləzzət elədi və qəhqəhə çəkib güldü.

Cavad gecəni diri gözlə açdı. İdarənin qabağına da necə gəlib çıxdığından xəbər tutmadı. Qapıdan içəri girmək istəyəndə polis işçisi onu saxlayıb dedi:

- Deputat mətbuat konfransı keçirir. İçəri girmək olmaz.

Cavad bir qədər gözlədi və bir də gördü ki, budur millət vəkili qapıdan çıxdı arxasınca da 15-20 nəfərə yaxın jurnalist.

O, Cavadı görən kimi gülə-gülə:

- Hə cavan oğlan, mən hazır. Hansı qapıya gedirik? ”“ dedi.

Rəhman kişi Cavaddan hər şey gözləyirdi, amma deputatı elçi gətirəcəyini yox. Özünü lap itirmişdi. Bilmirdi nə etsin. Arvada gah çay dəmləməyi, gah da yemək hazır etməyi tapşırırdı. Özü də ayaq üstə dayanmışdı. Sanki nə cür hərəkət etmək lazım olduğunu da bilmirdi. Onu bu çətin vəziyyətdən deputat özü xilas etdi:

- A kişi, gəl bir əyləş. Çay qaçmır haaa.

Rəhman kişi stulu çəkib deputatla üzbəüz əyləşdi. Bir qədər sıxıla-sıxıla qonaqlara xoş gəlmisiz dedi. Deputat əlini əlinə sürtüb sözə başladı:

- Rəhman kişi, yəqin ki siz məni yaxşı tanıyırsız. Mən sizin yaşadığınız rayondan Milli Məclisə millət vəkili seçilmişəm. Seçicilərimin etimadını qazanmaq, onların mənə olan inamını doğrultmaq üçün gecə-gündüz çalışıram. Hər bir vətəndaşın problemi mənim öz problemimdir. Sənin qapını döyməydə də məqsədim məhz problemi olan vətəndaşa kömək etmək məqsədi daşıyır.

Rəhman kişi bu sözlərə cavab olaraq:

- Xoş gəlmisiz, Tarix müəllim. Qapımız həmişə sizin üzünüzə açıqdır. Mən də öz növbəmdə çalışaram sizə əlimdən gələn köməyi edim. Hamımız sizi lap yaxşı tanıyırıq ”“ dedi, lakin “lap” sözünü nahaq işlətdiyini fikirləşdi.

- Hə Rəhman müəllim, mənim bura gəlməkdə əsas məqsədim bizim bu cavan oğlanın arzusunu sizə çatdırmaqdır. O, sizin qızınızla ailə həyatı qurmaq istəyir. Necə deyərlər bir qız bir oğlanındı. Biz də ağsaqqal kimi gərək bu işə xeyir-dua verək. Mən hər adam üçün elçiliyə getmərəm, kiməsə ağız açmaram. Lakin bizim Caaaa... (oğlanın adını xatırlaya bilmir) cavan oğlanın xətrini çox istəyirəm. Mən onu uşaqlıqdan tanıyıram. Rəhmətlik atası ilə yaxın dost olmuşuq. . .

Bu sözdən sonra Rəhman kişi özünü itirdi. 2 həftə bundan qabaq Cavadın atası elçiliyə gəlmişdi. Nə vaxt rəhmətə gedib? Deputat isə hələ də davam edirdi.

- Özü də çox istiqanlı, bacarıqlı oğlandı. Həm də ailəcanlıdır. İki universitet bitirib. Bir neçə xarici dil bilir. Şəxsən mənim göstərişimlə ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edib. Ölkəmizin qazandığı uğurlarda onun da payı var. İctimai fəaldır. Mənim bir gözüm, bir əlim daim onun üstündədir. İnsafən o da heç vaxt məni məyus etməyib. Hal-hazırda neft şirkətlərinin birində aparıcı mütəxəssisdir. Yəqin ki, bir-iki aya vəzifəsini daha da artıracaqlar. Belə bacarıqlı işçilərə hamının böyük ehtiyacı var. Mən inanıram ki, sizin qızınızla ailə qurduqdan sonra vətən və dövlət qarşısındakı xidmətləri daha da artacaq. Respublikamızın inkişafı, dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində. . .

Cavad çətinliklə də olsa başını qaldırıb Rəhman kişinin üzünə baxdı. Sevincin atası qıpqırmızı qızarmışdı. Lakin Cavad başa düşə bilmədi ki, Rəhman kişi əsəbdən belə hala düşüb, yoxsa deputatın danışdığı ağ yalanlardan utanır. Amma bir şeyi yaxşı bilirdi ki, millət vəkili cənab Tarix müəllimi bura gətirməklə bağışlanılmaz səhvə yol vermişdir. Deputat isə hələ də çıxış edirdi. . .

Orxan İsayev
Oxşar xəbərlər
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq