Dünya
438
21:40, Bu gün

"Türkiyə Yunanıstana xəbərdarlıq etdi: "Egey dənizinin xəritəsini yenidən çəkəcəyik" - "Yeni Şafak"

"Paris artıq dünya siyasətində əvvəlki rolunu oynaya bilmir və "ikinci dərəcəli oyunçu"ya çevrilib..."

Makronun "nüvə çətiri" bəyanatı Türkiyədə kəskin reaksiyaya səbəb olub

Fransa prezidenti Emmanuel Makronun Afinada etdiyi çıxış Türkiyədə ciddi narazılıq yaradıb və siyasi gərginliyi artırıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.

Makronun Afinadakı çıxışı və diplomatik böhran

Makronun Yunanıstanın təhlükəsizliyini "nüvə çətiri" ilə qoruyacaqlarını deməsi Ankara tərəfindən açıq mesaj kimi qiymətləndirilib. Onun Makronun bəyanatları təkcə Yunanıstanın müdafiəsinə dəstək kimi deyil, eyni zamanda Türkiyəyə yönəlmiş siyasi təzyiq dir. Ankara bu ritorikanı regionda güc balansını dəyişdirməyə yönəlmiş addım kimi dəyərləndirir və bunun cavabsız qalmayacağını bildirir.

Fransa zəifləyən güc kimi və qlobal təsirin azalması

Fransa Emmanuel Makron dövründə qlobal təsirini itirən ölkəyə çevrikib. Fransa Afrika qitəsindəki mövqelərini itirib, bir çox keçmiş müstəmləkələrdə nüfuzu ciddi şəkildə zəifləyib. Paris artıq dünya siyasətində əvvəlki rolunu oynaya bilmir və ABŞ, Rusiya və digər güclər fonunda "ikinci dərəcəli oyunçu"ya çevrilib.

Bu kontekstdə Makronun sərt bəyanatları real gücdən çox siyasi görüntü yaratmaq cəhdidır. Türkiyə Afrika, Yaxın Şərq və Aralıq dənizi regionlarında artan təsiri ilə Fransanın geri çəkildiyi boşluğu doldurur və bu da iki ölkə arasında gərginliyi artırır.

Egey dənizi, təhlükəsizlik arxitekturası və sərt ritorika

Fransa Yunanıstan və Kipr yunan administrasiyası ilə birlikdə Türkiyəyə qarşı regional blok formalaşdırır. Bu əməkdaşlıq "müdafiə xarakterli" kimi təqdim edilsə də, Türkiyə tərəfi bunu birbaşa təhdid kimi qiymətləndirir. Nəşr yazır ki, Şərqi Aralıq dənizi və Egey bölgəsində artan hərbi əməkdaşlıq və ABŞ-İsrail amilinin güclənməsi Türkiyəyə qarşı "dolayı cəbhə" formalaşdırır.

Bu vəziyyət Ankarada ciddi narahatlıq doğurur və ölkənin cavab addımlarını sərtləşdirməsinə səbəb olur. Egey dənizində hərbi gücün artması və adaların silahlandırılması "yeni təhlükə modeldir" və Türkiyə buna qarşı öz strategiyasını dəyişmək niyyətindədir.

Sərtləşən mövqe və qarşılıqlı təzyiq

"Yeni Şafak" yazır ki, regionda gərginlik getdikcə artır və diplomatik dil daha sərt təhlükəsizlik ritorikası ilə əvəz olunur. Məqalə Türkiyənin geri addım atmayacağını, əksinə, regionda artan təzyiqlərə qarşı daha aktiv siyasət yürüdəcəyini bildirir. Egey və Şərqi Aralıq dənizi ətrafında formalaşan yeni güc balansı uzunmüddətli qarşıdurma riskini artırır və tərəflər arasında etimadsızlıq dərinləşir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər