ABŞ Prezidenti Donald Tramp İran böhranının enerji bazarlarına mümkün təsirlərini və nəticələrini qiymətləndirmək məqsədilə Ağ Evdə qabaqcıl neft-qaz korporasiyalarının rəhbərlərini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı özəl mənbələrinə əsaslanaraq "Axios" yayıb.
Nəşrin məlumatına əsasən, görüşdə Ağ Ev aparatının rəhbəri Syuzi Uayls, maliyyə naziri Skott Bessent, eləcə də prezidentin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yer alıblar.
"Chevron"un mətbuat xidməti şirkətin baş icraçı direktoru Mayk Virtin bu danışıqlara qatıldığını təsdiq edib.
Məsələdən agah olan mənbənin sözlərinə görə, fikir mübadiləsi sadəcə qlobal siyasi risklər və bahalaşan neft qiymətləri ilə məhdudlaşmayıb. Tərəflər Birləşmiş Ştatlarda enerji hasilatı, Venesuela böhranı, neft füçersləri, təbii qaz bazarı və dəniz daşımaları kimi daha əhatəli mövzuları da diqqət mərkəzində saxlayıblar.
Xatırladaq ki, bir gün öncə Ağ Ev lideri Hörmüz boğazındakı ABŞ hərbi kontingentinin mövcudluğu ilə bağlı ehtimal edilən dəyişiklikləri dəyərləndirmək üçün milli təhlükəsizlik komandası ilə bir araya gəlmişdi. Həmin görüşdə Trampa ABŞ hərbçilərinin regiondakı fəaliyyətinə dair fərqli ssenarilər təqdim edildiyi vurğulanmışdı.