İranda hökuməti devirmək planı niyə uğursuz oldu? - VİDEO
Dünya
271
17:00, Bu gün

İranda hökuməti devirmək planı niyə uğursuz oldu? - VİDEO

İsrailin "Yediot ahronot" qəzeti geniş bir hesabat dərc edərək son müharibə zamanı İranda hakimiyyətin devrilməsinə yönəlmiş planın detallarını açıqlayıb.

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs olunur.

Qəzet həmçinin qeyd edib ki, bu plan sonda uğursuzluğa düçar olub və İsraildə onun iştirakçıları arasında məyusluq və fürsətin itirilməsi hissi yaradıb.

"Sözügedən hesabat məşhur jurnalistlər Nahum Barnea və Ronen Berqman tərəfindən hazırlanıb və qeyd olunduğuna görə, yayımlanan bəzi məlumatlar İsrail hərbi senzurasının icazəsi ilə dərc edilib. O da vurğulanıb ki, bu plan əslində müharibənin əsas məqsədi olub, lakin həmin ona çatmaq üçün nəzərdə tutulan mexanizm təxminən 40 günlük qarşıdurmadan sonra nəticə verməyib.

Hesabatda qeyd olunduğu kimi, bir sistemi devirmək üçün iki yol var: biri yuxarıdan, yəni elitanın və yüksək vəzifəli şəxslərin əli ilə, digəri isə aşağıdan, yəni xalq etirazlarını və etnik azlıqların silahlı qiyamını təşkil etməklə. İsrail hər iki yolu eyni vaxtda sınaqdan keçirmək qərarı verib. İranda rejim dəyişikliyi planı əvvəlki əməliyyatların təcrübəsi və İsrailin siyasi-hərbi rəhbərliyi arasında artan özünəinam əsasında formalaşıb. 2024-cü ilin sentyabrında Livan "Hizbullah"ına, 2025-ci ilin iyununda isə İrana qarşı hərbi əməliyyatlar İsraildə strateji qərarların formalaşmasında həlledici rol oynayıb. Həmçinin Təl-Əvivdə belə bir təsəvvür olub ki, Vaşinqton bu planı tam şəkildə dəstəkləyəcək. Lakin əslində bu dəstək planın bütün mərhələlərində yetərincə sabit olmayıb", - deyə süjetdə bildirilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər