Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si tapılıb
Dünya
391
16:55, Bu gün

Rusiyalı məşhur müğənnidə yadplanetli DNT-si tapılıb

Rusiyanın Əməkdar artisti Katya Lel bədənində yadplanetli DNT-sinin aşkar olunduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Beşinci kanal" məlumat yayıb.

"Kömək etdiyim insanlar bunu fərq ediblər. Şəfa verən həmin enerjilər birmənalı olaraq yerdənkənar mənşəlidir", - deyə müğənni vurğulayıb.

Bir müddət əvvəl Lel şəfavermə qabiliyyətinə malik olduğunu və insanlara kömək etdiyini söyləyib.

Sənətçinin sözlərinə görə, bu xüsusiyyətlər onda yerdənkənar sivilizasiya nümayəndələri ilə görüşdən sonra yaranıb. Məşhur ifaçı etiraf edib ki, insanların onun köməyinə ehtiyacı yaranana qədər, düz 30 il ərzində öz qabiliyyətini gizli saxlayıb. O qeyd edib ki, həyatda bir çox şeydən fədakarlıq edib və tez-tez yaxşılıqlar edir, məhz buna görə də kainat ondan öz lütfünü əsirgəmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər