Afinada 89 yaşlı qoca dövlət qurumlarını gülləyə tutdu
Dünya
319
16:25, Bu gün

Afinada 89 yaşlı qoca dövlət qurumlarını gülləyə tutdu

Yunanıstanın paytaxtı Afinada müxtəlif ərazilər baş verən silahlı insidentlər nəticəsində azı beş nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.

Bildirilib ki, ilk insident saat 10:30 radələrində Kerameykos bölgəsində qeydə alınıb.

Belə ki, 89 yaşlı şəxs sosial sığorta fondunun binasına daxil olaraq ov tüfəngindən atəş açıb və bir işçini yaralayıb. Daha sonra həmin şəxs taksi ilə hadisə yerindən uzaqlaşıb və Lukareos küçəsində yerləşən Apelyasiya Məhkəməsinə gedib, orada da atəş açaraq 4 nəfəri yaralayıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, aldıqları xəsarətlər onların həyatı üçün heç bir təhlükə yaratmır.

Bu hadisədən sonra məhkəmə binasında təcili təxliyə prosesi həyata keçirilib. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər