Göydə doğulan körpə hər kəsi duyğulandırdı: Təyyarədə şok anlar!
Dünya
770
16:24, Bu gün

Göydə doğulan körpə hər kəsi duyğulandırdı: Təyyarədə şok anlar!

Atlantadan havaya qalxan "Delta Air Lines" şirkətinə məxsus təyyarə Portlend Beynəlxalq Hava Limanına eniş etməyə hazırlaşarkən unudulmaz anlar yaşanıb.

Moderator.az xəbər verir ki, təyyarənin təkərləri uçuş zolağına dəyməyə saniyələr qalmış sərnişinlərdən biri 2,5 kiloqram çəkisində sağlam qız uşağı dünyaya gətirib. "Boeing 737" tipli təyyarədə baş verən hadisə zamanı sərnişinlər arasında olan iki feldşer – Tina Fritz və Kaarin Pauell dərhal doğuma müdaxilə ediblər. 

Ayaqqabı bağı ilə göbək bağı kəsilib

Cümə gecəsi baş verən hadisədə təyyarədə steril tibbi dəst olmadığı üçün feldşerlər qeyri-adi üsullara əl atmalı olublar. Belə ki, sərnişinlərdən yorğanlar toplanıb, körpənin göbək bağını bağlamaq üçün isə uçuş heyətinin bir üzvünün ayaqqabı bağından istifadə edilib. Tibb işçisi Pauell isə damar yolu açmaq üçün öz ayaqqabı bağından turniket kimi istifadə edib.

"Kəmərləri bağlayın, doğuş başlayır"

Qadının doğum sancıları başlayanda təyyarənin enişinə cəmi bir neçə dəqiqə qalırmış. Ana Eşli Blerin son gücünü topladığı anlarda kabin heyəti təhlükəsizlik qaydalarına görə hər kəsin yerinə oturmalı olduğunu bildirsə də, tibb işçiləri "Xeyr, indi olmaz!" deyərək doğumu reallaşdırıblar. Körpə dünyaya gəldikdən və göbək bağı kəsildikdən cəmi bir neçə saniyə sonra təyyarə yerə enib. Feldşer Fritz o anları belə təsvir edib: "Körpə dərhal rəng aldı, hər şey əla idi. Ana isə inanılmaz dərəcədə iradəli idi".

Təyyarə yerə yaxınlaşanda sərnişin sayı 153-dən 154-ə yüksəlib. Aeroportun yanğınsöndürmə və xilasetmə briqadası tərəfindən qarşılanan ana və "Brielle Renee" adı verilən körpə yerli xəstəxanaya çatdırılıb.

Tennessi ştatından anasının yanına doğum üçün gedən Bler, hədəfinə çatmağa cəmi 20 dəqiqə qalmış təyyarədə ana olub. "Delta Air Lines" rəsmi açıqlama yayaraq könüllü tibb işçilərinə və heyətə təşəkkür edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər