Dünyada nüvə fəlakəti riski maksimuma çatıb
Dünya
264
16:20, Bu gün

Dünyada nüvə fəlakəti riski maksimuma çatıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi hazırkı nüvə fəlakəti riskinin soyuq müharibə dövründəki ən kritik həddə bərabər olduğunu vurğulayıb.

Moderator.az xəbər verir ki, agentliyin sədri bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Müasir nüvə şəraitində daha çox aktorun, daha yüksək riskin mövcudluğu və kifayət qədər şəffaflığın olmaması fonunda qeyri-stabil bir vəziyyətlə üz-üzə qalmışıq", - deyə BAEA rəhbəri qeyd edib.

R.Qrossinin fikrincə, silahlı münaqişələrin yenidən Avropa və Yaxın Şərq regionlarına sıçraması beynəlxalq təhlükəsizlik sistemlərini ciddi sınaq qarşısında qoyub.

O, qlobal ictimaiyyəti Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) icrasına səsləyib və bu sənədi kütləvi qırğın silahlarının inkişafının qarşısının alınmasında ən təsirli mexanizm kimi qiymətləndirib. Eyni zamanda, Qrossi nüvə sahəsindəki elmi və texnoloji nailiyyətlərin yalnız sülh məqsədləri naminə istifadə edilməsinin vacibliyini və bu istiqamətdə inkişafın bəşəriyyət üçün faydalı olduğunu diqqətə çatdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər