Bizi sosial şəbəkələrdən izləyin:
Ağ Ev Müxbirlər Assosiasiyasının tədbirində silahlı insident törədən kişinin ailə üzvləri, onun potensial olaraq hücum həyata keçirə biləcəyi ilə bağlı hüquq-mühafizə orqanlarına və Federal Təhlükəsizlik Xidmətinə (FTX) xəbərdarlıq ediblər.
Moderator.az xəbər verir ki, CNN telekanalı bu məlumatı ABŞ Administrasiyasında olan mənbələrinə əsaslanaraq yayımlayıb. Bununla belə, kanal qeyd edib ki, sözügedən məlumatın hücumdan əvvəl, yoxsa sonra ötürüldüyü barədə mənbə tərəfindən heç bir dəqiqləşdirmə aparılmayıb.
Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda D.Trampın da qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı kişi zala girməyə çalışaraq atəş açıb və nəticədə məxfi xidmət əməkdaşını yaralayıb. Prezident heç bir xəsarət almayıb, şübhəli şəxs isə dərhal hadisə yerində həbs edilib. Hücum edən şəxsin 31 yaşlı repetitor və videooyun proqramçısı Koul Allen olduğu üzə çıxıb. Məlumata görə, o, 2024-cü ildə "Ayın müəllimi" mükafatına layiq görülüb və Kamala Harrisin seçki kampaniyasına maddi dəstək göstərib.