Bizi sosial şəbəkələrdən izləyin:
Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 07:23-də (Bakı vaxtı ilə 08:23 - red.) baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
Məlumata görə, episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub.
İtki və dağıntı barədə məlumat verilməyib.