Əslən Bakıdan olan məşhur aktyor vəfat etdi
Dünya
175
08:24, Bu gün

Əslən Bakıdan olan məşhur aktyor vəfat etdi

Rusiyanın Əməkdar artisti, rejissor və aktyor Lev Şimelov 97 yaşında vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə kino-teatr.ru portalı məlumat yayıb.
 
Bildirilir ki, Lev Pavloviç Şimelov 24 aprel 2026-cı ildə axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
 
Lev Şimelov 1930-cu ildə Bakıda anadan olub. O, səhnə fəaliyyətinə 1952-ci ildə başlayıb, Azərbaycan caz orkestrində konfransye kimi çıxış edib. Daha sonra Moskva müzik-hollunda işləyib, "Moskonsert"in artisti olub və paytaxt estradasının ən tanınmış konfransyelərindən birinə çevrilib.
 
Aktyor məşhur sovet cizgi filmi olan "Plastilin qarğa"nı səsləndirən sənətçilərdən biri idi. Şimelov həmçinin bir sıra filmlərdə rol alıb. 1979-cu ildən etibarən məşhur uşaq verilişi "Radionyanya"nın aparıcısı olub. O, Lyubov Poliçuk ilə birlikdə "On, ona i sport" proqramı da daxil olmaqla bir neçə layihəyə rejissorluq edib.
 
1990-cı ildə Lev Şimelova RSFSR-in Əməkdar artisti fəxri adı verilib. 2024-cü ildə isə onun haqqında "Lev Şimelov. Konfransye" adlı sənədli film çəkilib.
 
Link kopyalandı!
Son xəbərlər