Bizi sosial şəbəkələrdən izləyin:
Sakit okeanda, Yaponiyanın şimal-şərq akvatoriyasında 7.4 ballıq güclü zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, güclü seysmik hadisədən sonra ölkənin bir neçə bölgəsində hündürlüyü üç metrə çatan sunami xəbərdarlığı edilib.
Agentliyin bildirdiyinə görə, hündürlüyü 40 santimetrə çatan ilk sunami dalğası Yaponiya sahillərinə çatıb və daha böyük təhlükə istisna edilmir.