03:01
14°C
Bakı
Almaniyanın Mörs şəhərində Sikh məbədi ətrafında genişmiqyaslı polis əməliyyatı keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, əməliyyatın səbəbi məbədin daxilində silahlı şəxsin ola biləcəyi ehtimalıdır. Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunub və ərazi tam mühasirəyə alınıb.
Ətraf zonada təhlükəsizlik tədbirləri gücləndirilib, havadan nəzarət üçün polis helikopteri də cəlb olunub. Rəsmi məlumatlara əsasən, əməliyyat çərçivəsində vəziyyət nəzarətdə saxlanılır və əlavə detallar araşdırılır.