Bolqarıstanda növbədənkənar parlament seçkiləri başlayıb
Dünya
268
09:28, Bu gün

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda 52-ci Parlamentə növbədənkənar seçkilər çərçivəsində səsvermə prosesi start götürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.
 
Bildirilib ki, səhər saat 07:00-dan etibarən ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb. Onların əksəriyyətində səsvermə xüsusi elektron qurğular vasitəsilə həyata keçirilir. Bundan əlavə, xaricdə 55 ölkədə 493 seçki məntəqəsi fəaliyyət göstərir və ilk olaraq Yeni Zelandiyada yaşayan Bolqarıstan vətəndaşları səsverməyə başlayıblar.
 
Seçkilərdə təxminən 6,5 milyon vətəndaşın səsvermə hüququ var, lakin iştirakın 3,3 milyon nəfər civarında olacağı gözlənilir.
 
Səsvermədə 24 siyasi birlik – 14 partiya və 10 koalisiya iştirak edir. Parlamentdəki 240 deputat yeri uğrunda ümumilikdə 4 786 namizəd mübarizə aparır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər