SEPAH İranda cəsusluq ittihamı ilə 120-dən çox şəxsi saxlayıb
Dünya
1244
18 Apr 2026 | 11:47

SEPAH İranda cəsusluq ittihamı ilə 120-dən çox şəxsi saxlayıb

SEPAH ölkə üzrə ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli olduqları iddia edilən 120-dən çox şəxsi saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər düşmənin hərbi hücumu üçün zəmin hazırlamaqda ittiham olunurlar.

Bildirilir ki, İranın şimal-şərqində yeddi nəfər həssas obyektlərin koordinatlarını mərkəzlərinə ötürməkdə şübhəli bilinərək saxlanılıb.

Bundan əlavə, Mazandaran vilayətində 69 nəfər tutulub, Kerman vilayətində isə üç “casus şəbəkəsi” də daxil olmaqla daha 51 nəfər ifşa edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər