Antalya Diplomatiya Forumu işə başlayır
Dünya
201
11:22, Bu gün

Antalya Diplomatiya Forumu işə başlayır

Bu gündən Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayır.
 
Moderator.az xəbər verir ki, bu il tədbir "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" mövzusunda təşkil edilib.
 
Bu ilki foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxsin qatılması gözlənilir.
 
Üç gün davam edəcək forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslarda, interaktiv sessiyalarda və ikitərəfli görüşlərdə ətraflı müzakirə olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər