Peter Madyar Macarıstan prezidentini istefaya çağırdı
Dünya
1327
15 Apr 2026 | 16:29

Peter Madyar Macarıstan prezidentini istefaya çağırdı

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri və ölkənin baş naziri olacaq Peter Madyar yeni hökumət formalaşdıqdan sonra respublika prezidenti Tamaş Şuyoku istefa verməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Madyar vurğulayıb ki, Şuyok bu vəzifə üçün mənəvi cəhətdən uyğun deyil. O qeyd edib ki, fəaliyyətdə olan Baş nazir Viktor Orbanın təyin etdiyi bütün şəxslər - prezidentdən tutmuş baş prokuror və ali məhkəmə sədrinə qədər hər kəs vəzifəsindən getməlidir.

Xatırladaq ki, aprelin 12-də baş tutan seçkilərin nəticələrinə əsasən, Orbanın iqtidarda olan "Fides" partiyası məğlubiyyətlə üzləşib. Səsvermənin yekunlarına görə, parlamentdəki yerlərin 2/3-dən çoxunu qazanan "Tisa" özünə konstitusiya çoxluğunu təmin edib. Qələbə qazanan müxalifət lideri Peter Madyar mövcud hökuməti istefa verməyə çağırıb.

O, hakimiyyətə gəlişi ilə Macarıstanın Aİ və NATO üçün güclü bir müttəfiqə çevriləcəyinə söz verib və korrupsiyaya qarşı sərt mübarizə tədbirləri görəcəyini bəyan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər