Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
Dünya
2001
15 Apr 2026 | 16:25

Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq

Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu onlar və eləcə də, dünya üçün edirəm. Bu hadisə bir daha baş verməyəcək. Onlar razılaşdılar ki, İrana silah göndərməyəcəklər. Bir neçə həftədən sonra mən ora gedəndə Si Cinpin məni qucaqlayacaq. Biz birlikdə ağılla işləyirik və bunu çox yaxşı edirik. Bu, döyüşməkdən yaxşıdır. Amma yadınızda qalsın, məcbur qalsaq, biz çox yaxşı döyüşürük, hətta hər kəsdən çox, daha yaxşı”, - Tramp qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər