ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək? - YENİLƏNİB
Dünya
542
13:57, Bu gün

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək? - YENİLƏNİB

ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair danışıqların növbəti mərhələsinə Türkiyə və ya Misir ev sahibliyi edə bilər.
 
Bu barədə "Bloomberg" agentliyi öz mənbəsinə istinadən xəbər yayıb. Mənbənin sözlərinə görə, Türkiyə və Misir nümayəndələri münaqişənin sona çatmasına təkan vermək məqsədilə diplomatik səy göstəriblər. Bu isə danışıqların məhz həmin iki dövlətdən birinin ərazisində baş tutması ehtimallarını artırır. /oxu.az/
 
11:42
 
Birləşmiş Ştatların və İranın rəsmi şəxslərinin bu həftə ərzində Pakistanın paytaxtı İslamabada yenidən səfər edərək növbəti danışıqlar mərhələsini reallaşdırması istisna edilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Daha öncə yayılan məlumatlarda bildirilirdi ki, Vaşinqton və Tehran arasında birbaşa təmasların növbəti raundu cümə axşamı İslamabadda baş tuta bilər.
 
"Associated Press"in məlumatına əsasən, hazırda hər iki tərəf Pakistanın paytaxtında təkrar görüşün təşkili ehtimalını müzakirə edir. Eyni zamanda, ABŞ Administrasiyasının bəzi nümayəndələri danışıqların yeni mərhələsinin təşkil oluna biləcəyi alternativ məkan qismində Cenevrə şəhərinin də adını çəkirlər.
 
08:50
 
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
 
Nəşrin məlumatına görə, tərəflər Pakistanın paytaxtında yenidən görüş keçirmək imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar mərhələsinin mümkün məkanı kimi Cenevrənin də adını çəkirlər. Qeyd olunur ki, hələlik İran və ABŞ nümayəndələrinin görüşünün vaxtı və yeri dəqiq müəyyənləşdirilməyib, lakin danışıqların növbəti mərhələsinin artıq aprelin 16-da keçirilməsi ehtimalı var.
 
Xatırladaq ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıb. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tehran və Vaşinqtonun verdiyi məlumata görə, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli məsələsində razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatı hələlik məlum deyil.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər