01:12
10°C
Bakı
ABŞ İranla bağlı gərginlik fonunda Hörmüz boğazı ətrafında hərbi dəniz qüvvələrinin sayını artırıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ-nin yüksəkvəzifəli mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, bölgədə 15-dən artıq hərbi gəmi fəaliyyət göstərir. Onların arasında aviadaşıyıcı, idarəolunan raket sistemləri ilə təchiz olunmuş esmineslər, desant gəmisi və digər döyüş texnikaları var. Həmin gəmilərin bəziləri helikopter daşımaq və əməliyyatları dəstəkləmək imkanına malikdir.