Ömer Çelik:
Dünya
192
13 Apr 2026 | 23:30

Ömer Çelik: "Uqanda ilə bağlı səsləndirilən fikirlər əsassızdır"

Türkiyənin hakim partiyasının sözçüsü Ömər Çelik Uqanda ilə bağlı səsləndirilən bəzi açıqlamalara münasibət bildirib.

Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, AK Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən Uqanda Baş Qərargah rəisinin Türkiyə ilə bağlı dediklərini şərh edib.

Çelik qeyd edib ki, həmin açıqlamalar reallıqla uzlaşmır və hər hansı ciddi əsaslara söykənmir. Onun sözlərinə görə, Türkiyə ilə Uqanda arasında heç bir problem mövcud deyil və iki ölkə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

Sözçü əlavə edib ki, sözügedən şəxs əvvəllər də müxtəlif ölkələrlə bağlı oxşar, kontekstdən kənar fikirlər səsləndirib və sonradan onları yumşaltmağa çalışıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər