00:26
10°C
Bakı
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı, süni intellekt vasitəsilə hazırlanmış və onu İsa Məsih obrazında əks etdirən şəkli silib.
Moderator.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, sözügedən paylaşım həm dindarlar, həm də Trampın tərəfdarları tərəfindən kəskin tənqid olunub.
Bəzi konservativ şərhçilər Ağ Ev rəhbərinin bu addımını dini dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər. Artan narazılıqlar fonunda Tramp məsələyə aydınlıq gətirməyə çalışıb. O bildirib ki, şəkildə özünü İsa Məsih kimi deyil, insanlara yardım edən xeyirxah bir həkim obrazında təsəvvür edib. Buna baxmayaraq, paylaşım geniş narazılıq doğurduqdan sonra silinib.
