ABŞ-nin
Dünya
193
13 Apr 2026 | 22:55

ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcısı Hörmüzə yaxınlaşdı

ABŞ-nin "USS Abraham Lincoln" aviadaşıyıcısı Oman körfəzi sularına daxil olub və Hörmüz boğazının şərqində yerləşib.

Moderator.az xəbər verir ki, "BBC"nin təhlil etdiyi Avropa peyk görüntülərinə əsasən, gəmi körfəzin şərq sərhədində, İran sahillərindən təxminən 200 kilometr cənubda mövqe tutub.

Bu, İrana qarşı hərbi əməliyyatların başlanğıcından bəri ABŞ-yə məxsus aviadaşıyıcının Fars körfəzinə ən çox yaxınlaşdığı məsafədir. Zərbə qrupunun tərkibində iki esmines də müşahidə edilib. Ümumilikdə isə Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 11 döyüş gəmisinin yerləşdirildiyi bildirilir.

Hörmüz boğazı Fars və Oman körfəzlərinin limanlarını birləşdirir və regiondan neft-qaz daşınması üçün mühüm marşrut rolunu oynayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər