00:26
10°C
Bakı
İslamabadda keçirilən danışıqlarda ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dondurmasını istəyib.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran bu təklifə uranın zənginləşdirilməsini 10 ildən az müddətə donduracaq əks təkliflə cavab verib.
ABŞ administrasiyasındakı mənbə tərəflərin razılığa gəlmək üçün danışıqları davam etdiklərini açıqlayıb.