Tramp: İran ABŞ ilə saziş bağlamağı çox istəyir
Dünya
270
13 Apr 2026 | 21:35

Tramp: İran ABŞ ilə saziş bağlamağı çox istəyir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşma əldə etməkdə maraqlıdır və artıq Amerika tərəfi ilə əlaqəyə keçib.

Moderator.az xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Deyə bilərəm ki, digər tərəf (İran - red.) bizimlə əlaqə yaradıb, onlar sövdələşmə bağlamağı çox, lap çox istəyirlər", - Tramp qeyd edib.

O vurğulayıb ki, danışıqlarda əsas fikir ayrılığı nüvə proqramı olaraq qalır.

"Söhbət nüvə məsələsindən gedirdi. İranın nüvə silahı olmayacaq. Biz bir çox bəndlər üzrə razılığa gəldik, lakin bunda yox. Düşünürəm ki, onlar razılaşacaqlar", - deyə o bildirib.

ABŞ Prezidenti həmçinin İslamabadda keçirilən danışıqlarda Amerika tərəfini təmsil edən vitse-prezident Cey Di Vensin və müzakirəçilər Stiv Uitkoff ilə Cared Kuşnerin işini müsbət qiymətləndirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər