Aralıq dənizində Rusiyanın qazdaşıyan gəmisinə hücum edilib
Dünya
2362
04 Mar 2026 | 16:37

Aralıq dənizində Rusiyanın qazdaşıyan gəmisinə hücum edilib

Liviya istiqamətindən hərəkət edən Ukraynaya məxsus pilotsuz katerlər Aralıq dənizi sularında Rusiyanın mayeləşdirilmiş qazdaşıyan gəmisinə hücum edib.

Moderator.az-ın verdiyi məlumata görə, bu hadisə ilə bağlı Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirliyin bəyanatında qeyd olunur ki, martın 3-də Avropa İttifaqının üzvü olan Maltanın ərazi suları yaxınlığında Rusiyaya aid "Arctic Metagas" qazdaşıyan tankerinə hücum qeydə alınıb.

Gəmi Murmansk limanından yola düşüb və göyərtəsindəki yük beynəlxalq normalara tam uyğun şəkildə sənədləşdirilib. Bildirilir ki, hücum əməliyyatı Liviya sahillərindən Ukraynanın dəniz dronları vasitəsilə icra edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər