Huşunu itirərək qaçırıldığını, daha sonra zorlandığını və şantaj edildiyini deyən 19 yaşlı qızın həyatı kabusa çevrilib. Çılpaq fotoları və videoları ilə təhdid edildiyini bildirən F.A.(şərti ad) sosial şəbəkədə paylaşdığı video ilə kömək istəyib.
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Daxili işlər naziri Əli Yerlikaya ünvanı müəyyən edilən gənc qızın mühafizə altına alındığını açıqlayıb.
Ordu Universitetdə oxuduğunu bildirən gənc qızın çəkərək sosial şəbəkədə paylaşdığı videoda dedikləri qan dondurub. Cinsi təcavüzə, şantaj və təhdidlərə məruz qaldığını, dələduzluq ittihamı ilə üzləşdiyini iddia edən F.A. səlahiyyətlilərdən kömək istəyib.
İki qız və iki oğlan olaraq getdikləri səfərdə başına gələnləri izah edən gənc qız tələyə düşdüyünü, hədələndiyini və şantaj edildiyini bildirib. Zorlandığını və həmin anların videoya çəkildiyini bildirən gənc qız bu videolarla təhdid edildiyini bildirib.
“Mən heç bir cinayətə görə həbs olunmaq istəmirəm, kömək edin" -deyə çığlıqlar atan F.A. bu hadisələrə görə bir il susduğunu, lakin daha dözə bilməyəcəyini bildirib. Ailəsinə zərər verəcəyi təhdidləri ilə susmağa məcbur edildiyini, şəxsiyyət məlumatları ilə dələduzluq edildiyini bildirib.
"Qızımız üçün təhlükəsizlik və müdafiə tədbirlərinin görülməsini təmin etdik. O, dövlətimizin himayəsindədir. Qızımızın ifadəsi psixoloqun müşayiəti ilə Ədliyyə binasında alınıb və Karabük Respublika Prokurorluğumuz tərəfindən istintaq başladılıb. Məsələ ilə bağlı iddiaların təfərrüatlı təhqiqatı davam edir və hadisələrin inkişafı ilə bağlı əlavə məlumat veriləcək” - deyə mövzu ilə bağlı açıqlama verən daxili işlər naziri Ali Yerlikaya bildirib.