“Qırmızı” bankirin qara taleyi – onu terrora cəhddə ittiham edərək güllələyiblər  
Dünya
Oxunub: 2426
16 Jun 2024 | 15:10
“Qırmızı” bankirin qara taleyi – onu terrora cəhddə ittiham edərək güllələyiblər  

1930-cu illərin repressiyasında məmurlar özlərini qorumaq üçün fərqli üsullara əl atıblar. Kimisi öz həmkarını şərləyərək özünü təmizə çıxarıb, kimlərsə sağ qalmaq üçün ölkəni tərk etməyi çıxış yolu sayıb, hətta məmurlar arasında intihar faktları da qeydə alınıb və s.  SSRİ Dövlət Bankının idarə heyətinin sədri Lev Maryasin isə özünü sığortalamaq üçün Stalinlə görüşməyi qərara alıb. O, bu məqsədlə 14 iyul 1936-cı ildə Stalinin qəbul otağına zəng vuraraq görüş xahiş edib. Elə həmin gün sovet lideri axşam saatlarında baş bankiri qəbul edib. Qəbulda həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) postunu tutan Vyaçeslav Molotov da iştirak edib. Görüş yarım saata qədər davam edib.

Əvvəlcə Maryasin Stalinə Dövlət Bankı ilə bağlı qısa hesabat xarakterli məruzə edib. Məruzədən sonra Stalin soruşub:

  • Yoldaş Maryasin, sizin hansısa bir təklifiniz, yaxud sizi narahat edən bir məsələ varmı? Partiyanın müdaxiləsinə ehtiyacı olan istənilən problemin həllində biz lazımi qərarlar çıxara bilərik.
  • Xeyr, yoldaş Stalin, mənim şəxsi bir narahatlığım var. Mən gələcək həyatım üçün narahatam.

Stalin kürsüsündən qalxaraq ona yaxınlaşıb, əlini baş bankirin çiyninə qoyub:

-Heç bir narahatlığa ehtiyac yoxdur, sən müxalifətçi deyilsən axı. Sən bizim qırmızı bankirsən.

Maryasin Stalinin kabinetini ruh yüksəkliyi və sevinclə tərk edib. Bu sevincin ömrü isə cəmi 12-13 saat çəkib. Səhəri gün Maryasin iş yerinə gedəndə kabinetinin qapısının möhürləndiyini görüb. Köməkçisi ona Xalq Komissarları Sovetindən göndərilən sənədi verib. Sənəddə qeyd edilib ki, iş yerinin dəyişdirilməsi ilə bağlı o, vəzifəsindən azad edilib.

1920-1921.png (293 KB)

Baş bankir dərhal yuxarılardakı əlaqələrindən istifadə edərək məsələyə aydınlıq gətirmək istəyib. Kremldən Maryasinə bildiriblər ki, yaxın günlərdə o, Mərkəzi Komitənin aparatında işlə təmin olunacaq.

Dörd gün keçdikdən sonra Maryasin Kremldən növbəti bir informasiya əldə edə bilib. Ona bildiriblər ki, Mərkəzi Komitə aparatında işlə təmin edilməsi təxirə salınıb. Çətin vəziyyətə düşən sabiq bankir Stalinə teleqram ünvanlayıb:

“Mən Mərkəzi Komitə aparatına təyinatımın təxirə salınmasından olduqca narahatam. Mənə çox çətindir. Xahiş edirəm, məni 10-15 dəqiqəlik qəbul edib dinləyəsiniz”.

Gərginliyə daha 12 gün tab gətirən Maryasin 31 iyulda Stalinə eyni məzmunda növbəti bir məktub ünvanlayıb. Bu məktubdan cavab almasa da onu işlə təmin ediblər. Amma Mərkəzi Komitənin aparatında deyil, Kiyev vilayətində konserv kombinatının inşasına rəhbər vəzifəsinə.

Maryasin ümidlərini üzməyib, bu vəzifəni keçid dövrü kimi qəbul edib. Həqiqətən də Kiyevdəki fəaliyyəti onun üçün keçid dövrü olub. Amma vəzifə kürsüsünə yox, dəmir barmaqlıqlar arasına. 20 dekabr 1936-cı ildə o, terrora cəhddə, terror təşkilatları ilə əlaqədə, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. 10 sentyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Maryasin haqqında ən ağır hökm, güllələnmə hökmünü çıxarıb. Hökm həmin gün icra edilib.

Maraqlıdır, Maryasin hansı səbəblərə görə Stalinin qəzəbinə tuş gəlib?

Qeyd edək ki, hələ oktyabr inqilabı dövründə Maryasin Leninin mühafizəçisi qismində onu müşayiət edənlərdən biri olub. Qırmızı Professura İnstitutunda təhsil aldıqdan sonra o, partiya və təsərrüfat orqanlarında fəaliyyətini davam etdirib. Xalq Komissarları Sovetində ticarət şəbəkəsinin, Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsində informasiya və statistika şöbəsinin müdiri, Mərkəzi Komitədə təşkilat şöbəsinin müdir müavini, SSRİ Dövlət Bankı idarə heyətinin sədr müavini vəzifələrini daşıyıb. 1934-cü ildə o, Dövlət Bankına rəhbər təyin edilib.

Maryasin “NKVD” başçısı Nikolay Yejovun ən yaxın dostlarından biri olub. Ətrafdakılar onları “qədəh dostları” adlandırıb. Bütün əyləncələrini bir yerdə keçirən iki məmur ən iyrənc oyunlardan çıxıblar.

Лев_Ефимович_Марьясин.jpg (37 KB)

Yejovun mühafizəçilərindən biri məhkəmə prosesində bu iyrəncliklər haqqında aşağıdakı ifadəni verib:

“Yejovun bağ evində olduqca tez-tez səhərə qədər davam edən əyləncələr keçirilirdi. Bu tədbirlərin demək olar ki, hamısında Maryasin əsas simalardan biri olurdu. Sərxoş vəziyyətə düşdükdən sonra onların çıxardıqları oyunları sözlə ifadə etmək çətindir. Məsələn, gecənin bir aləmində Yejovla Maryasin mərcə girişirdilər. Mərc nədən ibarət olurdu? 5 qəpiklik sikkənin üstünə o qədər siqaret külü atırdılar ki, qəpik görünməz olurdu. Sonra onlar şalvarlarını aşağı çəkərək arxadan buraxdıqları qazla qəpiyin üstündəki külü təmizləməyə başlayırdılar. Kim qalib olurdusa məğlubdan istədiyi şeyi, hətta hər şeyi xahiş edə bilərdi. Bu iyrənc səhnələri müşahidə etmək dəhşətli idi...”

Maryasin “iyrənc” oyunlarda hər dəfə Yejova qalib gələndən sonra dostlarının yanında qələbəsini qürur hissi və həvəslə nağıl etməyə başlayıb. Bu isə öz növbəsində Yejovun qıcığına səbəb olub. Bu qıcıq o dərəcəyə çatıb ki, o, dostunu məhv etməyə qərar verib. Məhz Maryasin haqqında “sənədlər qovluğu”nu da Stalinə Yejov təqdim edib. Onun terror təşkilatlarla əlaqədə olduğunu, vəzifədən sui-istifadə etdiyini, tüfeyli həyat sürdüyünü, kommunist əxlaqına zidd əməllərini Kremldə “sübuta” yetirərərək Maryasinin güllələnməsinə nail olub. /Musavat.com/

Oxşar xəbərlər
00:16, Bu gün
Pakistanda yaşayış binasına silahlı hücum: Ölənlər var
00:14, Bu gün
Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib
00:12, Bu gün
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
00:04, Bu gün
19 yaşlı hamilə qadın mal-qaraya dərman verərkən zəhərləndi
25 Jun 2024 | 23:22
Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"
25 Jun 2024 | 23:20
Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
25 Jun 2024 | 23:18
ABŞ Dövlət Departamenti Rusiya və Belarusu insan alverinin sponsor dövlətləri siyahısına salıb
25 Jun 2024 | 22:54
Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi
25 Jun 2024 | 22:52
AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bəlli olub
25 Jun 2024 | 22:34
Zakir Həsənov: "Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar"
25 Jun 2024 | 22:17
Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri AÇIQLANDI
25 Jun 2024 | 22:04
Tanınmış rusiyalı manyak-şizofrenik 22 illik həbsdən sonra Ukrayna cəbhəsinə yollanıb
25 Jun 2024 | 21:20
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
25 Jun 2024 | 21:19
İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
25 Jun 2024 | 21:17
Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
25 Jun 2024 | 21:14
Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib
25 Jun 2024 | 21:13
Assanj çox ciddi rejimli həbsxanadan çıxıb, "WikiLeaks" nəşri detalları açıqlayıb
25 Jun 2024 | 20:43
“İnsan, özü də hərbçi, qazi intihar etmək əvəzinə mübarizə aparmalı, öz haqqını tələb etməlidir...”-General-mayor
25 Jun 2024 | 20:21
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub
25 Jun 2024 | 20:06
İsmayıllıda torpaq sürüşməsi səbəbindən sakinlər kəndi tərk edirlər
25 Jun 2024 | 19:56
"Farac Putin yalanını populyarlaşdırır" - Boris Conson
25 Jun 2024 | 19:43
Sərdar Ortaçın anası: Oğlumun evlənməsini istəmirəm
25 Jun 2024 | 19:25
Liftin qırılması nəticəsində xəsarət alanlara kompensasiya veriləcək? - ŞİKAYƏT
25 Jun 2024 | 19:23
Azərbaycanda tələbə vəfat etdi
25 Jun 2024 | 19:22
Hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək
25 Jun 2024 | 19:19
Ceyhun Bayramov İqor Xovayevi qəbul edib
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
25 Jun 2024 | 18:48
Avropa İttifaqı Yeni Kaledoniyada baş verənlərə münasibət bildirib
25 Jun 2024 | 18:37
Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır
25 Jun 2024 | 18:29
Qobustanın Sündü kəndinə dolu düşüb - FAKTİKİ HAVA - VİDEO
25 Jun 2024 | 18:28
Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb
25 Jun 2024 | 18:27
Təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərin müsahibə mərhələsinin vaxtı açıqlanıb
25 Jun 2024 | 18:24
İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub - YENİLƏNİB
25 Jun 2024 | 18:23
Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb
25 Jun 2024 | 18:20
Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib
25 Jun 2024 | 18:15
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb - SİYAHI
25 Jun 2024 | 18:04
“Plastik və polietilen məmulatlarının istifadəsinin azaldılması ” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
25 Jun 2024 | 18:00
"Vətən müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünün və rəşadətinin şahidi oldu"
25 Jun 2024 | 17:59
"Ukraynada müharibə Rusiyanın təhlükəsizliyi barədə xülyaları dağıdıb" - "The Telegraph"
25 Jun 2024 | 17:56
Keniyadakı iğtişaşlarda Barak Obamanın bacısı yaralandı: Ölənlər var
25 Jun 2024 | 17:54
Fransalı futbolçu "Qarabağ"la yollarını ayıracaq?
25 Jun 2024 | 17:51
"Apple"a qarşı ciddi ittiham: "Yaşayış massivində insanları zəhərləyib"
25 Jun 2024 | 17:48
Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - DETALLAR
25 Jun 2024 | 17:45
55 min müəllimin əməkhaqlarına əlavələr veriləcək - RƏSMİ
25 Jun 2024 | 17:33
Mərakeş kralı Qəzza əhalisi üçün humanitar tibbi yardım əməliyyatı həyata keçirilib
25 Jun 2024 | 17:25
İsrailin Ali Məhkəməsi hərbi xidmətlə bağlı yeni qərar verdi: Dindarlar da orduya çağırılacaqlar?
25 Jun 2024 | 17:19
Rövşən Rüstəmov ADY-nin üç xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? -  Rəsmi AÇIQLAMA
25 Jun 2024 | 16:20
Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhid dəfn ediləcək
25 Jun 2024 | 16:14
“Ailəsini qətlə yetirən canini qəyyumluğa götürmək istəyirsiniz?”
25 Jun 2024 | 16:12
"Qızım ürəyi istədiyini geyinir, qadağa olmaz" - Rövşanə Ağasəfqızı
25 Jun 2024 | 16:09
Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - AÇIQLANDI
25 Jun 2024 | 16:05
Paşinyanın partiyasında narazılıq artır – ayrılmalar qaçılmazdır - ŞƏRH + FOTO
25 Jun 2024 | 16:00
AFFA iki kluba texniki məğlubiyyət verdi
25 Jun 2024 | 15:56
Paytaxtın bu yollarında avtobusların hərəkəti məhdudlaşdırıldı
25 Jun 2024 | 15:52
"Fransada "təhlükəli" seçkilər: Ukraynaya yardımın taleyi necə olacaq? - Makron açıqladı
25 Jun 2024 | 15:48
Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə ORDER VERDİ
25 Jun 2024 | 15:44
“Qadın elm öyrədə bilməz, çünki Allah ona elm verməyib” - Qalmaqallı sözlər
25 Jun 2024 | 15:40
4000-dən çox müəllimin müqaviləsinə xitam veriləcək - SƏBƏB
25 Jun 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
25 Jun 2024 | 15:33
“Gənc istedadlar” liseyinin V siniflərinə qəbulun nəticələri açıqlandı
25 Jun 2024 | 15:30
Alimlər nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivlərini araşdırırlar
25 Jun 2024 | 15:25
Beren Saatı dənizdə görən müxbir özünü saxlaya bilmədi, qalmaqallı kadrlar efirə getdi - VİDEO
25 Jun 2024 | 15:20
"Tənha rahib"in brilyant bilərziyi – Din xadimi Taylandda qalmaqala səbəb olub
25 Jun 2024 | 15:15
Amerika Kubokunda ikinci tura start verilir
25 Jun 2024 | 15:10
Əlillərə verilən avtomobillərin satılması və bağışlanması qadağan olundu
25 Jun 2024 | 15:05
DİN-dən narkotiklərlə mübarizə ilə bağlı VİDEOÇARX
25 Jun 2024 | 15:00
Azərbaycanda yumurta bahalaşacaq? - FOTO
25 Jun 2024 | 14:55
DTX və DSX Xəzərdə əməliyyat keçirdi: saxlanılanlar var - VİDEO
25 Jun 2024 | 14:50
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
25 Jun 2024 | 14:46
Ukrayna Krımda Rusiyanın kosmik rabitə mərkəzinə raket zərbəsi endirib
25 Jun 2024 | 14:42
"İcra hakimiyyəti orqanlarına geniş səlahiyyətlər verilməməlidir" - Qüdrət Həsənquliyev
25 Jun 2024 | 14:38
Qırılan liftdə Təranə Qumral da olub?
25 Jun 2024 | 14:34
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO
25 Jun 2024 | 14:29
Orta aylıq əməkhaqqı ARTIB
25 Jun 2024 | 14:25
Murat Nasırovun müəmmalı ölümünün sirri açıldı
25 Jun 2024 | 14:20
Fransalı futbolçu "Qarabağ"dan ayrıla bilər
25 Jun 2024 | 14:17
Ermənistan ordusunun hərbçisi ölüb
25 Jun 2024 | 14:15
Azərbaycanda taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb?
25 Jun 2024 | 14:10
İmişlidə 24 yaşlı oğlan sevgilisinin evinə gəlib cinsi əlaqədə oldu: “Anası da orada idi...” – ŞOK
25 Jun 2024 | 14:05
Məhkəmə Əziz Orucov barəsində QƏRAR VERDİ
25 Jun 2024 | 14:00
Qazilərə bağlı mühüm xəbər - Mənzil veriləcək
25 Jun 2024 | 13:55
“Vikipediya”da Azərbaycana dair türkcə bölmələrin yaradılmasına başlandı - FOTO
25 Jun 2024 | 13:50
ICESCO-nun baş direktoru “Şuşa günləri” tədbirində çıxış edib - VİDEO
25 Jun 2024 | 13:45
Sabahın hava proqnozu açıqlandı
25 Jun 2024 | 13:40
Evlər ucuzlaşmağa başlayıb?
25 Jun 2024 | 13:35
Daşqın, sel, qar - Azərbaycanda növbəti iki günün hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
25 Jun 2024 | 13:33
Müharibə başlayanda Baş prokurorun müavini Türkiyədə özü üçün ehtiyat aerodrom hazırlayıb…
25 Jun 2024 | 13:31
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanladı
25 Jun 2024 | 13:30
Bakı məktəblərinə 12 direktor təyin edilib
25 Jun 2024 | 13:25
Rəşad Nəbiyev Siyəzəndə vətəndaşları qəbul etdi - FOTO
25 Jun 2024 | 13:20
Ədliyyə nazirindən yüksək vəzifəyə TƏYİNAT - FOTO
25 Jun 2024 | 13:17
“Məktəblinin yay mütaliəsi” layihəsinə start verilir
25 Jun 2024 | 13:15
Bu məktəbdə 39 mindən çox mənimsəmə oldu
25 Jun 2024 | 13:12
Gənc qızın asılmış meyitini tapdılar
25 Jun 2024 | 13:08
QHT-lər “N” saylı hərbi hissədə - FOTOLAR
25 Jun 2024 | 13:04
Ukraynanın müharibədə uğur strategiyası nədən ibarətdir? - ABŞ Dövlət Departamenti
25 Jun 2024 | 13:02
Əhməd Əhmədovun xalası: "Bacım oğlu bu cinayəti tək törətməyib"
25 Jun 2024 | 12:59
Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır
25 Jun 2024 | 12:54
Basqın zamanı öldürülən qadın müəllimə imiş - VİDEO
25 Jun 2024 | 12:52
Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı işıq üzü görüb
GÜNLÜK
25 Jun 2024 | 07:11
İnsanlar pəncərələrdən düşərək diri-diri yandılar- 8 nəfər insanların gözü qarşısında can verdi- FOTO
25 Jun 2024 | 06:51
Qızmar havalarda soyuq su ilə duş almaq ürəyin DÜŞMƏNİDİR
25 Jun 2024 | 07:49
Şahruddin "Sabah"dan 300 min dollar istədi
25 Jun 2024 | 08:20
XALQ ARTİSTİNDƏN ETİRAZ: “Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..."  
25 Jun 2024 | 07:12
“Dağıstanda baş verənlər “FSB” direktoru Bortnikovu uzaqlaşdırmaq cəhdidir...”-General
25 Jun 2024 | 11:06
Bakıda ucuz kirayə mənzillərin qiyməti AÇIQLANDI 
25 Jun 2024 | 10:22
Aktyorun yaş senzinə Mədəniyyət komitəsindən ETİRAZ: “Aktyoru istefaya göndərməzlər”
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
25 Jun 2024 | 06:30
İsrail Qəzzanın təcili yardım xidmətinin rəisini də qətlə yetirdi...-“Əl-Cəzirə”
25 Jun 2024 | 09:12
Dağıstanda öldürülən terrorçuların yazışmaları araşdırıldı: Plan belə olub
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
19 Jun 2024 | 12:08
“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
AYLIQ
25 Jun 2024 | 07:11
İnsanlar pəncərələrdən düşərək diri-diri yandılar- 8 nəfər insanların gözü qarşısında can verdi- FOTO
25 Jun 2024 | 06:51
Qızmar havalarda soyuq su ilə duş almaq ürəyin DÜŞMƏNİDİR
25 Jun 2024 | 07:49
Şahruddin "Sabah"dan 300 min dollar istədi
25 Jun 2024 | 08:20
XALQ ARTİSTİNDƏN ETİRAZ: “Direktor məni teatrdan uzaqlaşdırdı, belim bükülməyib, əlim əsmir, başım fırlanmır..."  
25 Jun 2024 | 07:12
“Dağıstanda baş verənlər “FSB” direktoru Bortnikovu uzaqlaşdırmaq cəhdidir...”-General
25 Jun 2024 | 11:06
Bakıda ucuz kirayə mənzillərin qiyməti AÇIQLANDI 
25 Jun 2024 | 10:22
Aktyorun yaş senzinə Mədəniyyət komitəsindən ETİRAZ: “Aktyoru istefaya göndərməzlər”
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
25 Jun 2024 | 06:30
İsrail Qəzzanın təcili yardım xidmətinin rəisini də qətlə yetirdi...-“Əl-Cəzirə”
25 Jun 2024 | 09:12
Dağıstanda öldürülən terrorçuların yazışmaları araşdırıldı: Plan belə olub