Stalinin əfv etdiyi əsir general – o, haqqı olduğu qəhrəman adını 1993-cü ildə alıb  
Dünya
Oxunub: 1525
15 Jun 2024 | 14:57
Stalinin əfv etdiyi əsir general – o, haqqı olduğu qəhrəman adını 1993-cü ildə alıb  
2020-ci ilin son araşdırmalarına görə sovet-alman müharibəsi zamanı SSRI silahlı qüvvələrinin 80 generalı almanlara əsir düşüb. Onlardan üçünün taleyi bu günə qədər məlum deyil. Generallardan 6 nəfəri əsir düşərgələrindən qaçmağa müvəffəq olub. 27 əsir general düşərgələrdə ölüb. 22 nəfər əsir general isə SSRİ Hərbi Kollegiyasının qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər, 5 nəfəri asılmaqla edam edilib, 13 nəfəri güllələnib, 2 nəfəri həbsxanada ölüb, 2 nəfəri isə cəzalarını başa vurduqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət edərək bəraət alıblar Əsir düşən generallardan 22 nəfəri isə müharibə ərəfəsində və müharibədən sonrakı illərdə yenidən xidmətlərini davam etdiriblər. Onlardan biri də general-leytenanat Mixail Lukin olub.
 
Qeyd edək ki, 16 avqust 1941-ci ildə Dövlət Müdafiə Komitəsində əsirlərlə bağlı 270 nömrəli əmr imzalanıb. Əsir düşən və müharibədən sonra əsirlikdən qayıdan sovet generallarının hansı statusda qalacaqlarını isə xüsusi olaraq “NKVD” və “SMERŞ” müəyyənləşdirib. Bu məsələ ilə bağlı hər iki qurumun rəhbərliyi mütəmadi olaraq İosif Stalinə məruzə ediblər və müzakirələr aparıblar.
 
Növbəti müzakirələrin birində “SMERŞ” rəhbəri Viktor Abakumov Stalinə müharibə zamanı əsir düşmüş və 1945-ci ilin aprelində azad olunmuş general Lukin haqqında məruzə edərək onun antisovet fəaliyyətini diqqətə çatdırıb. Stalin Lukinlə bağlı toplanmış sənədləri nəzərdən keçirdikdən sonra soruşub:
 
1494393242186875824.jpg (65 KB)
 
-Yoldaş Abakumov, siz belə düşünürsünüz ki, general Lukin almanlarla əməkdaşlıq edib?
 
-Bəli, yoldaş Stalin.
 
-Yanılırsınız. Əməkdaşlıq başqa bir məsələdir, dövlət əleyhinə danışmaq başqa məsələ. Lukinlə bağlı məsələdə mən sizdən daha çox, “NKVD”-nin agenturasının təqdim etdiyi materiallara inanıram. Lukin almanlara işləməyib, onlarla əməkdaşlığa getməyib. Odur ki, Lukininin rütbəsinin bərpa edilməsi və silahlı qüvvələrin sərəncamına götürülməsi üçün sənədlər hazırlayın, sonrasına baxarıq. O, təhlükəli adam deyil.
 
Maraqlıdır, agentura Lukinlə bağlı Stalinə hansı materialları təqdim edib? Bu materiallarda Lukinin əsirlikdə olduğu illərdə hansı faktlar öz əksini tapıb?
 
Sovet-alman müharibəsi başlanana qədər Lukin 23-cü motoatıcı diviziyanın komandiri, Moskvanın hərbi komendantı, Sibir hərbi dairəsində qərargah rəisinin müavini, həmin hərbi dairənin komandan müavini, daha sonra həmin dairənin tabeliyində olan 16-cı ordunun komandanı vəzifələrində xidmət edib.
 
1941-ci ildə müharibə başlananda 16-cı ordunun dislokasiya yeri Ukraynaya köçürülüb. Qısa bir müddət Ukrayna cəbhəsində xidmət etdikdən sonra Lukin Smolensk istiqamətinə göndərilib. Smolensk döyüşlərində o, uğurlu hərbi əməliyyatları ilə fərqlənib.
 
1941-ci ilin avqust ayında Lukini Qərb cəbhəsindəki 20-ci orduya komandan təyin ediblər. Onun üzərinə düşən əsas vəzifə Moskvaya istiqamət alan alman qoşunlarının qarşısını kəsmək, hücumlarla düşmən qüvvələrinin gücünü parçalamaq və yayındırmaq olub. Lukin ona həvalə olunan vəzifəni lazımınca icra edib. 15 oktyabr 1941-ci ildə, növbəti hərbi əməliyyat zamanı general döyüşlərdə yaralanıb. Huşsuz vəziyyətdə olan Lukin almanlar tərəfindən əsir götürülüb.
 
Stalin_in_March_1935.jpg (85 KB)
 
Almanlar ilk növbədə Lukini dərhal səhra hospitalına çatdırıblar. Berlindən gələn ilk tapşırıq o olub ki, “qiymətli qəniməti” - generalı sağaltmaq lazımdır. Alman həkimlər sovet generalının həyatını xilas ediblər, amma onun bir ayağını kəsmək məcburiyyətində də qalıblar. Sonra Lukin Almaniyaya aparılıb.
 
Lukinlə sorğu-sualı Almaniyanın yüksəkçinli dövlət məmurları və hərbçilər aparıb. Onu dindirənlərdən biri isə feldmarşal Vilhelm Keytel olub. İki peşəkar hərbiçinin söhbəti protokollaşdırılıb. Məhz həmin protokol sonralar sovet agenturasının əlinə keçib və onu yuxarıda qeyd etdiyimiz kimi Stalinə çatdırıblar.
 
Lukin Keytelin kabinetinə daxil olan kimi heç bir giriş gözləmədən ona müraciət edib:
 
-Mən hərbi mövzuda heç nə danışmayacağam. Təklif edəcəyiniz əməkdaşlığı da qəbul etməyəcəm.
 
Sovet generalının bu cəsarəti alman feldmarşalının xoşuna gəlib:
 
-Sizin zabit qürurunuza qibtə etmək olar. Əsl zabitlər bütün vəziyyətlərdə öz şərəfini qorumalıdır. Təəssüf ki, qırmızı hökumət (SSRİ-ni nəzərdə tutub) sizin qədrinizi bilmir.
 
Bu ifadə sanki Lukinə danışmaq üçün bir imkan yaradıb və o, heç bir məcburetmə olmadan kommunist rejiminin əleyhinə “ürəkdolusu” danışmağa başlayıb:
 
-Qırmızı hökumət təkcə hərbçilərin yox, heç kimin qədrini bilmədi. Kommunistlər kəndlilərə torpaq, fəhlələrə zavod və fabriklər vəd etdilər. Buna görə də xalq onları dəstəklədi. Bu sovet xalqının ən dəhşətli səhvi idi. Əvvəlki Rusiya dövrü ilə müqayisədə bu gün kəndlilərin heç bir şeyi yoxdur. Ən yaxşı halda Sibirdə kolxozçu günə 4 kiloqram çörək qazanır, onun qazancı yalnız budur. Fəhlənin aylıq qazancı isə 300-500 rubl arasındadır. Bu məbləğə heç nə almaq mümkün deyil. Yeməyə heç nə tapılmayanda və bununla yanaşı qorxu içində yaşayanda əlbəttə ki, ruslar Stalin rejimindən qurtulmağa çalışacaqlar...
 
Feldmarşalla generalın söhbəti təxminən iki saata yaxın davam edib. Sonda Lukin fikrini belə yekunlaşdırıb:
 
-Danışdıqlarımız adi həyati söhbətlərdir. Mənim söylədiklərim heç də sizə əsas verməsin ki, mən almanlarla əməkdaşlıq edəcəyəm. Mənə başqa sualınız yosdursa, göstəriş verin, məni aparsınlar.
 
Lukindən hərbi sirrləri almaq, əməkdaşlığa cəlb etmək üçün almanlar çox cəhd göstəriblər. Hətta nasist Almaniyasının tərəfinə keçən general Andrey Vlasovu da onunla söhbətə göndəriblər. Bütün bu cəhdlərin heç biri nəticə verməyib.
 
scale_1200-1.png (122 KB)
 
Almaniyada əsirlikdə olduğu illərdə Lukinə fərqli yanaşıblar, onunla normal davranıblar.
 
1945-ci ilin aprel ayının sonlarında Lukin ABŞ qoşunları tərəfindən əsirlikdən azad olunub. Kommunistlərin əleyhinə danışmasına baxmayaraq Stalin onun almanlarla əməkdaşlıqdan imtina etməsini yüksək qiymətləndirərək Lukinin general rütbələrini bərpa edib və onu yenidən silahlı qüvvələrin sərəncamına götürüb. 1946-cı ildə səhhətinə görə Lukin general-leytenant rütbəsində istefaya göndərilib.
 
1966-cı ildə bir qrup marşal, o cümlədən İvan Konyev, Konstantin Rokossovski, Semyon Timoşenko Leonid Brejnevə Smolensk uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Lukinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı müraciət ediblər. Mərkəzi Kommitə müraciətə müsbər cavab verməyib.
 
Mixail Lukin 1970-ci ildə, 77 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn edilib.
 
General haqqı olduğu qəhrəman adına isə ölümündən 23 il sonra layiq görülüb. Rusiya Federasiyası prezidentinin 1 oktyabr 1993-cü il 1553 nömrəli fərmanı ilə Mixail Lukin (ölümündən sonra) Rusiya Federasiyasının qəhrəmanı adı ilə təltif olunub. /Musavat.com/
 
Oxşar xəbərlər
10:00, Bu gün
BDU-nun müəllimi qəfil vəfat etdi
09:52, Bu gün
Makronun arvadının kişi doğulduğunu iddia edən Nataşanın məhkəməsi oldu
09:45, Bu gün
Neft yenidən bahalaşdı
09:42, Bu gün
Minsk qrupunun fəaliyyətinə xitam verilməsi... - İlham Əliyev
09:41, Bu gün
Qalmaqallı hakimin gizli eşq yaşadığı iş adamı danışdı: "Əri münasibətimizə razılıq verdi" - FOTO
09:33, Bu gün
Blinken İlham Əliyevə zəng etdi
09:30, Bu gün
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
09:27, Bu gün
Taksi qiymətləri kəskin bahalaşdı - İyulun 1-dən sonra...
09:23, Bu gün
Ərdoğanın Paşinyana zəngi erməniləri qorxudub: Şərtləri Ankara irəli sürür
09:19, Bu gün
Deputat: “Neçə qız yanıma gəlib ki..."
09:07, Bu gün
Köhnə çörəyi təzə bişirilənə qatırlar?
08:58, Bu gün
Qazidən rüşvət istəyən həkim xəstəxananın şöbə müdiri imiş - VİDEO
08:44, Bu gün
Paytaxt saxinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10-dan...
08:36, Bu gün
Xalq artisti VƏFAT ETDİ
08:30, Bu gün
Telefonunuzun enerjisi tez bitir? – Bu funksiyanı deaktiv edin
08:24, Bu gün
Azərbaycanlı namizəd İran prezidenti seçiləcək?
08:19, Bu gün
TƏHLÜKƏ- bu ölkədə vəba sürətlə yayılır
08:11, Bu gün
Gözlərdə zəiflik hansı xəstəliyin xəbərçisidir?
08:00, Bu gün
Bu gün yağış yağacaq - PROQNOZ
07:56, Bu gün
Gündə bir şaftalı yesəniz orqanizminizdə bu DƏYİŞİKLİKLƏR BAŞ VERƏCƏK
07:44, Bu gün
Bu gündən müəllimlərin...
07:30, Bu gün
Türkiyədə güclü yanğın baş verib, 5 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO
07:11, Bu gün
Qan təzyiqi dərmanlarının təhlükəli olduğu AŞKARLANDI
06:55, Bu gün
QADAĞA- Turistlərin cinsi əlaqədə olması səbəbindən bu kurortlarda...  FOTOLAR
06:41, Bu gün
Azərbaycana YAY GƏLDİ
00:43, Bu gün
Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirildi
00:33, Bu gün
Ürək-damar xəstəliklərinin bu həyəcan doğuran əlamətlərini görməzdən gəlmək olmaz
00:26, Bu gün
“Range Rover”i 1020 manata satan sabiq rəisə hökm oxundu
00:22, Bu gün
Benzema ilə münaqişə edən baş məşqçi qovuldu
00:16, Bu gün
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə mərkəzdə sertifikasiya imtahanı keçiriləcək
00:14, Bu gün
Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
00:11, Bu gün
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1 100-dən çox müəllim sertifikasiya imtahanında iştirak edəcək
00:08, Bu gün
Almaniya 105 ədəd “Leopard” tankı sifariş etməyi planlaşdırır
20 Jun 2024 | 23:58
Güclü külək Ağcabədidə fəsadlar törədib - FOTO
20 Jun 2024 | 23:54
Hindistanda 34 nəfər qaçaq yolla gətirilən spirtli içkidən zəhərlənərək ölüb
20 Jun 2024 | 23:49
Cəbrayılda yük avtomobili tank əleyhinə minaya düşdü - SON DƏQİQƏ
20 Jun 2024 | 23:40
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verilib
20 Jun 2024 | 23:33
Velosipedlər üçün salinan zolaqlarda avtobus dayanacaqlarına yer niyə nəzərə ALINMIR?
20 Jun 2024 | 23:13
Nazirlik əhaliyə müraciət etdi: Daşqın, sel, ildırım XƏBƏRDARLIĞI EDİLDİ
20 Jun 2024 | 23:11
"İsrailin şimalında nə baş verəcəyini mən həll edirəm" - "Hizbullah" lideri
20 Jun 2024 | 23:08
"Putin özünü ABŞ düşmənləri ilə əhatə edir, bu ox Ukrayna müharibəsindən sonra da dünyanı təhdid edəcək" - "The Wall Street Journal"
20 Jun 2024 | 22:49
Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır
20 Jun 2024 | 22:43
Netanyahu: İsrail HƏMAS-ın məhvinə qədər Qəzzanı tərk etməyəcək
20 Jun 2024 | 22:41
Yevlaxda güclü külək fəsadlar törədib
20 Jun 2024 | 22:31
AVRO-2024: İngiltərə Danimarka ilə sülhə razılaşdı
20 Jun 2024 | 21:53
Məşhur repçi həbs edildi
20 Jun 2024 | 21:51
Hollivud ulduzu vəfat etdi
20 Jun 2024 | 21:21
DİM imtahanda yüksək nəticə göstərən abituriyentin adını açıqladı
20 Jun 2024 | 21:02
"Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür"
20 Jun 2024 | 20:41
Rumıniya prezidenti NATO-nun baş katibi vəzifəsinə namizədliyini geri götürdü
20 Jun 2024 | 20:40
Sumqayıtda 31 yaşlı hamilə gəlin ərini bıçaqladı
20 Jun 2024 | 20:14
Gəncədə güclü külək: Evlərin dam örtüyünü qopardı, işıq kəsildi
20 Jun 2024 | 20:14
Lukoyl" neft bazalarında partlayışlar baş verdi - Rusiyanın bir neçə vilayətində həyəcan siqnalı verildi
20 Jun 2024 | 20:08
AVRO-2024: Günün ikinci oyunu start götürüb
20 Jun 2024 | 19:54
Azərbaycanda məşhur cərrah vəfat etdi
20 Jun 2024 | 19:54
Polşada səsdən sürətli uçan qırıcı evlərin damını zədələdi
20 Jun 2024 | 19:49
Ceyhun Bayramov Aİ komissarını COP29-a hazırlıq fəaliyyəti barədə məlumatlandırıb
20 Jun 2024 | 19:44
Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün qurumların siyahısı müəyyənləşib
20 Jun 2024 | 19:35
Moskvada qasırğa səbəbindən 18 nəfər xəstəxanaya yerləşdirilib
20 Jun 2024 | 19:14
Kilian Mbappe üçün hazırlanan maskanın qiyməti bəlli olub
20 Jun 2024 | 18:25
IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edildi - FOTO
20 Jun 2024 | 18:20
DSMF və DOST RİM  “Tenth Revolution” beynəlxalq təşkilatının “Ali Təqdir” mükafatlarına layiq görülüblər
20 Jun 2024 | 18:14
İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılova həsr olunan konfrans keçirilib - FOTO
20 Jun 2024 | 18:07
“Müttəfiqlik haqda saziş o demək deyil ki, Azərbaycan Rusiyanın çaldığı zurna ilə oynayacaq...”
20 Jun 2024 | 18:03
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
20 Jun 2024 | 17:59
YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTO
20 Jun 2024 | 17:55
“1 il tez evlənən ailələrin heç birində problem görməmişəm” - Tahir Kərimli
20 Jun 2024 | 17:50
Türkiyə vətəndaşları Kəlbəcərdə qəzaya düşdü
20 Jun 2024 | 17:45
ABŞ səfiri məcburi köçkün məktəblərinin 90 şagirdinə sertifikatlar təqdim edib - FOTO
20 Jun 2024 | 17:40
İnzibatçı: "Əhmədiyyə Cəbrayılovla bağlı məqaləni siliriksə, İsa peyğəmbər haqqında olanı da silək" - MÜSAHİBƏ
20 Jun 2024 | 17:34
Arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
20 Jun 2024 | 17:28
Ağsuda minlərlə çətənə kolu məhv edildi
20 Jun 2024 | 17:23
Novxanı sakinləri bir damla suya həsrətdirlər - VİDEO
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
20 Jun 2024 | 17:13
Bayram günlərində milli parkları 12 mindən çox turist ziyarət edib - FOTO
20 Jun 2024 | 17:08
AVRO-2024: Sloveniya - Serbiya görüşünə start verildi - CANLI
20 Jun 2024 | 17:05
YAP Milli Məclisin buraxılması təşəbbüsünü irəli sürdü - FOTOLAR
20 Jun 2024 | 17:00
Azərbaycan və İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə olunub
20 Jun 2024 | 16:55
Quru sərhədlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
20 Jun 2024 | 16:50
"Fənərbağça"nın hücumçusu rəsmi olaraq "Qalatasaray"da
20 Jun 2024 | 16:45
Rusiya iki nəfəri Azərbaycana ekstradisiya edib
20 Jun 2024 | 16:40
Dövlət qulluqçuları: Ömürlərini insanlara xidmətə və vətənin tərəqqisinə həsr edənlər....
20 Jun 2024 | 16:37
Onlayn və çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - SIYAHI
20 Jun 2024 | 16:32
UNEC 94 yaşını qeyd edib - FOTOLAR
20 Jun 2024 | 16:27
Zeynəb: “Atam işləmir, mənim kimi qızı var”
20 Jun 2024 | 16:23
Serbiya millisi AVRO-2024-ü tərk edə bilər - ŞOK SƏBƏB
20 Jun 2024 | 16:18
Göyçə və Zəngəzur ətrafında vacib gəlişmə: Ermənilərin taleyi burada həll olunur
20 Jun 2024 | 16:13
Azərbaycanda yeniyetmə qız QAÇIRILDI - Polis hərəkətə keçdi
20 Jun 2024 | 16:10
Sonaxanım rusca muğam oxudu - VİDEO
20 Jun 2024 | 16:07
Vyanada COP29-la bağlı tədbir keçirildi
20 Jun 2024 | 16:03
Bağçalarda müdir olmaq istəyənlərin NƏZƏRİNƏ: nəticələr açıqlandı
20 Jun 2024 | 15:58
Yeni istifadəyə verilmiş qatarları daşa tutdular
20 Jun 2024 | 15:54
Bakıda qəza: Əvvəl avtomobilləri əzdi, sonra yaşıllıq əraziyə çırpıldı - VİDEO
20 Jun 2024 | 15:49
Bakıda bir sıra memarlıq abidələrində aparılan təmir-bərpa işləri haqda AÇIQLAMA - FOTO
20 Jun 2024 | 15:47
TƏBİB məlumat yaydı: bayram günlərində...
20 Jun 2024 | 15:44
Şuşasız Şuşanı çəkən rəssamın ən böyük arzusu… - VİDEO
20 Jun 2024 | 15:42
"Qaçqınların öz evlərinə ləyaqətli və təhlükəsiz qayıtmaq hüququnu vurğulayırıq" - XİN
20 Jun 2024 | 15:39
Azərbaycan İnternet Forumunun prezidentindən mobil operatorlara ÇAĞIRIŞ: “GƏRƏK YATMASINLAR”
20 Jun 2024 | 15:35
BDU-da yaz imtahan sessiyası uğurla davam edir - FOTO
20 Jun 2024 | 15:31
“Kinematoqrafiya haqqında” qanunda dəyişikliklə bağlı işçi qrupu yaradılıb
GÜNLÜK
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
20 Jun 2024 | 11:00
Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
20 Jun 2024 | 10:30
Rəsulzadənin Almaniyada, ”İstiqlal”-dakı yazıları - Nəsiman Yaqublunun araşdırması
20 Jun 2024 | 11:26
Pensiya bu qədər artacaq: Bu il üçün məbləğ açıqlandı
20 Jun 2024 | 13:45
Dövlət qulluqçularının orta aylıq əməkhaqları AÇIQLANDI
20 Jun 2024 | 10:32
Nihat və İbrahimin FOTOSU: "qoyunları yuyanda batıblar"
20 Jun 2024 | 12:52
“Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur, bu, alçaq hərəkətdir” - Şəbnəm Tapdıqdan ETİRAZ
20 Jun 2024 | 11:40
"Putin NATO-ya alternativ yaratmaq istəyir" - ISW
20 Jun 2024 | 14:05
Bazarda mövsümü meyvələrin bahalaşmasının SƏBƏBİ BİLİNDİ
HƏFTƏLİK
14 Jun 2024 | 12:32
“Müəllimlərin sertifikasiya imtahanındakı uğursuz nəticələrini kaş deməzdilər...” - 53 ilin müəllimi - FOTOLAR + ÖZƏL
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
18 Jun 2024 | 10:30
"Azercell"dən Yardımlıya gedən deputata "sürpriz": “İrana xoş gəlmisiniz…”
17 Jun 2024 | 21:23
Mahsun Kırmızıgülün yeni serialı gəlir - Kimlər rol alacaq?
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
17 Jun 2024 | 16:04
Rusların Xocalıda gizli obyekti aşkarlandı - VİDEO
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
17 Jun 2024 | 10:08
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
17 Jun 2024 | 08:11
61 yaşlı müğənni 18 yaşlı tələbə qızla evlənir - FOTO
17 Jun 2024 | 14:50
Bakıdan son tələb: 34 min kv km-lik ərazi məsələsi masaya qoyuldu - Kritik gəlişmə
AYLIQ
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
20 Jun 2024 | 11:00
Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
20 Jun 2024 | 10:30
Rəsulzadənin Almaniyada, ”İstiqlal”-dakı yazıları - Nəsiman Yaqublunun araşdırması
20 Jun 2024 | 11:26
Pensiya bu qədər artacaq: Bu il üçün məbləğ açıqlandı
20 Jun 2024 | 13:45
Dövlət qulluqçularının orta aylıq əməkhaqları AÇIQLANDI
20 Jun 2024 | 10:32
Nihat və İbrahimin FOTOSU: "qoyunları yuyanda batıblar"
20 Jun 2024 | 12:52
“Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur, bu, alçaq hərəkətdir” - Şəbnəm Tapdıqdan ETİRAZ
20 Jun 2024 | 11:40
"Putin NATO-ya alternativ yaratmaq istəyir" - ISW
20 Jun 2024 | 14:05
Bazarda mövsümü meyvələrin bahalaşmasının SƏBƏBİ BİLİNDİ