“Azərbaycan hökumət başçısı bərk hirslənib və erməni katolikosunu ağır sözlərlə kabinetindən qovub...”
Elm və Təhsil
Oxunub: 3121
19 Jun 2024 | 17:32
“Azərbaycan hökumət başçısı bərk hirslənib və erməni katolikosunu ağır sözlərlə kabinetindən qovub...”
“Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
Şimali Azərbaycan İkinci Dünya müharibəsindən sonrakı dövrdə...- XXXXIV mövzu
(Əvvəli burada:)
 
Qonşuların verdiyi ərazilər hesabına müstəqil dövlət olmuş Ermənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O, Türkiyənin Şərqi Anadolu torpaqlarına, Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialı idi. Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq üçün imperiyanın mərkəzi hakimiyyətində təmsil olunan A.Mikoyanın təşəbbüsü ilə gizli olaraq  “Qarabağ Komitəsi” yaratdılar [3, s.109]. Ermənistan rəhbəri Qriqori Arutinov Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə müraciət etdi. Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi [44]. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq, onunla bağlı idi, onun hesabına yaşayırdı. Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya verdi. ÜİK(b) P MK –nın katibi Qeorqi Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b) P MK-nın birinci katibi M.C.Bağırova yazılı məlumat göndərildi və ona öz rəyini bildirmək təklif olundu. M.C.Bağırov 1945-ci ilin dekabrında MK-ya yazdığı məktubda bildirdi ki, Ermənistanın Dağlıq Qarabağla əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırov cavab məktubunda bildirdi ki, Azərbaycan Dağlıq Qarabağı Şuşa istisna olmaqla Ermənistana şərti olaraq güzəştə gedə bilər, amma o halda ki, müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş ərazilər (Zəngəzur, Dərələyəz, Vedibasar, Göycə, Dilican, Borçalı, Qaraçöp, Dərbənd və s.) Azərbaycan SSR-ə qaytarılsın [36, s.89]. Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planlarını pozdu. Mərkəzi hökumət problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anladı. Məhz buna görə də, imperiya hakimiyyəti məsələnin “arxivə verilməsini” vacib saydı...
 
Ermənilər Cənubi Qafqazda özlərinə yer etdikdən sonra zaman-zaman azərbaycanlıları öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1906, 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı yaşayan kəndlər dağıdılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma yurdlarından qovulmuşdular. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinist niyyətlərindən əl çəkməmişdilər. Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də bu siyasətlərini davam  etdirdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç müttəfiq dövlət (ABŞ, SSRİ, Böyük Britaniya) başçısının Tehran konfransında (28 noyabr-1 dekabr 1943-cü il) SSRİ-İran münasibətləri məsələsinin müzakirəsindən istifadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə, Ermənistana köçürülməsi razılığını aldılar. Onlar xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyabr tarixli fərmanı verməsinə nail oldular [3, s.110]. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarını verdi [2, s.81-83]. Azərbaycanlıların Qərbi Azərbaycandakı doğma yurdlarından kütləvi deportasiyası 1953-cü ilədək davam etdi [21, s.32; 30, s.72]. Mənbələr həmin vaxt deportasiya edilənlərin sayının 150 min nəfərə çatdığını qeyd edir. Bununla həmin vaxt Ermənistanda yaşayan 400 mindən çox azərbaycanlının təxminən üçdə bir hissəsi [3, s.111] qədimdən yaşadıqları ərazilərdən çıxarıldılar. 
Bu  hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilirdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi qiymətini aldı. Bu faciəli hadisəyə siyasi qiymət ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanında verildi. Sənəddə bu hadisə ermənilər tərəfindən SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqırımı cinayəti kimi qiymətləndirilmişdir [15].
 
Sovet rəhbərliyinin 19 fevral 1954-cü il tarixli fərmanla Krımı RSFSR-in tərkibindən çıxararaq Ukraynaya verməsindən [41, s.545] (bu akt Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyinə həsr edilmişdi) sonra ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən fəallaşdılar. 1956-cı ilin aprelində Ermənistan kommunist partiyasının rəhbəri S.Tovmasyan Kremlə məktubla müraciət edərək, İrəvan universitetində iclas keçirildiyi və Dağlıq Qarabağla Naxçıvanın Ermənistana verilməsi tələblərinin irəli sürüldüyünü bildirdi [49]. Erməni kilsəsi təşəbbüsü ələ götürdü. Erməni katolikosu II Vazgen 1958-ci ildə Bakıya səfər etdi, hökumətin rəhbəri Sadıq Rəhimovla görüşü zamanı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdi. Şahidlərin bildirdiyinə görə, S.Rəhimov bərk hirslənib və erməni keşişini ağır sözlərlə kabinetindən qovub. Bu hadisədən az sonra S.Rəhimov vəzifəsindən azad edildi [26]. Bəzi məlumatlara görə, SSRİ Ali Sovetinin sədri A.Mikoyan 1964-cü ildə N.Xuruşşovun ona bir qədər xoş yanaşdığından sui-istifadə edərək, Dağlıq Qarabağın Ermənistan SSR-yə verilməsinə dair təklif verib. Şahidlərin bildirdiyinə görə, N. Xuruşşov çox sərt münasibət bildirərək deyib: “DQMV ermənilərinin bir sutka ərzində Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını təmin etməyə hazıram” [48, s.11].
 
SSRİ-də hakimiyyət dəyişikliyi, L.Brejnevin hakimiyyətə gəlməsindən sonra ermənilər yenidən fəlallaşdılar, qondarma “erməni soyqırmı”nın 50 illiyinə hazırlaşmağa başladılar. Həmin dövrdə Türkiyə ABŞ-la yaxınlaşmış, hərbi sahədə geniş əməkdaşlıq qurulmuş, İncirlik hərbi bazası isə SSRİ üçün ciddi təhdid mənbəyinə çevrilmişdi. Moskva qondarma “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Kreml 1965-ci ildə ermənilərə bir neçə tədbir keçirməyə, antitürk təbliğatını aparmağa şərait yaratdı. Ermənilər eyni zamanda Dağlıq Qarabağa iddialarını da yenidən gündəmə gətirməyə çalışdılar, SSRİ rəhbərliyinin ünvanına müraciətlər göndərdilər. Azərbaycan xüsusi xidmət orqanları  1966-cı ildə Dağlıq Qarabağda bir neçə millətçi qrupu aşkar edərək zərərsizləşdirdi [5, s.324-325]. Ermənistan SSR-nin tanınmış adamları, partiya və hökumət rəhbərləri davamlı şəkildə Moskvaya müraciətlər göndərirdilər. 1966-cı ildə Ermənistan SSR KP MK-nın birinci katibi A.Koçinyan, Nazirlər sovetinin sədri B.Muradyan, bir qrup elm və mədəniyyət xadimi Sovet dövlətinin rəhbərliyinə müraciətlər göndərərək, Dağlıq  Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini əsaslandırmağa çalışırdılar. 
 
Həmin dövrün ən faciəli hadisəsi 1967-ci ilin iyun-avqust aylarında Xocavənd rayonunun Kuropatkino kəndində baş verdi. Bir erməni uşağının ölümündə azərbaycanlıları ittiham etdilər, məktəbin direktoru Ərşad Məmmədov, onun qardaşları Ələmşah və Zöhrab həbs edildi. Onların işinə Xankəndi məhkəməsində baxıldı, iş əlavə istintaqa göndərildi. Bu qərar erməni millətçilərini qane etmədi. Bir qrup erməni onları aparan həbsxana maşınının qarşısını kəsib aşırdı, onları vəhşicəsinə qətlə yetirdi və yandırdı. Yaranmış gərgin vəziyyəti çox çətinliklə nizama salmaq mümkün oldu. Az sonra məlum oldu ki, həmin uşağı öz qohumu öldürüb. Bu hadisə zamanı da Moskva həqiqi canilərin cəzalandırlmasına imkan vermədi, ermənilərin təxribatçı hərəkətlərinə qarşı təsirli tədbirlər görülmədi. Azğınlaşan ermənilər silahlı təxribatlara da əl atdılar. 1969-cu ildə Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından azərbaycanlıların toplaşdığı yerə qumbara atıldı, 3 nəfər yaralandı. Ermənilərin bu hərəkəti də cəzasız qaldı [7].
 
1969-cu ildə Ermənistan növbəti dəfə Azərbaycandan torpaq qoparılmasını rəsmiləşdirdi.  Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd ərazilərimizdən 2 min hektardan çox torpağın Ermənistana verilməsinə dair Azərbaycan rəhbərliyinin 5 may 1938-ci il tarixli qərarını təsdiq etdi. Azərbaycan rəhbərliyinin uzun müddət təsdiq etmək istəmədiyi bu qərara görə, Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonun Çayzəmi ərazilərinin, Qazax rayonu Kəmərli kənd ərazilərinin, KəlbəcƏr rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi və digər ərazilər Moskva rəhbərliyinin təzyiqi ilə Ermənistana verilirdi [39]. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qərarın icrası dayandırıldı. 1973-cü ildə Dağlıq Qarabağın partiya rəhbərliyində dəyişiklik edildi, erməni millətçilərindən nisbətən uzaq olan Boris Gevorkov Qurqen Melkumyanın yerinə rəhbərliyə gətirildi. Bununla regionda erməni millətçilərinin fəaliyyətinin qarşısını xeyli dərəcədə almaq mümkün oldu. 
 
1969-cu il iyulun  14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş  verdi. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev MK-nın birinci katibi seçildi [11]. Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyuldu. H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi [8]. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi [16, s.58]. Bu ali qanun xalqın mənəvi  sərvətlərinin, xüsusən dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
 
H.Əliyevin məharətlə həyata keçirdiyi çox cəhətli siyasi dövlətçilik fəaliyyəti sayəsində bütün diqqət respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı [9, s.1]. H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı [29, s.193]. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyn Cavidin cəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi [14, s.173].
 
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərinin aparıcı təhsil və elm mərkəzlərinə oxumağa göndərildi [23]. 1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. «Gəncə» adı yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Rayonlara Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi [3, s.146].
 
İmperiya rəhbərliyinin yaratdığı maneələrə, qərəzli münasibətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının əksər sahələri uğurla inkişaf edirdi. İmperiya ciddi problemlərlə üzləşir, dərin böhran dövrünü yaşayırdı. Azərbaycan isə çətin şəraitdə iqtisadi göstəricilərini yüksəldirdi [50, s.142, 147]. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı. 1970-80-ci illərdə yeni    müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynadı. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi [46, s.140]. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq müqayisələri proqram metodologiyasına görə, XX əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı inkişafının yüksək həddinə çatdı və 1980-ci illərin əvvəlində adambaşına ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünyanın 220 ölkəsinin içərisində 112-ci yeri tutdu. Bu, həmin vaxt təxminən Türkiyənin göstəricilərinə yaxın idi [47]. 70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə işə salındı [6]. 1970-80-ci illərdə başlanğıcını 1967-ci ildən götürən metro tikintisi sahəsində böyük  uğur əldə olundu. «Ulduz» , «Bakı Soveti» (“İçərişəhər”), «Neftçilər», «Memar Əcəmi», «Əhmədli» stansiyaları istifadəyə verildi [34, s.263].
 
1970-80-ci illər Azərbaycanın mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü oldu. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, tədrisin səviyyəsi xeyli yüksəldi. Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verildi [3, s.171]. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırıldı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı [19, s. 138; 18]. 1970-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi [45, s.86].
 
Təbiət elmləri sahəsində görkəmli alimlərdən Xudu Məmmədov, Azad Mirzəcanzadə, Mirəli Qaşqay, Şəfaət Mehtiyev, İxtiyar Bəxtiyarlı və başqaları mühüm araşdırmalar aparırdılar [10]. Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olundu. Ziya Bünyadov, Cəmil Quliyev, Fəridə Məmmədova, Süleyman Əliyarlı, Mahmud İsmayılov, Oqtay Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər elmin inkişafında mühüm rol oynadılar [28, s.200-228]. 1970-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildinin çapdan çıxması mühüm hadisə oldu.
 
Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər oldu. Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynadılar. Bədii nəsrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunurdu. Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı [12].
 
Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk qadın bəstəkar kimi Şəfiqə Axundova «Gəlin qayası» operasını yazdı. Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycan film» kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi [13].
 
İmperiyanın mahiyyətinə uyğun məhdudiyyətlərə, təzyiqlərə, ideoloji ştamplara baxmayaraq Azərbaycan elmi, təhsili, mədəniyyəti tarixi köklərinə, insanların fərdi keyfiyyətlərinə, təfəkkürünə söykənərək inkişafını davam etdirdi.
 
 
Ədəbiyyat:
 
 
1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956). – Azərbaycan dili. Prezident kitabxanası, s. 32.- files.presslib.az/projects/ remz/pdf/atr_dil.pdf.
 
2. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər). Sənədlər toplusu. Bakı, “Zərdabi LTD” nəşriyyatı, 2013.
 
3. Azərbaycan tarixi. Yeddi cilddə, VII cild. Bakı, “Elm”, 2008.
 
4. AzTV-nin yaranmasından 67 il keçir.- oxu.az/society/696022.
 
5. Axundova E. Heydər Əliyev: şəxsiyyət və zaman. 1-ci hissə (1923-1969). Bakı, “Ozan”, 2007.
 
6. Bakı Dərin özüllər zavodu.- azerbaijan-news.az/az/posts/detail/baki-derin-ozuller-zavodu-1665434826.
 
7. Dağlıq Qarabağın Sovet dövrü Heydər Əliyev...- banker.az/dagliq-qarabagin-sovet-dovru-heyder-eliyev-ermenilerin-butun-mekirli-planlarinin-qarşisini-almişdi/.
 
8. Əliyeva İ. Azərbaycanın yüksəlişində mühüm mərhələlərin başlanğıcı.- azerbaijan-news.az/view-152013/azerbaycanin-yukselisinde-muhum-merhelenin-baslangici.
 
9. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.- “Respublika” qəzeti, 30 dekabr 2000-ci il, s. 1.
 
10. Əlizadə A. Azərbaycanda müasir iqtisadi durum və fundamental elm.- “Azərbaycan” qəzeti, 2014, 29 mart, s. 4.
 
11. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü.- azerbaijan.az/ related-information/146.
 
12. Həbibbəyli İ. Sosialist realizmindən milli istiqlaladək.- “525-ci qəzet”, 2017, 6 yanvar, s. 8,10.
 
13. Xavəri S. XX əsrin 60-80-ci illəri Azərbaycan mədəniyyəti.- edebiyyatqazeti.az/news/muzakire/52-xx-esrin-60-80-ci-iller-azerbaycan-medeniyyeti.
 
14. Qaffarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, “Elm”, 1999.
 
15. “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 dekabr 1997-ci il.- e-qanun.az/ framework/4099.
 
16. 1978-ci il Konstitusiyası.- files.preslib.az/projects/remz/pdf/atr_kons.pdf. 
 
17. Mircəfər Bağırovun varisi: “Cəsədini tapdıq, oğlunun yanında dəfn elədik”.- web.archive.org/web/20190123071735/ //news.milli.az/country/ 564732.html.
 
18. Muradov A. Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair.- “Azərbaycan müəllimi” qəzeti, 2012, 13 aprel, s. 5.
 
19. Müstəqil Azərbaycan 10 il. Statistika məcmuəsi. Bakı, “Səda”, 2001.
 
20. Nuriyeva İ. Azərbaycan tarixi. Texniki ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
21. Paşayev A. Köçürmə. Bakı, “Gənclik”, 1995. 
 
22. Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz). Poladdan bir yarpaq. Bakı, “Elm və təhsil”, 2013.
 
23. Rüstəmov F. Heydər Əliyev və Azərbaycandan kənarda ali təhsilli kadr hazırlığı.- muallim.edu.az/news.php?id=24039.
 
24. Siyasi tarix: mühazirə kursu, II hissə. Bakı, “Azərbaycan Ensiklopediyası NPB”, 1998.
 
25. Şamil Əzizə, Şamil Əli. Azərbaycanın müstəqilliyinə ömür həsr edənlər.- academia.edu/38508198/Cahid_Hilaloğlu_və_Çingiz_Abdullayev_Mədəniyyət_Dünyasındain_pdf.
 
26. Vazgen, Papa və Sadıq Rəhimov.- sia.az/news/articles/552040.html.
 
27. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası, Bakı, “Kitab klubu”, 2013.
 
28. Zülfüqarlı M. Azərbaycan tarixi. İkinci Respublika dövrünün tarixşünaslığı (1920-1991-ci illər). Bakı, “Çaşıoğlu”, 2001.
 
29. Altstadt A.L. The Azerbaijani Turks. Pours and identity under Russian Rule. Stanford, 1992.
 
30. Broers L. Armenia and Azerbaijan: Anatomy of a Rivalry.- Edinburgh University Press, 2019.
 
31. Hull J. “The Second Industrial Revolution: The History of a Consept”, Storia Della Storiografia, 1999, Issue 36.
 
32. Qəzənfərqızı A. “Novruz under the Soviet Union.- visions.az/en/news/ 892/14b15f4d/.
 
33. Азербайджан в 1920-91 годы.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/az/terms/ 20212/cild/12.
 
34. Азербайджан в цифрах в 1990 году. Баку, «Азернешр», 1991.
 
35. Азербайджанская ССР 50-летию Великого Октября. Баку, «Статистика», 1967.
 
36. Алиев И. Нагорный Карабах. История, факты, события. Баку, «Элм», 1989.
 
37. Багиров Мир Джафар Аббас оглы.- Справочник по истории Коммунистической партии и Советского Союза 1898-1991.- web.archive.org/web/20121014031703/ http:/www.kvowbysight.info/ BBB/01187.asp.
 
38. Велизаде И. Вели Ахундов-человек из «оттепели».- azertag.az/ ru/xeber/ Veli_Ahundov_chelovek_iz_ottepeli-95/014.
 
39. Верховный совет Азербайджанской ССР (1920-1991-е годы.- meclis.gov.az/news/-az.php?id=15&lang=ru.
 
40. «Весь обмарался»: как убивали Берию.- gazeta.ru/science/ 2018/12/ 23/_a_12_12105331.shtml.
 
41. Закон СССР «О передаче Крымской области из состава РСФСР в состав Украинской ССР. Москва, Издание Верховного Совета СССР, 1954.
 
42. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.
 
43. Мингечаурская ГЭС.- booksite.ru/fulltext/1/001/008/076/626.htm.
 
44. Мустафа Н. Депортация 1948-1953 годов.- iravan.preslib.az/ru/1948-1953_deportasiyasi.html.
 
45. Народное образование и культура в Азербайджанской Республике. Стат. сборник. Баку, «Азернешр», 1992.
 
46. Народное хозяйство Азербайджанской ССР в 1985 году. Стат. ежегодник. Баку, «Азернешр», 1986.
 
47. Общая характеристика экономики.- Azərbaycan Milli Ensiklopediyası.- ensiklopediya.gov.az/terms/20227/cild/12.
 
48. Помреев Ю. Кровавый омут Карабаха. Баку, изд. «Азербайджан», 1992.
 
49. Притязания армян к АзССР после второй мировой войны (1945-1960-е гг.).- azerhistory.com/?p=21958.
 
50. Промышленность СССР. Стат. сборник. Москва, «Финансы и статистика».
 
51. «Установить нормы отпуска…»// «Российская газета», 2020, №96 (8150), s. 29.
 
52. Фурман Д.Е. Азербайджан и Россия: общества и государства. Москва, «Летний сад», 1999.
 
Oxşar xəbərlər
12:16, Bu gün
Hacı İbrahim Nehrəmlinin qardaşı hakim qarşısına çıxarılır – Bakıda DƏHŞƏTLİ PARTLAYIŞ
12:12, Bu gün
ATƏT PA-nın komitə sədri: "Terrorla mübarizədə Türk dünyasının səsi olacağıq"
12:09, Bu gün
İran XİN-də Azərbaycanla əlaqələr müzakirə edilib - FOTO
12:05, Bu gün
İyulda hərbi xidmətə çağırışın yekunları müzakirə olunub
12:02, Bu gün
"Sumqayıt" - "Fehervar" matçına 4600 bilet satılıb
12:00, Bu gün
Rusiyada 10 uşaq itkin düşdü
12:00, Bu gün
21+ film gəlir “Pozğun” - Müəllifdən AÇIQLAMA: "Erotika, şiddət, narkotika…”
11:55, Bu gün
Avropanın heç kimin bilmədiyi ən yaxşı çimərlikləri
11:53, Bu gün
"Snayper hazırlığı" kursu keçirilib - FOTO
11:50, Bu gün
Ermənistanın Zəngəzur dəhlizinə nəzarət etmək hüququ yoxdur - SƏBƏBLƏR + VİDEO
11:48, Bu gün
Yayda sürücülər buna mütləq əməl etməlidir – Avtomobil sahiblərinin DİQQƏTİNƏ
11:45, Bu gün
İyulda hərbi xidmətə çağırışın yekunları müzakirə olunub - FOTO
11:42, Bu gün
Sabiq nazirin qızı da deputatlığa namizəd oldu
11:40, Bu gün
COVID-in yeni ştammı Niderlandı cənginə aldı
11:37, Bu gün
"Təbii qidalanma körpənin sağlamlığı və ailəyə bağlılıqda böyük önəm daşıyır" - MÜSAHİBƏ
11:34, Bu gün
Həkim cadudan xilas etmək üçün pasiyentin başına 77 iynə soxdu
11:28, Bu gün
Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk
11:21, Bu gün
Bakı-Xırdalan-Sumqayıt qatarı yeniyetməni vurdu
11:19, Bu gün
Kosmik hava durumu: geomaqnit qasırğası ehtimalı var
11:16, Bu gün
Həmin maşınlarla bağlı tədbir görüldü
11:15, Bu gün
Ağadadaş Ağayev tanışını baltalayıb - DİN təsdiqlədi
11:12, Bu gün
İlham Əliyev Misir Prezidentini təbrik etdi
11:11, Bu gün
Trampa qarşı sui-qəsdlə bağlı maraqlı detal üzə çıxdı
11:08, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - VİDEO
11:06, Bu gün
Qazaxıstan Azərbaycan ərazisindən “yaşıl enerji” tədarük edəcək
11:01, Bu gün
Fatih Birol COP29-da konkret nəticələrə nail olmaq üçün strategiyanı açıqladı
11:00, Bu gün
Bakıda 75 yaşlı qadının evinə basqın edildi
10:56, Bu gün
Ağadadaş Ağayev adam vurdu: Vəziyyəti ağırdır - İDDİA
10:52, Bu gün
Naxçıvanın bəzi küçələrində işıq olmayacaq
10:50, Bu gün
Bəşər tarixinin müstəmləkə ləkəsi – Kolonial siyasətdən əl çəkmək istəməyənlər var
10:47, Bu gün
“Azərişıq” Bakıda daha 12 nöqtədə enerji doldurma məntəqələri quraşdırır - VİDEO
10:42, Bu gün
Xəbər aparıcısı "etiraza səbəb olmayın" statusuna görə cəzalandırılacaq
10:41, Bu gün
BDU-da yeni ixtisaslaşma açılacaq: “Korreksiyaedici təlimin metodları və metodologiyası”
10:37, Bu gün
Qaxda körpə dərmandan zəhərlənib
10:32, Bu gün
Bu gün Əhmədin növbəti məhkəməsi keçiriləcək
10:27, Bu gün
40 il sonra görüşdülər…
10:21, Bu gün
Səyahət infeksiyalarına diqqət edin
10:18, Bu gün
Mirmahmud Mirəlioğlu Sumqayıtda YAP-ın namizədinə qalib gələ biləcəkmi?..
10:16, Bu gün
Bakıda azyaşlı övladını və özünü öldürən şəxs barədə cinayət işi açılıb
10:11, Bu gün
"Gözəllik kraliçası" evində ölü tapıldı
10:06, Bu gün
Oğuzda 11 yaşlı qız öldü - Səbəb dəhşətə gətirir
10:01, Bu gün
Bu tərəvəz bir dəqiqədə şəkəri aşağı salır
09:56, Bu gün
Efirdən uzaqlaşan Aytən Səfərovanın yeni işi
09:51, Bu gün
Qanunsuz dövriyyədən çıxarılan 247 kiloqram narkotik məhv edilib
09:50, Bu gün
Emin Şaiq İbrahimov saxlanıldı
09:45, Bu gün
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq
09:40, Bu gün
Bayden bu tarixdə Ağ Evə qayıdacaq
09:35, Bu gün
Bu günün ən şanslı 3 bürcü: Gözlənilməz təkliflər alacaqsınız
09:30, Bu gün
Musiqiçiləri daşıyan avtobus dərəyə aşdı: 9 ölü
09:25, Bu gün
Aran rayonlarında 38 dərəcə isti olub - FAKTİKİ HAVA
09:20, Bu gün
Bu yollarda tıxac var - SİYAHI
09:15, Bu gün
Balakəndə avtomobil qadını vuraraq öldürüb
09:10, Bu gün
Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - TƏFƏRRÜAT
09:05, Bu gün
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı
09:04, Bu gün
Rusiya rusiyapərəst hakimiyyəti qorumaq üçün bu ölkəyə də ordu yeritməyə hazırdır... 
09:00, Bu gün
Metroların oturacaq dizaynı niyə avtobus kimi deyil?
08:51, Bu gün
Erməni mediası Qarabağdan köçmüş hayların sayının 50 mindən də az olduğunu dolayısıyla etiraf etdi...
08:42, Bu gün
Meyvələrdən keçən xərçəng! - Bunu etsəniz...
08:34, Bu gün
Sakit okeanın dibində NƏ AŞKAR EDİLDİ? 
08:28, Bu gün
Bakıda film kimi OLAY - polis azyaşlını girov götürəni belə zərərsizləşdirdi 
08:18, Bu gün
Messi və həyat yoldaşı Antonella ilə SƏMİMİ FOTOları
08:08, Bu gün
Maaşlar nə qədər artacaq? - VİDEO
07:42, Bu gün
SOCAR-dan “Premium” markalı benzinlə bağlı VACİB AÇIQLAMA
07:30, Bu gün
Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra BUNU ETDİ 
07:24, Bu gün
Tabut 4 il sonra açıldı: möcüzə ortaya çıxdı - İnanılmaz olay - FOTOLAR
07:11, Bu gün
Elçiləri qarşılayan qızın nənəsinə elə hərəkət etdi ki… – VİDEO
06:55, Bu gün
Bu rayonlarda evlərin qiyməti sürətlə ARTIR
06:44, Bu gün
Avtomobillərə çəkilən qoruyucu üzlüklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ
06:24, Bu gün
Azərbaycanda sabiq diplomat SAXLANILDI
22 Jul 2024 | 23:36
"Gülümsəyin, bu, ürəyiniz üçün faydalıdır": beyin infarktın müalicəsinə kömək edir
22 Jul 2024 | 23:33
Xəbərdarlıq: İyulun 26-dan avqustun 5-nə kimi vaxtınız var
22 Jul 2024 | 23:23
"Demokratlar həmişə ermənipərəst olublar" - Qüdrət Həsənquliyev
22 Jul 2024 | 23:18
Azərbaycanda nadir rast gəlinən heyvan Kəlbəcərdə... - FOTO
22 Jul 2024 | 23:15
Ukrayna Silahlı Qüvvələri artıq bu il işğalda olan Krımı bloklaya bilər
22 Jul 2024 | 23:10
Bu ölkədən Bakıya birbaşa reyslər açıla bilər - Nazir
22 Jul 2024 | 23:03
Dondurmanı necə faydalı etmək olar?
22 Jul 2024 | 23:00
"Nar" Mətbuat günündə jurnalistləri bir araya topladı - FOTOLAR
22 Jul 2024 | 22:57
Dövlət Departamenti: "ABŞ sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir"
22 Jul 2024 | 22:50
iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin!
22 Jul 2024 | 22:43
Məşhur müğənni milyarderlər siyahısına düşdü
22 Jul 2024 | 22:35
Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
22 Jul 2024 | 22:27
"İstanbula  getmişdim, nə qədər evlilik təklifi aldım..."
22 Jul 2024 | 22:20
Azərbaycanlı gənc "Harvard"ı fərqlənmə ilə bitirdi
22 Jul 2024 | 22:15
Nişanlısı dənizdə ölən Aytac: Gözlə məni... - FOTO
22 Jul 2024 | 22:11
Tovuzda 40 qəpiyə görə dava DÜŞDÜ
22 Jul 2024 | 22:05
Dövlət Departamenti: "ABŞ sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir"
22 Jul 2024 | 22:05
Milli Məclis Aparatının sabiq rəhbəri VƏFAT ETDİ
22 Jul 2024 | 22:00
Azərbaycan mətbuatı tarixindən - Nəsiman Yaqublunun yazısı
22 Jul 2024 | 21:54
"Kişilər həmişə "zapasda" başqa qız saxlayır" - Müğənni Aygül xanımlara səsləndi
22 Jul 2024 | 21:51
"Sözü, fikri, düşüncəsi azad olmayan insan Azad İnsan ola bilməz"
22 Jul 2024 | 21:48
Azərbaycandan yeni siyasi-ekoloji mədəniyyət nümunəsi...
22 Jul 2024 | 21:43
Bakıda baha internetə əlac tapılıb
22 Jul 2024 | 21:40
"Onlar Defi öldürdülər! İnşaAllah, Sinvarı da öldürəcək..." - Audio söhbət
22 Jul 2024 | 21:35
Bakıda arvadından ayrılan kişi anasını öldürdü
22 Jul 2024 | 21:31
“2013-cü ildə “ASAN xidmət” yaradıldı…”-TARİX
22 Jul 2024 | 21:22
“Simpsonlar” Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"
22 Jul 2024 | 21:15
Bakıda avtobus alışıb yandı
22 Jul 2024 | 21:10
Xırdalanda qatar uşağı vurub öldürdü
22 Jul 2024 | 21:03
Bu kənddə kişilər və qadınlar üçün ayrı dayanacaqlar var - FOTO
22 Jul 2024 | 20:56
Tiflisdə iş adamının qətli: Azərbaycanlı 9 il sonra tutuldu
GÜNLÜK
22 Jul 2024 | 15:31
Hacı İsmayılova vəzifə verildi
22 Jul 2024 | 14:38
"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı
22 Jul 2024 | 13:32
“II Şuşa Qlobal Media Forumu yalnız milli deyil, həm də beynəlxalq medianın fəaliyyətinə töhfə verəcək”
22 Jul 2024 | 17:33
Meyxanaçı Kərimdən YENİ XƏBƏR
22 Jul 2024 | 12:54
“Acınacaqlısı odur ki, mətbuatımızdakı tənqidi materiallara dövlət orqanları çox nadir hallarda reaksiya verir...”
22 Jul 2024 | 13:06
“Orada digərləri quldur, aferist, öz mənafelərini güdənlərdir”-Xalq artisti qapalı keçirilən qurultaydan danışdı-ÖZƏL
22 Jul 2024 | 17:11
18 minlik kostyumumun 4 bakal pivə ilə korlayanı BELƏ CƏZALANDIRDI - VİDEO
22 Jul 2024 | 15:25
Ermənistan sərhədimizi atəşə tutub, “təklif” verdi
22 Jul 2024 | 14:25
Eyni suyun fərqli dadı: “təmiz su” fırıldaqlığı - SƏDR DANIŞDI
22 Jul 2024 | 18:27
Bazarda pomidor niyə bahadır? – Sədrdən AÇIQLAMA
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
16 Jul 2024 | 14:53
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türkləridir...”
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
16 Jul 2024 | 14:03
Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır - SƏBƏBLƏR
16 Jul 2024 | 15:19
Maaşını istəyən 22 yaşlı gəncə DƏHŞƏTLİ İŞGƏNCƏLƏR verdilər: “Dişlərini kəlbətinlə çıxarıb…” – ŞOK FOTOLAR
16 Jul 2024 | 19:05
Güclü pul axını: İyulun ikinci yarısında 4 bürc varlanacaq
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
AYLIQ
22 Jul 2024 | 15:31
Hacı İsmayılova vəzifə verildi
22 Jul 2024 | 14:38
"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı
22 Jul 2024 | 13:32
“II Şuşa Qlobal Media Forumu yalnız milli deyil, həm də beynəlxalq medianın fəaliyyətinə töhfə verəcək”
22 Jul 2024 | 17:33
Meyxanaçı Kərimdən YENİ XƏBƏR
22 Jul 2024 | 12:54
“Acınacaqlısı odur ki, mətbuatımızdakı tənqidi materiallara dövlət orqanları çox nadir hallarda reaksiya verir...”
22 Jul 2024 | 13:06
“Orada digərləri quldur, aferist, öz mənafelərini güdənlərdir”-Xalq artisti qapalı keçirilən qurultaydan danışdı-ÖZƏL
22 Jul 2024 | 17:11
18 minlik kostyumumun 4 bakal pivə ilə korlayanı BELƏ CƏZALANDIRDI - VİDEO
22 Jul 2024 | 15:25
Ermənistan sərhədimizi atəşə tutub, “təklif” verdi
22 Jul 2024 | 14:25
Eyni suyun fərqli dadı: “təmiz su” fırıldaqlığı - SƏDR DANIŞDI
22 Jul 2024 | 18:27
Bazarda pomidor niyə bahadır? – Sədrdən AÇIQLAMA