Qoca qitənin cavan problemləri...
Dünya
Oxunub: 4856
09 Jan 2015 | 10:38
Qoca qitənin cavan problemləri...
 200 il bundan əvvəl Avropanın “ağıl dəryası” sayıla biləcək fransız diplomat Şarl Taleyranın belə bir ifadəsi vardı: ”Məntiq - ən güclü casusdur!”
Nə qədər təəccüblü də olsa, bəzən müasir dünyanın siyasi elitasında məntiq sarıdan mövcud olan kasadlığın şahidi olmaq zorunda qalırıq. Ötən 2014-cü ilin son ongünlüyündə öz yazılarımda  bu barədə söylədiyim və yeni ilin ilk ongünlüyündə artıq Qərbin ən yüksək eşalonlarından sərgilənən bənzər fikirlər siyasət dünyamızın məntiq sarıdan doğrudan da əziyyət çəkdiyini təsdiqləməkdə davam edir... 
Son yazımda verdiyim bir-neçə fikri yenidən diqqətinizdə canlandırmaq istərdim:
“XXI əsrin Soyuq Müharibəsi ”“ Avropa Birliyinin siyasi rəhbərlərinin ilk növbədə öz xalqları qarşısında böyük tarixi səhvi idi. Soyuq müharibə həm də böyük geosiyasi bir avantüradır, Qoca Qitənin inkişafını xeyli dala ata biləcək və dünyada sülhün və əməkdaşlığın dayaqlarını zəiflədəcək bir avantüra.“
“Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropa ölkələrinə ziyandan başqa bir nəticə verməyəcəkdir. Hətta neftin qiymətinin düşməsi də, son nəticədə Rusiyanın xeyrinə olacaqdır və ABŞ-ın enerji sektorunu yaralayacaqdır. Rublun dəyərinin ucuzlaşması isə, rus neftini daha ucuz və istehlakcı ölkələr üçün daha sərfəli edəcəkdir.“
Böyük Britaniyanın nüfuzlu “The Financial Times” qəzetində yer almış Kristian Oliverin yazısı da yuxarıda sadalanan fikirlərin gerçək ola biləcəyi barədə 2015-ci ilin ilk qaranquşlarındandır. “Corc Soros: Ukraynanı xilas edin ki, Rusiyaya qarşı tab gətirə biləsiniz” adlanan məqalə - Macarıstan əsilli maliyyəçi-milyarderin verdiyi müsahibəyə söykənir.
Corc Soros Qərbin siyasi liderlərini onların Rusiya və Ukraynaya münasibətdə yol verdikləri strateji səhvlərdə günahlandırır. C. Sorosa görə baş vermiş böhran ilk növbədə avrozona üçün ölümcül təhlükə mənbəyi olaraq qalır. Avropanın liderləri Ukraynada baş verənlərə növbəti böhran kimi baxırlar. Ukraynaya maliyyə yardımına ehtiyacı olan bir ölkə kimi yanaşırlar, amma dərk etmirlər ki, Avropa Birliyinin (AB) şərq sərhədlərində baş verən hadisələr nəinki AB-nin iqtisadiyyatı üçün, hətta həyati varlığı üçün böyük təhlükəlidir. Bu böhran AB üçün hətta Yunanıstandakı seçkilərin nəticələrindən və gələcəkdə bu ölkənin avrozonadan çıxa biləcəyindən də qat-qat təhlükəlidir. 
“Rusiyaya qarşı sanksiyalar Avropada cücərməkdə olan deflyasiya və resessiyanı artıq reallığa çevirmişdir”. Avropa liderlərinin Rusiyada defoltun baş verməsini gözləməsini məntiqsizlik kimi dəyərləndirən filantropun “Defolt Rusiya ilə bağlı olan Avropa banklarını çökdürəcəkdir” kimi ifadəsi də mövcud dünya böhranının nə qədər qlobal kökləri olduğu barədə düşünməyə vadar edir...
C.Sorosun dediklərindən bəlli olur ki, ABŞ və AB Rusiyaya qarşı sanksiyalarında böyük səhvə yol vermişlər, çünki həmin sanksiyalarla bərabər Ukraynaya 50 milyard dollar həcmində sanballı yardım etmək lazım imiş, amma Qərb 1 milyard yardım ayirmaqda belə qətiyyətsizdir. 
C.Sorosa görə Ukraynaya yardım göstərməkdə qətiyyətsizlik göstərən AB-nin mövqeyi ona dəlalət edir ki, Avropa İttifaqı hələ də yaranmış böhranın nə qədər acı nəticələr verə biləcəyinin fərqində deyildir. Onun fikrincə, əgər belə davam edərsə, “AB özü çökəcəkdir”...
“The Financial Times” ın yazdığından belə bir məntiqi nəticəyə gəlmək olar ki, birinci soyuq müharibədən yenicə çıxmış dünyamıza növbəti soyuq müharibə ümumiyyətlə lazım deyilmiş. Ən azından, Avropanın öz geosiyasi maraqları naminə, baş verən hadisələr ”“ absurddur.
Obrazlı götürsək, AB çox güclü mühərriki olan və sürət rekordları vurmaqda davam edən avtomobili xatırladırdı. Amma avtomobili idarə edənlər bir vacib detalı tamam nəzərdən qaçırmışdı. Bu detal ondan ibarət idi ki, yolun ortasında avtomobilin yanacağı qurtara bilərdi və qurtarmalı idi də.  Unutmaq olmaz ki, Avropa nə enerji daşıyıcıları, nə də digər mineral ehtiyyatlar sarıdan zəngin olan qitə deyildir və onu idarə edənlər siyasi gedişlərində heç olmasa bunu nəzərə almalı idilər.
Yadınızdadırsa, II Dünya Savaşı zamanı Hitler Almaniyası ilə ittifaqda olan Yaponiyanın da SSRİ-yə qarşı uzun müddət müharəbə elan etməyə cürət etməməsinin bir əsas səbəbi də elə məhz yanacağın qıtlığı problemi olmuşdu...
C.Sorosun fikrincə Rusiyada yaranmış maliyyə böhranı Avropa üçün həm iqtisadi, həm də strateji təhlükə mənbəyi olmaqla yanaşı get-gedə iqtisadi vəziyyəti ağırlaşan Rusiyanı daha aqressiv millətçi siyasət yürütməyə vadar edəcəkdir... 
Daha sonra, “Rusiya dünyaya alternativ yanaşma təklif edir ”“ qanunun aliliyi əvəzinə, gücün hökmünü təklif edir” deyən filantropla razılaşmaq çətindir. 
Çünki dünya ictimaiyyəti Əfqanıstanda, İraqda, Liviyada, Sudanda, Misirdə, Suriyada və başqa ölkələrdə “gücün hökmü” ilə kimin “demokratiya və stabillik” yaratmaq istədiyini yaxşı bilir. Hər halda, Qərb ölkələrindən fərqli olaraq, BMT-nin sanksiyaları olmadan üçüncü ölkələrdə hərbi təcavüzlərin gerçəkləşdirilməsində Rusiya heç zaman iştirakçı olmamışdır. Ukrayna hadisələrində Rusiyanı adekvat addımlar atmağa vadar edən də, məhz  “gücün hökmü” ilə Ukraynada dövlət çevrilişi edən qüvvələr olmuşdur.
Lakin məntiq gec də olsa öz işini görür. 2015-ci ilin ilk həftəsində AB ölkələrinin siyasi rəhbərlərinin bəyanatları XXI əsrin soyuq müharibəsinin uzun çəkməyə biləcəyi təəssüratı yaradır. O biri tərəfdən, bu bəyanatlar Qərbin özündə yaranmış və dərinləşməkdə olan böhranın əks-sədalarıdır.
Məsələn, Fransa Prezidenti Fransua Ollandın “Əgər Rusiyada böhran baş verirsə, bu mütləq bizim üçün yaxşıdır demək doğru deyildir” ifadəsi. Həmçinin, Almaniyanın vitse-kansleri Ziqmar Qabrielin Moskvaya qarşı sanksiyalar Avropanın özündə neqativ nəticələrə səbəb olacaqdır və Rusiyanın siyasi və iqtisadi cəhətdən zəifləməsi bütün dünya üçün çox təhlükəlidir deməsi. NATO-nun Baş Katibi və Avropanın praqmatik siyasətçilərindən sayılan Yens Stoltenbergin alyansın Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizədə bundan sonra da əməkdaşlıqda maraqlı olmasını söyləməsi. Bütün bunlar 2015-ci ilin böyük barış ili ola biləcəyindən xəbər verir.
Qoca Qitə indi özü də yaxşı dərk etməyə başlayır ki, çox ağır yük olan Ukraynanı uda bilməyəcəkdir. İqtisadi böhran Rusiyanı çökdürə bilməyəcəkdir və bu ölkədə rəngli inqilabın meydana gəlməsi ehtimalının ehtimal olaraq qalması daha yüksəkdir. Lakin yaranmış Qərb-Şərq qarşıdurması XXI əsrin iyrənc siyasi avantürası olaraq Avropa və Rusiya xalqlarına, dünya xalqlarına hələ bir zaman ağır anlar yaşadacaqdır.
Görünür, dünyamıza bir az daha çox məntiq, və bir az daha çox tolerantlıq çatışmır və keçən əsrdən miras qalma konservatizm və revanşizm meyilləri hələ də güclüdür. Hər halda, şər deməsən, xeyir gəlməz. Dünyamıza yeni nizamın lazım olduğu aksiomadır. Bu aksiomun adı ”“ sülhdür, bərabərlikdir, dostluqdur, əməkdaşlıqdır...

09 yanvar 2015. Moskva.


 

 

Oxşar xəbərlər
16:56, Bu gün
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
16:50, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:45, Bu gün
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
16:40, Bu gün
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
16:36, Bu gün
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:34, Bu gün
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub
16:32, Bu gün
İranda toy mərasimi yasa çevrildi - VİDEO
16:27, Bu gün
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
16:24, Bu gün
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
16:20, Bu gün
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
16:16, Bu gün
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
16:12, Bu gün
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
16:08, Bu gün
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
16:02, Bu gün
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
15:59, Bu gün
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
15:55, Bu gün
“Heydər xalqım deyəcək…” - VİDEO
15:53, Bu gün
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
15:50, Bu gün
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
15:45, Bu gün
Şuşaya qayıdış belə başladı - VİDEO
15:43, Bu gün
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
15:38, Bu gün
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
15:34, Bu gün
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
15:30, Bu gün
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
15:27, Bu gün
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
15:25, Bu gün
Bakıda avtomobil gənc qızı vurub
15:20, Bu gün
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
15:15, Bu gün
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
15:13, Bu gün
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
15:10, Bu gün
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
15:08, Bu gün
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
15:04, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
14:58, Bu gün
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
14:56, Bu gün
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
14:53, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
14:48, Bu gün
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
14:43, Bu gün
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
14:41, Bu gün
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:36, Bu gün
Tbilisiyə uçan təyyarədə qadın hamının gözü önündə can verdi - ANBAAN VİDEO
14:33, Bu gün
İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa əl atır - FOTO
14:29, Bu gün
Səbaildə 15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb
14:28, Bu gün
"Moskvada qələbə paradı qar altında, tanklarsız keçib" - BBC
14:24, Bu gün
Saşa Boey “Qalatasaray”a qayıdır
14:23, Bu gün
Qubada gənc oğlan qonşu qadınla münasibət qurmaq istədi, əri ilə tövlədə... – Şok təfərrüat
14:18, Bu gün
Mehriban Əliyevadan Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı paylaşım - FOTO
14:12, Bu gün
Jukovu özünə həmkar sayan nasist generalı – o, sonda Göbbelsə özünü güllələməyi məsləhət görüb  
14:07, Bu gün
Paşinyanın impiçmenti mümkündür? - ŞƏRH + FOTO
14:02, Bu gün
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi keçiriləcək
13:58, Bu gün
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Fərid Məmmədzadə BELƏ ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT
13:52, Bu gün
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
13:46, Bu gün
Ermənistanda etirazçılar İrəvan-Tehran yolunu bağlayıblar - FOTO
13:40, Bu gün
Azərbaycanda tələbələrin faciəli şəkildə ölməsinin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO
13:36, Bu gün
Maşın almaq istəyənlərə vacib xəbər: Avtomobillər bu tarixdə kəskin ucuzlaşacaq 
13:30, Bu gün
MSK sədri parlament seçkilərinə hazırlıqdan danışdı
13:25, Bu gün
Ekspertdən İDDİA: “Taksi xidməti kəskin bahalaşacaq” - FOTO
13:21, Bu gün
Evdən qaçan gənc oğlan 13 gündən sonra tapıldı
13:18, Bu gün
“Ailə sirlərini açıqlayan məlumatlar yayılıb” - Baş Prokurorluqdan XƏBƏRDARLIQ
13:13, Bu gün
Nazpəri Günelin qardaşı oğlunun məclisində rəqs etməkdən İMTİNA ETDİ – VİDEO
12:58, Bu gün
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
12:54, Bu gün
Xalq şairi Musa Yaqubun doğum günüdür
12:49, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:47, Bu gün
Mayın 11-dən maarifləndirici təmizlik aksiyalarına start veriləcək
12:45, Bu gün
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA 
12:40, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: bu yol bağlıdır
12:36, Bu gün
"Binə" ticarət mərkəzində DƏHŞƏT: sahibkar özünü asdı
12:32, Bu gün
Slovakiyalı ekspert: "Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər"
12:28, Bu gün
Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək
12:23, Bu gün
Prorektorun qətlini sifariş edən rektorla bağlı qərar - VİDEO
12:18, Bu gün
Kursantlardan ulu öndərin anadan olmasının ildönümü ilə bağlı maraqlı fləş-mob - VİDEO
12:12, Bu gün
Konor Makqreqor və Maykl Çendler arasında döyüşün bilet qiymətləri açıqlandı - FOTO
12:10, Bu gün
BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb
12:05, Bu gün
Ələtdən o yana öz radiolarımız tutmur, amma… – Bunun qarşısı niyə alınmır? – AÇIQLAMA
12:00, Bu gün
İyunun sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
11:55, Bu gün
Dünyada ABŞ-yə rəğbət çoxdur, yoxsa Rusiyaya? – Sorğu göstərir ki...
11:49, Bu gün
Oğuzda əl qumbaraları və sursat AŞKARLANDI
11:45, Bu gün
Azərbaycan Premyer Liqası: “Neftçi” “Kəpəz”i qəbul edəcək
11:40, Bu gün
“İŞİD” terror təşkilatının üzvlərinə hökm oxundu
11:36, Bu gün
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
11:30, Bu gün
I sinfə qəbulda müsahibələrin aparılma QAYDASI
11:24, Bu gün
İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - ARAŞDIRMA + VİDEO
11:24, Bu gün
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
11:19, Bu gün
Tamam Cəfərova: "Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz"
11:17, Bu gün
“Dedim, afrikalılardan ayrılmayacam; harda yatırlarsa, orda yatacam, nə yeyirlərsə...”
11:16, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: İki gün maqnit qasırğası olacaq
11:11, Bu gün
Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir
11:06, Bu gün
Heydər Əliyev onu “yaraşıqlı oğlan” adlandırırdı: “Nəsimi” filminə baxandan sonra deyib ki...
11:05, Bu gün
Azərbaycan nefti cüzi bahalaşıb
11:00, Bu gün
"Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir" - Vüqar Rəhimzadə
10:55, Bu gün
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Generalın qaynı oğlu BELƏ ÖLDÜRÜLÜB - Cinayətin ŞOK TƏFƏRRÜATI / VİDEO
10:52, Bu gün
Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib, 92 mağara və sığınacaq məhv edilib
10:49, Bu gün
Güclü, dağıdıcı seysmik təkanlar ola bilər? - Qurban Yetirmişli açıqladı
10:42, Bu gün
Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb
10:34, Bu gün
Aygündən Namiqə səhnədə ETİRAF: "Ömür boyu alın yazım..." - VİDEO
10:27, Bu gün
Telman İsmayılov haqda yeni cinayət işi: Bir sıra qətllərdə... 
10:16, Bu gün
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
10:10, Bu gün
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər- FOTOLAR 
10:01, Bu gün
Azərbaycanlı turistlər ən çox hansı ölkələrdə pul xərcləyir? – SİYAHI
09:58, Bu gün
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanıldı
09:56, Bu gün
Bu rayonlarda qaz olmayacaq
09:55, Bu gün
“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
GÜNLÜK
09 May 2024 | 17:27
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
09 May 2024 | 17:34
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
09 May 2024 | 17:10
Dövlət qurumunun iki idarəsi birləşir
09 May 2024 | 17:41
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
09 May 2024 | 17:03
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
09 May 2024 | 17:17
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
09 May 2024 | 17:48
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
09 May 2024 | 17:20
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
09 May 2024 | 17:15
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
09 May 2024 | 20:00
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
AYLIQ
09 May 2024 | 17:27
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
09 May 2024 | 17:34
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
09 May 2024 | 17:10
Dövlət qurumunun iki idarəsi birləşir
09 May 2024 | 17:41
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
09 May 2024 | 17:03
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
09 May 2024 | 17:17
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
09 May 2024 | 17:48
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
09 May 2024 | 17:20
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
09 May 2024 | 17:15
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
09 May 2024 | 20:00
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO