Çexiya Ukraynaya silah tədarükünü artırıb
Dünya
1470
27 Jun 2023 | 21:43

Çexiya Ukraynaya silah tədarükünü artırıb

Çexiya bu ilin əvvəlindən Ukraynaya silah tədarükünü artırıb.

Bunu Baş nazir Petr Fiala bildirib.

Yanvar-may ayları ərzində sovet istehsalı olan 24 modernləşdirilmiş "T72" tankı, 76 amfibiya piyada döyüş maşını, 645 tank əleyhinə raket və “Qvozdika” özüyeriyən silahlar üçün 57,3 min mərmi və “Dana” özüyeriyən texnika tədarük olunub.

Çexiya, həmçinin Ukraynaya 16 "Kub" hava hücumundan müdafiə sistemi də təhvil verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər