Peskovdan Madyara dəyərli MƏSLƏHƏT: "Sən də eyni şeyi etsən..."
353
15 Apr 2026 | 21:17

Peskovdan Madyara dəyərli MƏSLƏHƏT: "Sən də eyni şeyi etsən..."

Macarıstan seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar Baş nazir kimi Rusiya ilə dialoqa hazır olarsa, bu, mövcud ikitərəfli problemlərin həllinə kömək edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "India Today" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Moskva Budapeştin qərarını yüksək qiymətləndirəcək.

“Əgər o da eyni şeyi edərsə, biz də bunu qiymətləndirəcəyik və bu, problemləri həll etməyimizə, həm Macarıstanda, həm də Rusiyada insanların narahatlıqlarına daha yaxşı cavab verməyimizə kömək edəcək”, -  Kremlin sözçüsü qeyd edib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər