“Rusiya və Ukrayna arasındakı müharibə reallığına Rusiya rəhbərliyinin səhv, düşüncəsiz addımları gətirib çıxara bilər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Altay bildirib. Ekspertin qənaətincə, Rusiyanın son illər sərgilədiyi siyasət onun beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurmaqdadır:
“Kreml bir tərəfdən, SSRİ-dən ayrılmış dövlətləri rəsmi olaraq müstəqil kimi tanıyır, əslində, digər tərəfdən isə, bunu həzm edə bilmir. Onları öz tabeçiliyində olan müstəmləkəsi hesab edir. Belə bir absurd ikili düşüncə və yanaşmanın nəticələri isə, Qarabağ, Abxaziya, Dnestryanı Respublika, Krım və s. kimi destruktiv problem ocaqlarının yaranması ilə nəticələnir. Bu yaralı ocaqlar isə son nəticədə Rusiyanın bütün dünyada nüfuzdan düşməsinə, imperiya kimi isə çöküşünə doğru yönəlir”.
Seymur Əliyev