Avropa İttifaqı hesab edir ki, Ukraynanı öz əvvəlki vəziyyətinə ancaq yeni hakimiyyət və konstitusiya qaytara bilər.
Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici İşlər Nazirlər Şurasının qəbul etdiyi yekun sənəddə deyilir.
Qeyd edək ki, fevralın 10-da Brüsseldə Aİ XİN Şurasının toplantısı keçirilib və orada Ukraynadakı vəziyyət müzakirə olunaraq bu gün yekun sənəd imzalanıb. Sənəddə deyilir ki, ancaq bütün qüvvələrin qəbul etdiyi yeni hakimiyyət, konstitusiya islahatı, həmçinin azad və ədalətli prezident seçkilərinə hazırlıq Ukraynanın üzləşdiyi durumu islahatlar yoluna qaytarmaq olar. Ukraynada baş verən siyasi böhranl durumu həyəcanla izlədiklərini bəyan edən Avropa İttifaqı, eyni zamanda, qısa bir zaman içində yarana biləcək mürəkkəb vəziyyətdə yardım etməyə hazır olduğunu bildirib.