Stalindən İrana təklif: "Azərbaycanlılara nəsə vermək lazımdır, muxtariyyət təhlükə yaratmır”
Dünya
Oxunub: 5021
20 Sep 2020 | 13:09
Stalindən İrana təklif:

1946-cı ildə İ.Stalin İranın baş naziri Qəvvam-Səltənə ilə Cənubi Azərbaycan məsələsini müzakirə edib.

Tanınmış jurnalist Müsəllim Həsənov bununla bağlı Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivində “Stalin fondu” kimi tanınan, üzərindən məxfilik qrifi yaxınlarda götürülən 558-ci fondun sənədləri əsasında maraqlı məlumatları araşdırıb.

Moderator.az azpost.info-ya istinadən müəllifin bununla bağlı tarixi qeydlərini oxucularına təqdim edir:

-Məlum olduğu kimi, faşist Almaniyasının SSRİ-yə hücumundan sonra – 1941-ci ilin avqustunda sovet qoşunları İrana yeridilir. Həmin ilin noyabrında S.C.Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti yaradılır.

Təbii ki, müharibənin qurtarmasına baxmayaraq, sovet qoşunlarının İranda qalması və ölkənin şimalında azərbaycanlıların Milli Hökumət yaratması İran rəhbərliyini ciddi narahat edir. Ona görə də 1946-cı ilin yanvarında İranın baş naziri seçilən Qəvvam Əs-Səltənə bu problemləri həll etmək üçün Moskvaya İosif Stalinlə rəsmi görüşə gəlir.

Həmin görüşün Moskva arxivlərindən birində saxlanılan stenoqramından məxfilik qrifi götürüldüyü üçün biz həmin stenoqrama əsaslanırıq.

1946-cı il fevralın 21-də axşam saat 9-da İ.Stalin Qəvvam Əs-Səltənəni qəbul edir. Qəvvam Stalinə bildirir ki, o, SSRİ-yə diplomat kimi gəlməyib: “Mən diplomat deyiləm, ona görə də səmimi və açıq danışmaq istəyirəm, Moskvaya iki problemi həll etmək üçün gəlmişəm. Birincisi, sovet qoşunlarının İrandan çıxarılması xahişidir”.

Qəvvam xatırladır ki, Məclisdə (parlamentdə) tərəfdarları azdır, mövqeyimi möhkəmləndirmək üçün yeni seçkilər keçirməlidir. Ancaq sovet qoşunları İranı tərk etməyincə seçkilər keçirmək mümkün deyil.

Qəvvam bildirir ki, müzakirə etmək istədiyi ikinci məsələ Azərbaycan məsələsidir. Baş nazir İranın ərazi bütövlüyünün saxlanılması şərtilə bu işdə Sovet İttifaqından kömək istəyir.

İ.Stalin Qəvvam Əs-Səltənəni diqqətlə dinləyir və fikrə gedir…

FOTO: Baş nazir Qəvvam-Səltənə və nümayəndə heyəti

İ.Stalin: “Biz Bakısız yaşaya bilməzdik”

İ.Stalin Qəvvam Əs-Səltənəyə sovet qoşunlarının İrana 1921-ci il müqaviləsinə əsasən yeridildiyini xatırladır. Bu müqavilənin isə iki səbəbdən imzalandığını yada salır: “Birincisi, sovet Rusiyası təsir zonasından imtina etdi, ona məxsus əmlakı, dəmir yollarını və s. İrana verdi. Bu, ondan ötrü edildi ki, Bakını müdafiə edə bilək, biz Bakısız yaşaya bilməzdik”.

Stalin ikinci səbəb kimi Versal müqaviləsini xatırladır: “Biz yaxşı bilirdik ki, Versal müqaviləsi bağlanarkən İran nümayəndə heyəti bəyanat verərək Dərbəndin, Teymurxan-Şuranın, Rusiya Ermənistanının, Azərbaycanın və Xəzərin o tayındakı ərazilərin (Orta Asiya – M.H.) İrana birləşdirilməsini tələb etmişdi. Bu, İranın Sovet Rusiyasına qarşı ciddi aqressiv istəyi idi”.

Bundan sonra Stalin İranın şimalında hollandlar və amerikanlar tərəfindən neft çıxarılması məsələsinə toxunur və birbaşa etirazını bildirir: “İran neft konsessiyasını üçüncü ölkələrə verməli deyil, onu Sovet İttifaqına verməlidir”.

Onda hələ sovet qoşunları İranda idi və Stalin əminliklə danışa bilirdi…

Daha sonra Stalin deyir: “İran Azərbaycanının müxtariyyət məsələsi İranın daxili işidir. Əgər Qəvvam mənim məsləhətimi və köməyimi istəyirsə, vicdanla danışsaq, azərbaycanlılara nəsə vermək lazımdır. İndi başqa zamandır. Separatizmin qarşısını muxtariyyətlə almaq olar.

… İran azərbaycanlıları görür ki, Sovet Azərbaycanının məktəbləri, məhkəmələri var. Bu, onlarda təbii istək yaradır ki, bu şeylər onlarda da olsun. Muxtariyyət İrana heç bir təhlükə yaratmır. Hər şey İrana məxsus olacaq”.

FOTO: Sovet ordusu İranda

Cənubi Azərbaycanda muxtariyyət məsələsinə iki baxış

İ.Stalin Qəvvam Əs-Səltənəyə Azərbaycana (Cənubi Azərbaycana) muxtariyyət verməyin daha düzgün olduğunu xatırladır və deyir: “Bir halda ki məsləhət istədiniz, əlbəttə, bu, mənim məsləhətimdir. Razılaşmaq, ya razılaşmamaq Qəvvamın öz işidir. Hesab edirəm ki, azərbaycanlıları sakitləşdirmək üçün nəsə vermək lazımdır”.

Qəvvam muxtariyyət təklifi ilə razılaşmır, bildirir ki, oxşar hərəkat başqa yaşayış məntəqələrində də başlayar və İranın dağılmasına səbəb ola bilər.

Stalin xatırladır ki, “vaxtilə Gürcüstan və Ermənistan sovet Rusiyasından ayrılmaq istəyirdilər, onalara güzəşt edildi, indi çıxmaq istəmirlər. Muxtariyyət separatizmə qarşı vasitədir”.

Sonra Stalin Baş nazirdən soruşur: “Daha kim muxtariyyət istəyər? Kürdlər? Daha kimlər?”

Stalin əlavə edir ki, “nəsə vermək lazımdır, İran nəticədə daha da möhkəmlənər”.

Qəvvam soruşur ki, hər əyalət muxtariyyət istəsə, İran necə möhkəmlənə bilər?

Stalin bildirir ki, ruslar İranın möhkəmlənməsini istəyir: “Biz İran Azərbaycanının ayrılmasını istəmirik. Hətta əgər azərbaycanlılar SSRİ-yə birləşmək xahişi ilə müraciət etsələr, onlara bu məsələdə etiraz olunacaq”.

Qəvvam Stalindən xahiş edir ki, İrana himayədarlıq etsin, amma “muxtariyyət” sözü olmasın…

Bəs Azərbaycan Milli Hökumətinin taleyi necə olsun?

İranın baş naziri Stalinlə görüşdə İran Azərbaycanında yaradılmış Azərbaycan Milli Hökuməti ilə bağlı müzakirəni davam etdirir.

Baş nazir bildirir ki, İran Azərbaycanına ordakı hökumətlə (S.C.Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət nəzərdə tutulur – M.H.) danışıq aparmaq üçün xüsusi missiya göndərmək istəyirlər: “Mən hazıram ki, orda bəzi islahatlar aparım, amnistiya elan edim, azərbaycanlılar təqib olunmasın, “muxtariyyət” söhbəti yığışdırılsın, nazirliklər ləğv edilsin, Azərbaycana öz daxili işləri ilə məşğul olmaq imkanı yaradılsın”.

Qəvvam Stalinə deyir ki, İran konstitusiyasında muxtar qurumlar nəzərdə tutulmur. Amma indi azərbaycanlılar öz nazirliklərini yaradıblar, nazirləri var.

Stalin: Azərbaycanlıların hərbi naziri var?

Qəvvam təsdiq cavabı verir.

Stalin: -Xarici İşlər naziri də var?

Qəvvam: -Belə çıxır ki, onların Xarici İşlər naziri də var…

Stalin: -Azərbaycanlılar həddini aşıblar. Bu, muxtariyyət deyil. Onların hərbi naziri, xarici ticarət naziri və xarici işlər naziri olmamalıdır.

Qəvvam təklif edir ki, nazirliklər ləğv edilsin, “muxtariyyət” sözü də işlənilməsin.

Stalin soruşur: “Bəs dil məsələsi necə olsun?”

Qəvvam cavab verir ki, Azərbaycan dili İran Azərbaycanında yaşayan əhalinin doğma dili deyil, burda məskunlaşan Səlcuq işğalçılarının dilidir. İndi azərbaycanlılar İran hökumətinə, Tehrana məktubları Azərbaycan dilində yazırlar, bu dili isə tehranlılar başa düşmür, ona görə də xüsusi tərcüməçilər saxlamaq lazım gəlir.

Qəvvam Stalinə özünü onun yerinə qoymağı təklif edir. Deyir ki, Azərbaycanda mülküm var, onu idarə edən mənə məktubu Azərbaycan dilində yazır. Mən onu necə oxuyum?

Stalin: “Bu, şəxsi məsələdir, sənin mülkünü idarə edən fransız da ola bilər…”

Qəvvam bildirir ki, azərbaycanlıların öz dili yoxdur…

Stalin cavabında deyir: “Əvvəllər Rusiyada da deyirdilər ki, belorusların və ukraynalıların öz dili yoxdur, onların dili də rus dilidir. Lakin onlara güzəştə gedildi, indi ukraynalıların da, belorusların da öz dili var, baxmayaraq ki, onların slavyan kimi öz aralarında ümumi olan çox şeyləri var. Bu baxımdan azərbaycanlılara güzəştə getmək lazımdır”.

Qəvvam Gilan hadisələrini xatırladır və Azərbaycan Milli Hökuməti ilə bağlı Stalindən bir xahiş edir…

FOTO: Pişəvəri hökümətinin üzvləri Stalinin portreti ilə

İranda Azərbaycan dili tədris edilə bilər, bir şərtlə ki…

Stalinlə görüşdə söhbət İranda yaşayan azərbaycanlıların dil məsələsindən düşür və Qəvvam orda yaşayan əhalinin Tehrana məktubları Azərbaycan dilində yazmasından narahatlığını bildirir.

Qəvvam Stalindən soruşur: “Türkmənistan hökuməti Moskvaya məktubu hansı dildə yazır?”

Stalin cavab verir: “Rus dilində yazırlar, amma respublikada ziyalılar, fəhlələr, qadınlar türkmən dilində danışır. Məktəblərdə rus dili keçilir və respublikalar arasında əlaqəyə xidmət edir…”

Qəvvam bundan sonra məktəblərdə Azərbaycan dilinin tədrisinə razılıq verəcəyini bildirir, amma yazışmaların Azərbaycan dilində aparılmasına etiraz edir…

Stalin deyir: “Yazışmanın Azərbaycan dilində aparılması ağılsızlıqdır”.

Stalin daha sonra Qəvvama deyir ki, Azərbaycan məsələsi barədə düşünmək lazımdır və bu barədə əlavə bir dəfə də söhbət etməyimizə ehtiyac var.

Qəvvam Stalinin bu təklifinə başı ilə təsdiq işarəsi verir.

Sonra müzakirə başqa istiqamət alır.

Bir qədər sonra Stalin yenidən Azərbaycan məsələsinə qayıdır: “Milli məsələ indiki zamanda çox ciddi və mürəkkəb məsələdir. Azərbaycan məsələsinin üstündən sadəcə xətt çəkmək olmaz, məsələ çox böyüyüb. Azərbaycan əhalisi indi azadlığı hiss edir və heç nə onların vecinə deyil. Biz bu məsələni fikirləşək, 2-3 gündən sonra ikinci görüşdə danışarıq”.

Qəvvam xatırladır ki, 1921-ci ildə Gilanda da hərəkat başlanmışdı. Onda İran kömək üçün Rusiya səfirinə müraciət edib, Moskva da gilanlılara barışmağı məsləhət gördü. Bundan sonra Gilana İran qoşunları yeridilib.

Qəvvam xahiş edir ki, Stalin bu dəfə də azərbaycanlılara oxşar məsləhət versin.

Stalin deyir: “Gilanla Azərbaycan arasında fərq böyükdür. Azərbaycanda məsələ Gilandan daha ciddidir. Milli məsələ ən kəskin məsələdir. İndi hər yerdə milli hərəkat başlayıb…”

Görüşün sonunda Stalin sovet qoşunlarının hələ İranda qalacağını bəyan edir. “SSRİ nə İngiltərədən, nə də Amerikadan qorxur” deyərək, soruşur ki, daha sual qalmadı ki?

Qəvvam “yox” cavabı verir və əlavə edir ki, onun qaldırdığı heç bir problem həll edilmədi…

FOTO: Məhəmmədrza şah və Qəvvami -Səltənə

Oxşar xəbərlər
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb