Hulusi Akardan Liviya açıqlaması: "Bu iddiaları heç bir halda qəbul edə bilmərik"
Dünya
Oxunub: 1461
08 Jul 2020 | 12:50
Hulusi Akardan Liviya açıqlaması:
“Türkiyə və Liviya xalqının 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Liviya Liviyalılarındır. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik”.

Moderator.az xəbər veir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar BBC News-a müsahibəsində deyib.

Türkiyənin beynəlxalq hüquq çərçivəsində Liviya ilə bağlanmış müqavilələrə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəyini söyləyən Hulusi Akar “Biz burada həm beynəlxalq hüquq normalarına, həm dəniz hüququna, həm də Liviya ilə ikitərəfli müqaviləyə uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Həm ikitərəfli müqavilələr, həm də beynəlxalq hüquq çərçivəsində BMT tərəfindən tanınan, Sərracın təmsil etdiyi hökumətlə münasibətlərimizi davam etdiririk. Bu mənada münasibətlərimizi bu günə qədər əldə etdiyimiz razılaşmalar çərçivəsində inkişaf etdiririk”, - deyib.

Liviya sahillərində bir fransız gəmisinin türk donanması tərəfindən təcavüz edildiyi iddiasıyla əlaqədar danışan Akar "Bu iddiaları heç bir halda qəbul edə bilmərik, əlimizdəki bütün məlumatları və sənədləri NATO-dakı bütün qurumlarla, hərbi və mülki orqanlarla paylaşdıq. Bütün məlumatları da verdik. Əlavə məlumatlar verməyə də hazırıq. Əlimizdəki məlumatlar və görüntülər Fransanın iddialarının doğru olmadığını ortaya qoyur. Fransanın belə bir yola baş vurması dostluğa, müttəfiqliyə uyğun deyil. Ancaq bildiyiniz kimi, Fransa Haftarı dəstəkləyir. Daha sonra Haftarın vəhşi tərəfi üzə çıxdıqdan, xüsusilə Tarhunadakı kütləvi məzarlıqlar, qadınların və uşaqların necə öldürüldükləri ortaya çıxdıqdan sonra Haftarla münasibətlərini qorumaq üçün əsasları qalmadı. Həmçinin Haftar tərəfdarları tərəfindən kustar üsulla hazırlanan, bölgədəki bütün mülki əhalini hədəf alan partlayıcılarla, minalarla ərazini çirkləndirmiş olmaları da onların bəşəriyyətə qarşı cinayət etdiklərini ortaya qoyur. Fransa etdiyi siyasi səhvləri kompensasiya etmək üçün müxtəlif bəhanələrlə Türkiyəni günahlandırır.

Türkiyənin hər hansı bir şəkildə bunu qəbul etməsi mümkün deyil. Bunlar yaxın günlərdə NATO tərəfindən araşdırılmaqla bütün həqiqətlər aşkar ediləcək. Bizim oradakı gəmimizin tamamilə NATO prosedurları çərçivəsində hərəkət etdiyini, beynəlxalq dəniz qanunlarına əməl etdiyini və bu məsələdə səhvimiz olmadığını açıq şəkildə göstərəcəyik. Bizim fransız gəmisinə təcavüz etməməklə birlikdə, əvvəl yunan gəmisi ilə bir dialoqumuz oldu və heç bir problem yaşanmadı. Və yenə İtaliya gəmisi ilə qarşılıqlı xəbərləşməmiz oldu. Fransız gəmisi eyni şəkildə gələndə suallarına uyğun məntiqli cavablar verilməsinə baxmayaraq, fransız gəmisi bizim üç dəniz gəmimizdən ibarət karvana 20 dəniz mili sürətlə araya girərək çox təhlükəli bir manevr etdi", deyə bildirib.

Türkiyənin NATO-dakı öhdəliklərini yaxşı bildiyini və əksiksiz yerinə yetirdiyini bildirən H.Akar Türkiyənin BMT tərəfindən tanınan Liviya hökuməti ilə əlaqələrini davam etdirdiyini, bunun qanuni fəaliyyət olduğunu, hər şeyin açıq bir şəkildə həyata keçirildiyini və beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.

O, Fransanın daxili siyasəti üçün Liviyadan istifadə etməməsinin ittifaqın maraqları baxımından əhəmiyyətli olduğunu söyləyib.

Akarın Türkiyənin Liviyadakı gələcəyi ilə əlaqədar suala cavabı belə olub: “İki xalqın 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik. Bunu hamı bilməlidir. Bu mənada hərbi təhsil, əməkdaşlıq və məsləhət xidmətlərində liviyalı qardaşlarımızın ehtiyaclarını mümkün qədər təmin etmək və bu çətin günlərində onlara kömək etmək üçün əlimizdən gələni etdik. Bundan sonra da etməyə davam edəcəyik. Tələb və ehtiyaclara uyğun olaraq da burada varlığımızın davam edib etməyəcəyini qiymətləndirəcəyik.”

“Türk Silahlı Qüvvələri Liviya, Suriya və İraqın şimalında aktivdir və bu, bölgədə bəzilərini narahat edir və Türkiyəni hərbi avantürizm və başqa ölkəyə qarışmaqla günahlandırırlar. Türkiyənin məqsədi nədir?” sualına Akar, “Burada bütün məsələ, xüsusən 83 milyonluq Türkiyənin maraq və hüquqlarını qorumaq, təhlükəsizliyimizi təmin etmək, sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Bütün əməliyyatlarımızın hədəfi budur. Digər tərəfdən də bacardığımız qədər dost və qardaş ölkələrin ehtiyaclarına kömək etməkdir. Təbii olaraq bunlar tamamilə qanuni bir çərçivədə, müqavilələrə və qarşılıqlı razılaşmalara əsasən aparılır. Etdiklərimizin hamısı beynəlxalq hüquqa uyğun olaraq edilir. Bəzi həqiqətlərə göz yummaq istəyənlər bunları şişirdərək təhrif etmək istəyirlər. Bunlara diqqət yetirmək lazımdır. Bizim buradakı ən vacib çıxış nöqtəmiz, hazırda Liviyada mövcud haqq iddia edənlər arasında Sarracın təmsil etdiyi Milli Razılıq Hökumətinin BMT tərəfindən tanınmasıdır. Biz də BMT tərəfindən tanınan bu hökümət ilə əməkdaşlıq edirik. Çox təbii, çox açıq, çox şəffaf”, - deyə cavab verib.

Akar, “Türkiyə təkcə Yaxın Şərqdə deyil, şərqi Aralıq dənizində də nə kimi rol oynamaq istəyir?” sualını belə cavablayıb: “Biz əvvəldən beri öz fəaliyyətimizi son dərəcə real, təhlükəsizlik və müdafiə siyasətimizi həyata keçirərək planlaşdırırıq və idarə edirik. Bu mənada bir müddət əvvəl dediyim kimi biz İraqın şimalında, Suriyanın şimalında Türkiyəyə olan təhdid ve təhlükələri ortadan qaldırmaq, sərhədlərimizi və xalqmızı qorumaq üçün bəzi əməliyyatlar etmək məcburiyyətində qaldıq. Digər tərəfdən, Liviyada olduğu kimi, dost və qardaş ölkələrimizin ehtiyaclarını ödəməyə çalışırıq.”

H.Akar jurnalistin “Türkiyənin bölgədə artan hərbi varlığının bəzilərini, bəzi qonşularının narahat etdiyini və NATO daxilində belə gərginlik yaratdığını qəbul edirsinizmi?” sualına cavab olaraq “Yəni burada "NATO" deyərkən diqqətli olmaq lazımdır. NATO-dakı 68 illik üzvlüyümüzü son dərəcə məlumatlı və şüurlu bir şəkildə davam etdiririk. NATO-nun bütün əməliyyatlarında, bütün təlimlərində iştirak etmişik və edirik. Məlumatlarımız və təcrübəmizlə NATO-nun daha da irəliləməsi üçün əlimizdən gələni edirik. Beləliklə, bizim ümumiyyətlə NATO ilə heç bir problemimiz yoxdur. Olan problemlərimiz də qanuni əsaslarla NATO daxilindəki qurum və təşkilatlar içərisində lazımi həll yollarını tapırıq. Fəaliyyətimizi NATO-nun həm mülki, həm də hərbi rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdiririk. Bu səbəblə NATO-nun bizim bu etdiklərimizə görə hər hansı bir narahatlıq keçirməsindən söz gedə bilməz. Ancaq bəzi ölkələr bizim fərdi olaraq, öz maraqlarına zidd olaraq hesab etdikləri davranışlarımızı və hərəkətlərimizi bir şəkildə uydurmaq üçün NATO-dan bir vasitə kimi istifadə edirlər. Buna diqqət etmək lazımdır”, - deyib.

Türkiyənin Liviyada daimi qalmaq fikrində olub olmadığı fikri ilə bağlı isə bunları deyib: “Belə bir şey söyləmək düzgün olmaz. Biz buradakı varlığımızı BMT tərəfindən tanınan qanuni Liviya hökuməti ilə ikitərəfli müqavilələrimiz çərçivəsində ve beynəlxalq hüquqa uyğun olaraq davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Buradakı mövcudluğumuzla liviyalı qardaşlarımızın hərbi hazırlığna və əməkdaşlığa töhfə verməyə çalışırıq.

Yəni biz buradakı varlığımızı mümkün qədər liviyalı qardaşlarımızı dəstəkləyici formada davam etdirəcəyik. Məqsədimiz Haftar və bənzər vəhşi varlıqlara, onları dəstəkləyən bəzi qruplara qarşı buradakı günahsız və bu yerin həqiqi sahibi olan liviyalılara hüquqlarını və haqlarını qorumaları üçün kömək etməkdir. Biz bunu gələcək dövrdə davam etdirəcəyik. Burada ən qısa müddətdə sülhün və əmin-amanlığın təmin olunmasına töhfə verməyə çalışırıq. Atəşkəsin və sabitliyin təmin olunmasına çalışırıq. Liviyanın da digər ölkələr kimi ən qısa müddətdə öz ölkələrini birlik və bütövlük içərisində idarə etmələri üçün əlimizdən gələni edirik. Liviya liviyalılarındır”.

H.Akar “Türkiyənin NATO-nun ən güclü ordusundan birinə sahibdir. Ancaq Türkiyə getdikcə artan bir şəkildə öz yolu ilə getməyə hazır görünür. Bunun daha çox olacağını gözləməliyikmi? Başqa yerlərdə başqa hərbi əməliyyatlar keçirməyi planlaşdırırsınızmı?” sualına cavab olaraq bunları qeyd edib:

“Bizim xəyali planlarımız yoxdur. Əvvəldən də söylədiyim kimi, bizim məqsədimiz öz təhlükəsizliyimiz, öz müdafiəmiz, sərhədlərimizin təhlükəsizliyi, 83 milyon xalqımızın təhlükəsizliyidir. Öz hüquqlarımıza və maraqlarımıza uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Yunanıstanla münasibətlərimiz var. Bu münasibətlərin heç bir şəkildə qəlb qırıcı olmasını istəmirik. Yaxşı idarə olunan münasibətlər, beynəlxalq qanunlar çərçivəsində, qarşılıqlı danışıqlar, dialoq yolu ilə, dinc yollarla və üsullarla problemlərin həll yollarını axtarırıq. Buna Yunanıstan da daxildir. Heç kim buna şübhə etməməlidir. Təəssüf ki, Yunanıstandan gələn bəzi bəyanatlar qəlb qırıcı və təxribat xarakterlidir. Buna görə də biz davamlı olaraq çıxışlarımızda konstruktiv bəyanatların tərəfdarı olduğumuzu söyləyirik. İstifadə olunan dil vacib olmalıdır. Dil nifrət dili olmamalıdır, ayrıseçkilik dili olmamalıdır. Qonşuluğa uyğun bir dilin istifadəsinin çox vacib olduğunu vurğulamaq istəyirəm. Məsələn, Türkiyənin təxribatçı olduğu deyilir. Həqiqətən neytral bir gözlə baxdığımızda bunun belə olmadığını, həqiqət olmadığını aydın görürük. Burada iki ölkə arasındakı ən vacib müəyyən edici siyasi mətn, hamınızın bildiyiniz kimi Lozanna müqaviləsidir. Müqavilədə 23 ada sayılır və onların silahlandırılmayacağı qeyd edilir. Halbuki onlardan 16-sı qonşumuz tərəfindən silahlandırılıb. Biz buna nə deyə bilərik, necə izah edə bilərik? Bu gün dünyada 6 min su və 10 min hava sahəsi olan hər hansı bir ölkə tanıyırsınızmı? İndi bu qəribə vəziyyət ətrafında görülən işlər təcavüz və təhdid kimi qəbul edilir. Bunlar doğru deyil. Ancaq bizim həqiqətən nittətimiz Yunanıstan ilə Türkiyə arasında daha əvvəl başlatdığımız danışıqları davam etdirməkdir.

Digər tərəfdən həm dil, həm də edilən hərəkətlərdə diqqətli olmaq lazımdır. Yenə də bildiyiniz kimi, suverenliyi müzakirə edilən adalar var, bəzi qayalar var. Bu məsələlərdə də diqqət li olmaq lazımdır. Yunanlı qonşularımız çox şişirdilmiş, təntənəli şouya çevrilən ən yüksək səviyyədə ziyarət edirlər. Bunların necə olduğunu, nə vəziyyətə gətirib çıxardığını bizdən soruşmayın. Yunanıstandakı bəzi siyasətçilər, məntiqlə davranan siyasətçilər, bəzi alimlər, bəzi təqaüdçü əsgərlər çox yaxşı təhlil edirlər. Yunanlı dostlarımıza vətəndaşlarına qulaq asmağı məsləhət görürəm.”

Oxşar xəbərlər
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...