Rusiya Prezidenti Vladimir Putin, Suriya rəhbərliyinin kimyəvi silahdan istifadə etdiyi sübut olunarsa, hərbi əməliyyata qarşı çıxmayacaqlarını bildirib.
Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə,
"Associated Press"in və Rusiyanın dövlət televiziyasının
"Suriyada kimyəvi silahların rejim tərəfindən istifadə edildiyi isbat
olunarsa, Moskva hərbi əməliyyatlarını doğru olduğunu qəbul edərmi"
sualına cavab verən Putin bildirib ki, hərbi əməliyyatlar BMT-nin qərarından
sonra başlamaq lazımdır:
"Ancaq, bunu
xatırlatmaq istəyirəm ki, ortada qəti bir prinsip var. Beynəlxalq hüquqa görə,
hər hansı bir hərbi müdaxiləyə ancaq Təhlükəsizlik Şurası tərəfindən icazə
verilə bilər. Bunun xaricində hər hansı bir gücdən istifadəni açıqlaya biləcək
bir səbəb yoxdur. Bunlar yalnız hücum kimi xarakterizə ediləcək".
Rusiyanın
Suriyaya silah satışının dayandırması və başqa sanksiyalar tətbiq etməsi ilə
bağlı suala cavab verən Putin qeyd edib ki, kimyəvi silahdan istifadənin kimlər
tərəfindən reallaşdırıldığı dəqiq araşdırılmalıdır: "Əgər bu sübut
olunarsa, Moskva da qərarlı şəkildə hərəkət etməyə hazır olacaq. Bununla bağlı
yalnız onu söyləyə bilərik ki, vətəndaşlara qarşı kimyəvi silahdan istifadə
olunması ağır cinayətdir".
Suriyada kimyəvi
hücum zamanı öldürülən uşaqların yayılan fotoşəkillərinə toxunan Rusiya
prezidenti, bu görüntülərin qorxunc olduğunu söyləyib. Bununla belə, vurğulayıb
ki, bu görüntülər, hücumun kim tərəfindən edildiyini sübut etmir: "Bu
fotoların Əl-Qaidə terror təşkilatı tərəfindən montaj edildiyi bildirilir. ABŞ
rəhbərliyi də yaxşı bilir ki, bu terrorçular çox qəddardırlar. Bu şəkillərə
diqqətlə baxmışam, amma hadisə yerində həkimlərin və uşaqların ailələrinin
olmaması məndə şübhə yaradıb".