ABŞ-ın Qara dəniz üzərində həyata keçirəcəyi təyyarə uçuşları Rusiya tərəfinin ciddi narahatlığına səbəb olub.
Moderator.az xəbər verir
ki, ABŞ-ın B1-B strateji hücum təyyarələrinin keçirəcəyi uçuşları yalnız Qara dəniz
donanması üçün deyil, Moskva üçün də ciddi təhlükə kimi qiymətləndirən ekspertlər,
məsələnin problemləri tərəflərinə diqqət çəkib.
Rus ekspertlərinin sözlərinə
görə, iki ədəd B1-B təyyarəsi bir neçə dəqiqə ərzində 1000 kilometr uzaqlıqdakı
hədəfə 48 nüvə raketi ata bilər. Daha bir nüans isə bu təyyarələrdən atılan raketlərin
böyük sürət və gizliliklə irəliləməsidir. Mütəxəssilərin fikrincə, aşağı
hündürlükdəki hədəflər üçün nəzərdə tutulan hava hücumunda müdafiə sistemlərini belə aldadan bu raketlərin
S-400-lər vasitəsi ilə vurulması mümkün olsa da, bu sistem JASSM-ER raketlərinin
heç də hamısının qarşısını almaq üçün yetərli deyil. Ümumiyyətlə, ekspertlər
bilditit ki, heç bir havadan müdafiə sistemi bu raketləri tutmağa tam zəmanət
vermir. Belə olan halda ABŞ-ın Qara dəniz üzərində nüvə raketləri ilə təchiz
olunan təyyarələrlə keçiəcəyi təlim, erkspertlər tərəfindən ciddi təhlükə və təhdid
kimi dəyərləndirilir. Qara dənizdəki kiçik rus donamasının bu cür hücuma
adekvat reaksiya vermək imkanına malik olmadığı da ekspertlərin diqqət çəkdiyi
məqamalar sırasındadır.
Seymur ƏLİYEV